Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür


Digərləri 12 Dek 2024 00:00:00 97 0

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Heydər Əliyev dahi siyasətçi idi, o, regional siyasətin aparıcı simalarından biri olaraq həm öz xalqı arasında, həm də beynəlxalq siyasi arenada böyük nüfuza malik idi.

Son.az-ın məlumatına görə, Ümummilli Liderin xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün xilas yolu oldu. Ən çətin anda o, ölkəyə geri dönərək siyasi böhran və iqtisadi tənəzzüldən çıxış yolu tapdı. O, o zamankı bacarıqsız hakimiyyətin yaratdığı vəziyyəti düzəldə bildi, müharibəni dayandırdı, vətəndaş qarşıdurmasının qarşısını aldı və ölkəni tərəqqi yoluna yönəltdi. Məhz Heydər Əliyevin səyi ilə tarixi "Əsrin müqaviləsi" imzalandı. Ulu öndərin neft strategiyası Azərbaycanın iqtisadi inkişafına güclü təkan verdi. 1998-ci ildəki andiçmə mərasimində o, belə deyirdi: "Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövləti çatdırmaq istəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik. Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir".

Bu gün Azərbaycan güclü, nüfuzlu və həqiqətən müstəqil bir dövlətdir. Ulu öndərin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyev Azərbaycanın misilsiz uğur hekayəsini yazdı. Ölkədə yoxsulluğun öhdəsindən gəlindi, möhtəşəm iqtisadiyyat quruldu, peşəkar ordu formalaşdırıldı və Azərbaycanın beynəlxalq arenada hesablaşılmalı bir oyunçu kimi möhkəm imici yaradıldı. Biz, qalib xalq olaraq, azad, sabit və çiçəklənən bir ölkədə yaşayırıq. Son.az

Marketlərdə satılan bu məhsul 10 yaş gəncləşdirir like
  • 11 Dek 23:50  
Digərləri Marketlərdə satılan bu məhsul 10 yaş gəncləşdirir

Marketlərdə satılan məşhur qəlyanaltı mütəxəssislər tərəfindən ya�

arrow Ətraflı
Ev almaq istəyənlərin NƏZƏRİNƏ! like
  • 11 Dek 23:41  
Digərləri Ev almaq istəyənlərin NƏZƏRİNƏ!

Bakının Baş planına əsasən, şəhərin müxtəlif ərazilərində sosial i

arrow Ətraflı
”Putin çöküşə düşündüyümüzdən daha yaxındır” like
  • 11 Dek 23:33  
Dünya ”Putin çöküşə düşündüyümüzdən daha yaxındır”

The Telegraph qəzetinin iqtisadiyyat redaktoru Ambrose Evans-Pritchard, Rusiyan

arrow Ətraflı
Təranə Səmədovanın adını eşidib verilişi tərk etdi like
  • 11 Dek 23:20  
Şou-biznes Təranə Səmədovanın adını eşidib verilişi tərk etdi

Müğənni Musa Musayev "Tarixin bir günü" verilişini əsəbiləşi

arrow Ətraflı
Azərbaycan XİN Blinkenin bəyanatını rədd etdi like
  • 11 Dek 23:13  
Siyasət Azərbaycan XİN Blinkenin bəyanatını rədd etdi

11 dekabr 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin ölkəmiz

arrow Ətraflı
İlbər Ortaylı İsrailin Suriya ilə bağlı əsl planını AÇIQLADI like
  • 11 Dek 23:11  
Digərləri İlbər Ortaylı İsrailin Suriya ilə bağlı əsl planını AÇIQLADI

Tarixçi Prof. Dr. İlber Ortaylı, İsrailin Suriyadakı işğalını genişlə

arrow Ətraflı
Ərdoğanın “bir mən, bir Putin...” sözlərinə Rusiyadan reaksiya like
  • 11 Dek 22:48  
Digərləri Ərdoğanın “bir mən, bir Putin...” sözlərinə Rusiyadan reaksiya

Türkiyə prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik.

arrow Ətraflı
Azərbaycanı ilan ilində nələr gözləyir? like
  • 11 Dek 22:13  
Digərləri Azərbaycanı ilan ilində nələr gözləyir?

Hər ilin başlanğıcında insanları, əsas da astrologiya həvəskarlarını

arrow Ətraflı
Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu like
  • 11 Dek 21:50  
Şou-biznes Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qadağa

arrow Ətraflı
İrəvandan Bakıya təyyarə uçdu  Onları daşıyırmış... like
  • 11 Dek 21:45  
Digərləri İrəvandan Bakıya təyyarə uçdu Onları daşıyırmış...

Ötən gün axşam saatlarında İrəvanın "Zvartnots" hava limanınd

arrow Ətraflı
Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi like
  • 11 Dek 21:44  
Kriminal Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi

Bakıda yetkinlik yaşına çatmayan qızı hədələyərək bir kiloqrama yaxı

arrow Ətraflı
Efirdə jurnalist meyxanaçıya hücum çəkdi  ara qarışdı like
  • 11 Dek 21:25  
Şou-biznes Efirdə jurnalist meyxanaçıya hücum çəkdi ara qarışdı

Jurnalist Anar Vəziroğlu və meyxanaçı Rüfət Nasosnu arasında dava düş�

arrow Ətraflı
"İphone 15" aldı, görün qutudan nə çıxdı like
  • 11 Dek 20:50  
Dünya "İphone 15" aldı, görün qutudan nə çıxdı

Rusiyada yeni alınmış İPhone 15  telefonun qutusundan plastilin parçası �

arrow Ətraflı
Hər gün vacib görüş gözləyən BÜRCLƏR like
  • 11 Dek 19:24  
Digərləri Hər gün vacib görüş gözləyən BÜRCLƏR

Bu bürclər mühüm dəyişikliklər astanasındadır və baş tutacaq görüş

arrow Ətraflı