Mərkəzi Bank məlumat yaydı inflyasiya...


Digərləri 03 Dek 2024 12:08:00 120 0

Mərkəzi Bank məlumat yaydı  inflyasiya...

Yenilənmiş proqnozlar göstərir ki, 2024-cü və 2025-ci ildə illik inflyasiyanın hədəf diapazonu daxilində (4±2%) qalacağı proqnozlaşdırılır.

Bu barədə Son.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, AMB-nin inflyasiya üzrə 2024-cü ilə oktyabr proqnozu 5.1% təşkil edir. Qeyd olunub ki, 2024-cü ilə illik inflyasiya proqnozuna tənzimlənən qiymətlər 0.6 faiz bəndi, dövlət istehlakı 0.42 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 0.96 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətləri 2.25 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 3.82 faiz bəndi artırıcı təsir edəcək: "NEM-in -1.24 faiz bəndi və digər amillərin -1.72 faiz bəndi azaldıcı töhfəsi gözlənilir. 2024-cü ilə dair oktyabr proqnozu iyul proqnozuna nəzərən 0.3 faiz bəndi aşağı reviziya edilmişdir. Əsas səbəb ticarət tərəfdaşlarında inflyasiya proqnozunun aşağı doğru reviziyasıdır. Oktyabr proqnozuna görə 2024-cü ilin sonuna ticarət tərəfdaşlarında inflyasiyanın 9.8% olacağı gözlənilir (iyul proqnozu 10.3%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri -0.2 faiz bəndidir.

2025-ci ilə inflyasiyanın oktyabr proqnozu 5.8% təşkil edir. 2025-ci ilə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0.41 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.61 faiz bəndi, KİQİ 3.33 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.42 faiz bəndi, digər amillər 0.16 faiz bəndi artırıcı, NEM isə -2.13 faiz bəndi azaldıcı təsir edəcəkdir. 2025-ci ilə oktyabr proqnozu iyul proqnozuna nəzərən 0.3 faiz bəndi yuxarı reviziya edilmişdir. Yuxarı reviziyanın səbəbi NEM-in möhkəmlənmə tempinə dair proqnozun aşağı doğru reviziyasıdır. Oktyabr proqnozuna görə 2025-ci ilin sonuna NEM-in 7.9% möhkəmlənəcəyi gözlənilir (iyul proqnozu 8.7%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri 0.22 faiz bəndidir. Eyni zamanda KİQİ-nin proqnozunun yuxarı doğru reviziyası da illik proqnoza təsir edir. Belə ki, oktyabr proqnozuna görə 2025-ci ilin sonuna KİQİ-nin 6.8% artacağı gözlənilir (iyul proqnozu 3.3%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri 1.72 faiz bəndidir. Proqnozların reallaşması bir sıra xarici və daxili inflyasiya amillərinin dəyişimindən asılı olacaqdır. Manatın nominal effektiv məzənnəsi, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tarifləri başlıca amillər hesab olunur. Eyni zamanda, iqlim dəyişiklikləri və istehsal xərclərinin artımı kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi vasitəsilə inflyasiyaya təsir edə bilər. İnflyasiyaya təsir edə biləcək digər daxili amillərə isə məcmu tələbin dinamikası aiddir".

"İnflyasiya gözləntiləri cari ildə sektorlar üzrə fərqli istiqamətlərdə dəyişmişdir. Həyata keçirilən real sektorun monitorinqinin nəticələrinə əsasən ilin ötən dövrü ərzində sahələr üzrə ən yüksək qiymət artımı gözləntisi xidmət sektorunda qeydə alınmışdır. Digər sektorlardan tikinti və ticarət üzrə gözləntilər isə son 2 ayda mənfi zonada qalmağa davam etmişdir. Qeyri-neft sənaye sektorunda il ərzində dəyişkənlik müşahidə edilmiş və gözləntilərdə mənfi zonadan müsbət zonaya keçid olmuşdur.

Sənaye sektorunda qiymət indeksi sentyabr ayında 0.07 (ötən ilin müvafiq dövrü 3.88 ), ticarətdə -14.28 (ötən ilin müvafiq dövrü -2.35), tikintidə -0.29 (ötən ilin müvafiq dövrü 5.40), xidmət sektorunda isə 21.59 (ötən ilin müvafiq dövrü 22.79) olmuşdur", - məlumatda qeyd olunub.

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edildi like
  • 03 Dek 12:03  
Digərləri Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edildi

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib

arrow Ətraflı
Valideynlərə ÇAĞIRIŞ  "Bunu məhdudlaşdırmaq əvəzinə..." like
  • 03 Dek 12:00  
Digərləri Valideynlərə ÇAĞIRIŞ "Bunu məhdudlaşdırmaq əvəzinə..."

"Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu g�

arrow Ətraflı
Sərhəddi pozan 27 nəfər saxlanıldı like
  • 03 Dek 11:53  
Digərləri Sərhəddi pozan 27 nəfər saxlanıldı

Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin noyabr ayı ərzində dö

arrow Ətraflı
Qızlar meyvə suyu qutusunda görün məktəbə like
  • 03 Dek 11:49  
Digərləri Qızlar meyvə suyu qutusunda görün məktəbə

Bəzi mağaza və internet saytlarında gizli şəkildə satılan bu cihazlara..

arrow Ətraflı
“Range Rover”dən 9400 dollar oğurlandı like
  • 03 Dek 11:46  
Digərləri “Range Rover”dən 9400 dollar oğurlandı

Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib.

arrow Ətraflı
AQTAdan qoyun və quzu əti ilə bağlı AÇIQLAMA like
  • 03 Dek 11:45  
Digərləri AQTAdan qoyun və quzu əti ilə bağlı AÇIQLAMA

Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox istehlak edildiyi üçü

arrow Ətraflı
Bu yolda sürət həddi endirilib like
  • 03 Dek 11:40  
Digərləri Bu yolda sürət həddi endirilib

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yo

arrow Ətraflı
Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib like
  • 03 Dek 11:35  
Digərləri Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib

Öz fəaliyyətində ESG (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərini rəhb

arrow Ətraflı
İstifadəçilər hansı əməliyyat sisteminə üstünlük verirlər? like
  • 03 Dek 11:24  
Digərləri İstifadəçilər hansı əməliyyat sisteminə üstünlük verirlər?

"Steam" oktyabr ayının ən çox istifadə edilən əməliyyat sistem

arrow Ətraflı
Bu ərazilərə qar yağıb  FAKTİKİ HAVA like
  • 03 Dek 10:00  
Digərləri Bu ərazilərə qar yağıb FAKTİKİ HAVA

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qr

arrow Ətraflı
Rusiya bu əraziləri də tutdu like
  • 03 Dek 09:30  
Digərləri Rusiya bu əraziləri də tutdu

Dekabrın 1-dən 2-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvəl�

arrow Ətraflı
Əhaliyə ŞAD XƏBƏR  Dekabrın 10a qədər... like
  • 03 Dek 06:31  
Digərləri Əhaliyə ŞAD XƏBƏR Dekabrın 10a qədər...

Noyabrın 28-29-da Yer kürəsində iki fərqli maqnit qasırğası qeydə alın

arrow Ətraflı
Azərbaycanda tanınmış musiqiçi müğənninin dişini itə atıb toydan qaçdı like
  • 02 Dek 23:28  
Şou-biznes Azərbaycanda tanınmış musiqiçi müğənninin dişini itə atıb toydan qaçdı

Son.az lent.az-a istinadən "Ömrün bir anı"  rubrikasında tanınm

arrow Ətraflı