Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər


Digərləri 22 Dek 2024 17:40:00 65 0

Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz  ciddi fəsadlar törədə bilər

Bazarlarda, supermarketlərdə, çərəz dükanlarında ən çox qarşılaşdığımız mənzərə açıq vəziyyətdə satılan çərəzlərdir. Burada bir məqam var ki, çox vaxt aldığımız bu məhsulları yumadan yeyirik. Lakin ekspertlər bu halda bizi ciddi təhlükələrin gözləyə biləcəyi qənaətindədirlər.

Son.az xəbər verir ki, "Kaspi" qəzeti mövzüya dair məqalə dərc edib.

"Yeni və ya köhnə olduğu bilinmir"

İstehsal meneceri Sayat Quliyevanın sözlərinə görə, bu məhsullar açıq şəkildə satıldıqda həm keyfiyyəti azalır, həm də çirklənməyə məruz qalır: "Günümüzdə çərəzlərin bazarlarda açıq halda çəki ilə, yaxud karton qutularda, şüşə vitrinlərdə, plastik qablarda satışı həyata keçirilir. Açıq halda satılan məhsullar fiziki və mikrobioloji çirklənməyə məruz qalır. Toz, havadakı həşəratların məhsulla təması, istehlakçıların açıq əllə toxunması kimi çirklənmə səbəblərini sadalamaq olar. Hətta sanitar qaydalara uyğun hesab etdiyimiz qapalı satış məntəqələrində də məhsulların çirklənməsini müşahidə etmək mümkündür. Bundan əlavə, çərəzlər vitrinə davamlı üst-üstə yığılır, yeni və ya köhnə olduğu bilinmir".

"Məhsulu kənar vasitələrlə çirkləndirirlər"

S.Quliyevanın fikrincə, təmiz hesab etdiyimiz vitrinlər əslində ən böyük təhlükədir: "Şüşə vitrinlərdə sadəcə bez parçalarla fiziki təmizlik aparılır, bu da mikrobioloji çirklənmənin əsas mənbəyidir. Satıcılar açıq əllə məhsula toxunmasalar da, məhsulu kənar vasitələrlə çirkləndirirlər. Daşıma qutularını birbaşa açıq çərəzlərin üzərində saxlayaraq vitrinlərə boşaldırlar. Açıq halda satılan çərəzlərə ilk toxunan biz olmuruq. Sonra bu çərəzləri yumadan qəbul edirik. Fiziki, mikrobioloji çirklənmə ilə yanaşı, günümüzdə geniş yayılan, mənşəyi məlum olmayan viruslar mövcuddur. Bunun bariz nümunəsi son illərdə yaşadığımız COVID virusudur".

Dadında dəyişiklik yaranır

Mütəxəssis bildirdi ki, çərəzlərin nəmliyini qorumaq üçün onlara müxtəlif maddələr vurulur: "Emal sahələrində çərəzlərin qabıqlarından təmizləmə prosesində quru təmizləmədən geniş istifadə edilir. Qabıqdan təmizləmə zamanı düzgün təmizləmə prosesi həyata keçirilməzsə, çərəzlərin çirklənməsi qaçılmazdır. Hazırlanan qabıqsız çərəzlərin hava ilə təması olmayan qablarda saxlanılması üçün bəzi kimyəvi maddələrdən istifadə edilir. Bunlardan ən geniş yayılmışı kükürddür. Çərəzlərin daxilində nəmlik olur. Yüksək temperaturda nəmlik azala və ya rütubətli məkanlarda arta bilər. Nəmlik azaldıqda məhsullar quruyur. Xarici görünüşü ilə yanaşı, dadında da dəyişiklik yaranır. Belə məhsulların qablaşdırılması, saxlanmasına düzgün əməl edilməzsə kiflənmə riski yüksəkdir".

S.Quliyeva təmiz və təhlükəsiz hesab etdiyimiz paketli məhsullardan da danışdı: "Məhsullara ilk toxunan olmaq üçün, çalışmalıyıq çərəzləri qabıqlı şəkildə alaq və evdə özümüz təmizləyək. Eyni zamanda, paket məhsullara üstünlük verək. Amma buna marketlərdəki paketlənmə aid deyil. Marketlərdə çərəzləri ya plastik qablarda qablaşdırırlar, ya da şəffaf paketlərə qoyurlar. Onlardan da uzaq durmalıyıq. Çünki bu zaman köhnə və yeni məhsulu qarışdırırlar. Aldığımız məhsulun istehsal tarixini, son istifadə müddətini itirmiş oluruq".

"15-60 dəqiqə soyuq suda saxlanılmalıdır"

Müsahibimizin sözlərinə görə, bu məhsulları dezinfeksiya etdikdən sonra istehlak etmək daha düzgündür: "Çərəzlərin istehsal prosesi onu göstərir ki, bu məhsulları yumadan qəbul etmək doğru deyil. Burada istifadə edilən kimyəvi maddələr orqanizmimizə daxil olur və zamanla müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarır. Alınan çərəzlər mütləq şəkildə sərtliyinə görə 15- 60 dəqiqə arasında soyuq suda saxlanılmalıdır. Digər çiy qəbul etdiyimiz qidaların təmizlənməsində istifadə edilən sirkə, qida sodası və s. vasitələri çərəzlərin yuyulmasında və dezinfeksiyasında istifadə edə bilərik. Sonra soyuq suyun altında durulamaq və nəmini qurutmaq lazımdır. Lakin bu məhlullar çərəzlərin üzərində qaldıqda dadına təsir edə, ağızda xoşagəlməz dadlar yarada bilər".

Mikrobioloji, çarpaz çirklənmə və s...

Qida məsələləri üzrə ekspert Ağa Salamov bu məhsulların təhlükəsinin qurudulma üsulundan asılı olduğunu bildirdi: "İki cür qurutma üsulu var. Birincisi, günəş şüaları altında, ikinci isə xüsusi aparatlarla qurudulmadır. Fərqləri odur ki, qurğu ilə qurudulmuş məhsullar yerində qablaşdırılırsa, yəni hava-damcı yolu ilə gələn virus və bakteriyalara açıq deyilsə, ətraf mühitin toz və çirkabından mühafizə olunursa, onları yumağa ehtiyac yoxdur. Amma günəş şüaları altında qurudulduqda virus və bakteriyalara, toza açıq olur. Mikrobioloji çirklənmə istehlakçının zəhərlənməsinə rəvac verə bilər. Heyvanlar toxunarsa, çarpaz çirklənmə ilə daha böyük fəsadların baş verməsi mümkündür".

"Suda çox qaldıqda keyfiyyətini itirir"

A.Salamov düşünür ki, həmin qidalar 70 dərəcə suda yuyulmalıdır: "Amma insanlar bəzən suda çox saxlayır, bu zaman isə artıq keyfiyyətini itirir. Dezinfeksiya etmək məqsədilə temperaturu 65 dərəcədən yuxarı isti suyun altında bir dəqiqə saxlamaq olar. Bəzi patogen bakteriyalar 70 dərəcədə ölməyə başlayır. Amma çox saxlamaq doğru deyil".

Trampdan Zelenskiyə çağırış  Müharibəni dayandırın like
  • 22 Dek 17:30  
Dünya Trampdan Zelenskiyə çağırış Müharibəni dayandırın

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelens

arrow Ətraflı
Viruslardan necə qorunaq? like
  • 22 Dek 17:21  
Digərləri Viruslardan necə qorunaq?

Havaların soyuq keçməsilə bağlı qrip infeksiyaları həddindən çox yayı

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 22 Dek 17:17  
Digərləri Türkiyədə zəlzələ oldu

Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Bakıda avtomobillər səkini zəbt etdi like
  • 22 Dek 17:12  
Digərləri Bakıda avtomobillər səkini zəbt etdi

Bakının bir küçəsində avtomobillər səkini zəbt edib.

arrow Ətraflı
Türk iş adamı Bakıdakı evində ölü tapıldı like
  • 22 Dek 16:58  
Digərləri Türk iş adamı Bakıdakı evində ölü tapıldı

Türkiyəli iş adamı Ali Akşun Bakıdakı evində ölü tapılıb.

arrow Ətraflı
Hakan Fidan Suriyada like
  • 22 Dek 16:50  
Dünya Hakan Fidan Suriyada

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqə yollanıb.

arrow Ətraflı
Gündə yalnız bir stəkan: Toyuqlar qışda da yumurtlayacaqlar like
  • 22 Dek 16:41  
Digərləri Gündə yalnız bir stəkan: Toyuqlar qışda da yumurtlayacaqlar

Quşçular qışda toyuqları balanslaşdırılmış qida ilə təmin etməyin n

arrow Ətraflı
Minsk qrupu gələn il ləğv olunacaq? like
  • 22 Dek 16:33  
Siyasət Minsk qrupu gələn il ləğv olunacaq?

Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda Minsk qrupunun fəaliyyə

arrow Ətraflı
DİQQƏT! Bakının bu yolları "keçilməz" oldu like
  • 22 Dek 16:31  
Digərləri DİQQƏT! Bakının bu yolları "keçilməz" oldu

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

arrow Ətraflı
Türkiyə XİNdən Pakistanda törədilən terror aktını ilə bağlı bəyanat like
  • 22 Dek 16:24  
Digərləri Türkiyə XİNdən Pakistanda törədilən terror aktını ilə bağlı bəyanat

"Bu mənfur hücumu qınayır, şəhidlərə Allahdan rəhmət, yaralılara

arrow Ətraflı
Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirdi like
  • 22 Dek 16:15  
Digərləri Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 6 terrorçunu məhv edib.

arrow Ətraflı
ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər  Nədən hazırlanır? like
  • 22 Dek 16:07  
Digərləri ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər Nədən hazırlanır?

Bu şorba 100 ildən artıqdır ki, hər gün ABŞ Senatının menyusunda yer al

arrow Ətraflı
Saç əkilməsi artıq keçmişdə qaldı:  Yeni müalicə metodu kəşf edildi like
  • 22 Dek 16:00  
Digərləri Saç əkilməsi artıq keçmişdə qaldı: Yeni müalicə metodu kəşf edildi

Pakistanın Şeffild Universiteti və COMSATS Universitetinin alimləri təsadü

arrow Ətraflı
Trampın gəlini namizədlikdən imtina etdi like
  • 22 Dek 15:53  
Dünya Trampın gəlini namizədlikdən imtina etdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı

arrow Ətraflı
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli  fərq nədir? like
  • 22 Dek 15:42  
Digərləri Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli fərq nədir?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağ

arrow Ətraflı