Kartofun faydaları
Digərləri 10 Dek 2024 01:01:00 181 0
Kartof ən qiymətli tərəvəz növlərindən biridir.
Bu xəbəri də oxu: Alimlərdən xəbərdarlıq: içdiyiniz sudan bütün bədəninizə yayılır "2 qat artım var”
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu tərəvəz tərkibindəki vitaminlər, minerallar, lif və fitokimyəvi maddələr vasitəsilə sağlamlığa bir çox fayda verir.
Tərkibində lif, kalium, C vitamini və B6 vitamini kimi qiymətli maddələr var. Kartof toxluq hissini uzadır və tərkibindəki liflə arıqlamağa kömək edir.
Bundan əlavə, lif xolesterol və qan şəkəri səviyyələrini nəzarət altında saxlayaraq ürək xəstəliklərinin qarşısını almağa kömək edir.
Tərkibindəki liflər müxtəlif tərəvəzlərdə olan liflərdən daha çox həll olunur. Bu liflər bağırsaqlar üçün faydalı olan probiyotiklər kimi fəaliyyət göstərir. Həzm sağlamlığı üçün faydalıdır və qəbizliyin qarşısını alır.
Kartof antioksidantlarla zəngin bir tərəvəzdir. Antioksidantlar bədənə daxil olan sərbəst radikalların hüceyrələrə zərər verməsinin qarşısını alır. Kartofun müntəzəm istehlakı ürək xəstəlikləri ilə yanaşı bakterial xəstəliklər riskini azaltmağa kömək edə bilər.
Kartof kalium mənbəyidir. Kaliumla zəngin bir pəhriz qan təzyiqini aşağı salmağa, ürək sağlamlığını qorumağa və insult riskini azaltmağa kömək edir.
Kartofda olan dəmir, fosfor, kalsium, maqnezium və sink kimi elementlər sümük sağlamlığı üçün faydalıdır.
Kartof müntəzəm istehlak edildikdə bir çox xərçəng növü riskinin qarşısını almaqda faydalı ola bilər. Kartof qanda xolesterinin tərkibini aşağı salır, arterial təzyiqin tənzimlənməsinə kömək edir.
Kartof əhəmiyyətli miqdarda lif ehtiva edir. Bu tərəvəz maddələr mübadiləsini yaxşılaşdırır, kəskin qastrit simptomlarını aradan qaldırır, eləcə də mədə turşuluğunu azaldır.
Kartof B6 vitamininin mənbəyidir. Bu vitamin uşaqlarda beynin inkişafını stimullaşdırır. Bundan başqa, kartofun tərkibindəki nişasta orqanizmə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir.
Kalium ilə zəngin olan kartof dərinin cavan və təravətli qalmasına kömək edir, erkən qırışların əmələ gəlməsinin qarşısını alır.
Bakıda 4, 5, 6 hətta 7 milyon manata satışa çıxarılan mənzillər var.
Saatlı rayonunda qadının evindən yarım milyonluq oğurluq olub.
Meyxanaçı Oktay Kamil görüntüsü ilə diqqət çəkib.
Bəziləri tənhalıqla mübarizə aparmaq üçün, bəziləri isə əhvali-ruhi
Rusiya Əsədin devrildiyi Suriyadan çəkilməyə qərar verib. Son.az xəb�
Aktrisa Ülviyyə Xəlilbəyova türkiyəli müğənni Mərt Dəmirlə görüş�
İmmunitet sistemini gücləndirən, həzm sisteminə fayda verən və ürək sa
"Arvadımla tanışlıq saytında tanış olmuşam" deməsi studiyada
Türkiyəli iş adamı Acun Ilıcalı açıqlaması ilə diqqət çəkib.
Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun baş giziri Əsədov
Astroloqlar ən yaxşı ərlərin hansı bürclər altında doğulduqlarını a�
İranın Azərbaycandakı keçmiş səfiri yeni vəzifəyə təyin edilib.
Hollivud ulduzu Ancelina Coli illər əvvəl dəfn mərasimlərinin təşkilat�