Meydançıların pulu necə böldükləri ortaya çıxdı: Gizli səs yazılarında nələr var?


Digərləri 11 Dek 2024 17:55:00 96 0

Meydançıların pulu necə böldükləri ortaya çıxdı: Gizli səs yazılarında nələr var?

Bir müddətdir ətrafında müzakirələr dinməyən "Meydan TV" və bu dırnaqarası media resursunun əməkdaşlarının qaranlıq fəaliyyətlərinə müəyyən çevrələr tərəfindən fərqli don geyindirməyə çalışmaq cəhdi müşahidə olunur. Həmçinin sözügedən dəstənin özlərinin də aydınca bildikləri Azərbaycan qanunları ilə qadağan olunmuş fəaliyyətləri təhrif edilərək ört-basdır edilməyə çalışılır, bu təxribatçı, xarici dairələrin əlində ucuz alətə çevrilmiş güruhun məzlum obrazının yaradılmasına cəhdlər ortaya çıxır. Bu səbəbdən də yeni, danılmaz, ifşaedici faktların ictimaiyyətə çatdırılması zərurəti yaranır.

Belə ki, "Meydan TV" ətrafında aparılmış araşdırmalarla müəyyən edilib ki, media qurumunun qanunsuz maliyyələşdirilməsində beynəlxalq çirkli pulların yuyulması mexanizmlərindən istifadə olunub.

"Meydan TV"nin maliyyələşməsi Almaniyada qeydiyyatdan keçirilmiş "Demokratiya Uğrunda Assosiasiya" (Vereinigung für die Demokratie) adlı QHT üzərindən həyata keçirilir. Artıq ictimaiyyətə məlum olduğu kimi adıçəkilən təşkilatın direktoru Pensilvaniyada anadan olmuş 1992-ci il təvəllüdlü ABŞ vətəndaşı Metyu Kasperdir (Matthew Kasper). O, eyni zamanda "Meydan TV"yə də rəhbərlik edir.

Aralarında erməni diaspor təşkilatları tərəfindən maliyyələşən fondların da olması istisna edilməyən donorlar tərəfindən ayrılan maliyyə vəsaitləri "Demokratiya Uğrunda Assosiasiya"nın hesablarına köçürüldükdən sonra qanunsuz pulyuma sxemləri əsasında "Meydan TV"nin maliyyələşdirilməsinə yönəldilib.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə qrant layihələri və bu layihələr əsasında ayrılmış vəsaitlərin müvafiq dövlət qurumlarından qeydiyyatdan keçirilməli olduğunu bilən M.Kasper başda olmaqla "Meydan TV"nin fəaliyyətinə rəhbərlik edən, şübhəli əlaqələrə malik xarici koordinatorlar pul vəsaitlərinin gizli olaraq ölkəyə keçirilməsini təmin ediblər.

"Meydan TV"nin Azərbaycanda fəaliyyət göstərən bürosuna rəhbərlik edən Aynur Elgünəşin iştirakı ilə xaricə səfər edən "etibarlı şəxslər" seçilib, həmin şəxslər geri qayıtdıqda müxtəlif məbləğlərdə xarici valyutanı gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirərək ona təqdim ediblər. Vəsait isə tapşırıqlara uyğun olaraq aparılan fəaliyyətlərin reallaşması üçün istifadə olunub.

Bu məqsədlə tranzit kimi istifadə edilən Türkiyə və Gürcüstanda M.Kasper A.Elgünəşlə birlikdə maliyyə şəbəkəsi yaradıb.

Bəzi hallarda M.Kasper yaşadığı Berlin şəhərindən Türkiyəyə səfər edərək vəsaiti Azərbaycana çatdıracaq şəxsə şəxsən özü təqdim edib.

"Meydan TV" üçün ayrılmış maliyyənin xaricdən nağd şəkildə ölkəyə keçirilməsində Aynur Elgünəşin rəfiqəsi Ülviyyə Məmmədova da iştirak edib. Ü.Məmmədova bu ilin oktyabr ayında M.Kasperlə İstanbul şəhərində görüşərək ondan 14 600 avro pulu götürüb A.Elgünəşə çatdırıb. Bundan əlavə Ülviyyə Məmmədovanın təşkilatçılığı ilə M.Kasper tərəfindən təqdim olunmuş 18 000 avro məbləğində qrant vəsaiti onun İzmir şəhərində tələbə olan bacısı qızı Fidan Əliyeva və Türkiyə Respublikasının vətəndaşı Arda Dumanoğlu tərəfindən 28 noyabr 2024-cü il tarixdə ölkəyə gizli olaraq gətirilib.

Pul vəsaitlərinin Gürcüstandan qanunsuz yolla keçirilməsini isə həmin ölkədə "Meydan TV"nin nümayəndəsi təyin edilmiş Gürcüstan vətəndaşı Sevda Vidadi qızı Səmədova koordinasiya edib.

Onun vasitəsilə 11 oktyabr 2024-cü il tarixdə Əhməd Muxtarov tərəfindən Gürcüstandan ölkə ərazisinə 13 000 avro keçirilib. 13 oktyabr 2024-cü il tarixdə isə Sevda Səmədova Tbilisi şəhəri, P.Kakabadze küçəsində yerləşən "Ginger" hotelində Rəna Tahirova ilə görüşərək ona 5 000 avro təqdim edib.

Bundan əlavə 6 dekabr 2024-cü il tarixdə Gürcüstandan qayıdan Ramin Deko özü ilə 38 000 avro gətirib.

"Slack" mobil tətbiqində aparılan danışıqlardan görünür ki, məxfilik məqsədiylə Aynur Elgünəş "Meri" təxəllüsündən, "Meydan TV"nin rəhbəri M.Kasper isə "Mərt" şərti adından istifadə edib. Aydın olur ki, Avropada nağdlaşdırılan qrant vəsaitini Azərbaycana göndərmək məqsədilə M.Kasper 24 noyabr 2024-cü il tarixdə Türkiyəyə səfər edib.

A.Elgünəş vəsaiti götürərək müvəqqəti özündə saxlaması üçün Ankara şəhərində təhsil alan bacısı qızı 2004-cü il təvəllüdlü Narıngül Xudizadə ilə M.Kasperin "Bahçelievler" qəsəbəsində görüşünü təşkil edib.

Növbəti günlərdə Azərbaycana səfər edən iki "etibarlı şəxs" tapılmasa, A.Elgünəşin Ankara şəhərində təhsil alan bacısı qızları N.Xudizadə və 2006-cı il təvəllüdlü Jalə Xudizadə vasitəsilə pulun ölkəyə gətirilməsi barədə müzakirə aparılıb.

Belə ki, A.Elgünəş "bacım da deyir ki, elə bizim qızlar 2-3 günlük gəlib təkrar dönsünlər, əgər gedəcək adamlarda alınmazsa, onlar gəlib-qayıdar, o heç diqqət çəkməz, tələbədirlər, gəlib-gedirlər" deyə qeyd etmişdir. A.Elgünəşin bacısı qızlarının səfər xərclərinin M.Kasper tərəfindən qarşılanması nəzərdə tutulub.

A.Elgünəşin M.Kasperlə "Slack" mobil tətbiqi üzərindən yazışması

28 noyabr 2024-cü il tarixdə isə A.Elgünəş M.Kasperə "Slack" tətbiqində mesaj yazaraq "8 aralıkda (dekabr) Əhməd və dostu Berlinə gəlir, 4 gün qalacaqlar" deyə bildirib, M.Kasper isə "tamam ayarlayaq, danışaq bunu telefonda" deyə cavab verərək 8 dekabrda Berlin şəhərinə səfəri nəzərdə tutulmuş tanışı, fotoreportyor Əhməd Muxtarov vasitəsilə Avropadan ölkəyə qrant vəsaitinin keçirilməsinin detalları barədə müzakirə aparıb.

Xalq artistinə ağır itki üz verdi like
  • 11 Dek 17:48  
Şou-biznes Xalq artistinə ağır itki üz verdi

Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyova ağır itki üz verib.

arrow Ətraflı
Mərkəzi Bank ən çox şikayət olunan avtoicbari sığorta şirkətlərinin siyahısını yaydı like
  • 11 Dek 17:30  
Digərləri Mərkəzi Bank ən çox şikayət olunan avtoicbari sığorta şirkətlərinin siyahısını yaydı

Ötən ilin dekabrından bu ilin noyabr ayınadək avto-icbari sığorta üzrə

arrow Ətraflı
Madriddə Azərbaycanın mina probleminə həsr olunmuş tədbir keçirilib like
  • 11 Dek 17:22  
Siyasət Madriddə Azərbaycanın mina probleminə həsr olunmuş tədbir keçirilib

10 dekabr Ümumdünya İnsan Hüquqları Günü münasibətilə İspaniyanın pa

arrow Ətraflı
Suriya yeni müharibəyə qoşulacaq?  Yeni lider açıqladı like
  • 11 Dek 16:51  
Dünya Suriya yeni müharibəyə qoşulacaq? Yeni lider açıqladı

"Həyat Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasının lideri Ə

arrow Ətraflı
Tanınmış iş adamının oğlu həbs edildi  “Plazalar kralı” qandallandı like
  • 11 Dek 16:46  
Digərləri Tanınmış iş adamının oğlu həbs edildi “Plazalar kralı” qandallandı

"AQA Şirkətlər Qrupu"nun təsisçisi, tanınmış iş adamı Aydın

arrow Ətraflı
“İmam elan olunmuşam, mənə hər şey olar” like
  • 11 Dek 10:59  
Kriminal “İmam elan olunmuşam, mənə hər şey olar”

"Məşədi Dadaş" məscidinin imamı Əli Şərbətova sui-qəsd haz�

arrow Ətraflı
Suriyada müvəqqəti hökumət quruldu like
  • 11 Dek 01:05  
Dünya Suriyada müvəqqəti hökumət quruldu

Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb.

arrow Ətraflı
Gələcək qayınanası gəlinə elə hədiyyə verdi ki, like
  • 10 Dek 17:23  
Digərləri Gələcək qayınanası gəlinə elə hədiyyə verdi ki,

Sosial şəbəkə istifadəçisi olan qız nişanlısının anasından erkən Mi

arrow Ətraflı
Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi like
  • 10 Dek 13:53  
Digərləri Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Mərkəzi Bank "Conrad" şirkəti barəsində inzibati protokol tərti

arrow Ətraflı
Yuxuları çin olan bürclər  Xərçəng,... like
  • 10 Dek 04:04  
Digərləri Yuxuları çin olan bürclər Xərçəng,...

Bürclərin hər biri fərqli xarakterləri və duyğusal vəziyyətlərlə xara

arrow Ətraflı
Kartofun faydaları like
  • 10 Dek 01:01  
Digərləri Kartofun faydaları

Kartof ən qiymətli tərəvəz növlərindən biridir. 

arrow Ətraflı
Bakıda 7 milyon manata mənzil satılır like
  • 10 Dek 00:25  
Digərləri Bakıda 7 milyon manata mənzil satılır

Bakıda 4, 5, 6 hətta 7 milyon manata satışa çıxarılan  mənzillər var.

arrow Ətraflı
Biznesmen əmisinin evindən yarım milyonluq OĞURLUQ like
  • 09 Dek 22:29  
Kriminal Biznesmen əmisinin evindən yarım milyonluq OĞURLUQ

Saatlı rayonunda qadının evindən yarım milyonluq oğurluq olub.

arrow Ətraflı
Oktay Kamil canlı yayım açıb AĞLADI  VİDEO like
  • 09 Dek 15:50  
Şou-biznes Oktay Kamil canlı yayım açıb AĞLADI VİDEO

Meyxanaçı Oktay Kamil görüntüsü ilə diqqət çəkib.

arrow Ətraflı
Belə etsəniz, ev heyvanlarınız uzunömürlü və sağlam olacaq like
  • 09 Dek 03:03  
Digərləri Belə etsəniz, ev heyvanlarınız uzunömürlü və sağlam olacaq

Bəziləri tənhalıqla mübarizə aparmaq üçün, bəziləri isə əhvali-ruhi

arrow Ətraflı