”Putin çöküşə düşündüyümüzdən daha yaxındır”
Dünya 11 Dek 2024 23:33:00 228 0
The Telegraph qəzetinin iqtisadiyyat redaktoru Ambrose Evans-Pritchard, Rusiyanın iqtisadi cəhətdən əsl bir çöküş ərəfəsində olduğunu bildirib. "Suriya və Ukrayna arasında sıxışan Rusiya, 1980-ci illərdə Sovet İttifaqını iflasa sürükləyən vəziyyətlə eyni vəziyyətdədir." deyə əlavə edib.
Bu xəbəri də oxu: Əsədin devrilmə planını ilk Türkiyə təsdiqləyib Yeni detallar
Putin çöküşə doğru irəliləyir "Rusiya Prezidenti Vladimir Putin, mühüm bir regional müttəfiqini itirərək Moskvada kritik bir anda zəifləyib. Ukrayna üç illik münaqişədə tədricən məğlubiyyətə doğru gedir. Rusiya isə dünya ilə apardığı iqtisadi yarışı yavaş-yavaş itirir.
Kremlinin neft ixracından əldə etdiyi gəlirlər yüksək intensivlikli müharibəni davam etdirmək üçün kifayət etmir. Üstəlik, Putinin ətrafında Rusiyaya bir rubl belə borc verə biləcək heç kim qalmayıb.
Rusiyanın həddindən artıq gərgin, hərbi-Keynesçi müharibə iqtisadiyyatı təcrübəli işçi qüvvəsindən məhrum olub. Üç illik müttəfiqlərin tətbiq etdiyi embarqodan sonra tənəzzülə uğrayan iqtisadiyyat, 1917-ci ildə Almaniyanın səmərəsiz hərbi iqtisadiyyatına çox bənzəyir.
Putin və beynəlxalq nüfuz itkisi Putinin Ukraynada strateji qələbəsi iki həftə əvvəl qaçılmaz görünürdü. Lakin Əsəd rejimi bir kağız qalası kimi çökdükdən və Putinin Yaxın Şərqdəki və Saheldəki nüfuzunu darmadağın etdikdən sonra bu, daha az qaçılmazdır.
Putin, ərəb dünyasında sahib olduğu yeganə dövlət müttəfiqini xilas etmək üçün heç bir addım ata bilmədi. Bu isə onun beynəlxalq nüfuzunun ciddi şəkildə zədələnməsinə səbəb oldu." deyə baş redaktor qeyd edib. Lalə Qüdərova Son.az
Müğənni Musa Musayev "Tarixin bir günü" verilişini əsəbiləşi
11 dekabr 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin ölkəmiz
Tarixçi Prof. Dr. İlber Ortaylı, İsrailin Suriyadakı işğalını genişlə
Türkiyə prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik.
"WhatsApp" mesencerinin, "Facebook" və "İnstagram&quo
Hər ilin başlanğıcında insanları, əsas da astrologiya həvəskarlarını
Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qadağa
Ötən gün axşam saatlarında İrəvanın "Zvartnots" hava limanınd
Bakıda yetkinlik yaşına çatmayan qızı hədələyərək bir kiloqrama yaxı
Jurnalist Anar Vəziroğlu və meyxanaçı Rüfət Nasosnu arasında dava düş�
Rusiyada yeni alınmış İPhone 15 telefonun qutusundan plastilin parçası �
Bu bürclər mühüm dəyişikliklər astanasındadır və baş tutacaq görüş
"Prime Textile" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olundu
CHP millət vəkili TBMM-də üzünü qara rəngə boyayıb.
Bir müddətdir ətrafında müzakirələr dinməyən "Meydan TV" və