Valideynlərə ÇAĞIRIŞ "Bunu məhdudlaşdırmaq əvəzinə..."
Digərləri 03 Dek 2024 12:00:00 93 0
"Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil".
Bu xəbəri də oxu: “Hökümə 2 sərnişini arxaya keçirdi, özü isə…” – VİDEO
Bunu Son.az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.
Onun sözlərinə görə, uşaq və gənclərin sosial mediadan istifadə etməsi haqqında maarifləndirmə aparmaq lazımdır:
"Xüsusilə 2020-ci ildə həyatımıza daxil olan pandemiya şərtləri ilə bütün dünyada sosial mediadan istifadə tezliyi artdı. Sosial mediadan ünsiyyət qurmaqla yanaşı, özünü ifadə etmək, reklam etmək, inandırmaq və təsir etmək vasitəsi kimi də istifadə olunur. Mütləqdir ki, uşaq və gənclərin sosial mediadan istifadəsinə nəzarət etmək və faydalı istifadə haqqında məlumatlar vermək lazımdır. Günümüzdə gənclərin zamanının əhəmiyyətli bir hissəsi sosial şəbəkələrdə və internetdə keçir. Buna görə də, xüsusilə emosional ehtiyaclar baxımından, gənclər burada incidilməyə və ya incinməyə həssasdırlar. Rəqəmsal zorakılıq çağımızın mühüm probleminə çevrilir. Bu gün bir çox ailələr uşaqlarını sosial medianın mənfi təsirlərindən qorumaq üçün onlara istifadə məhdudiyyətləri qoyur. Lakin bugünkü şəraitdə sosial medianın məhdudlaşdırılması və ya qadağan edilməsi konstruktiv və faydalı həll yolu deyil. Bunu məhdudlaşdırmaq əvəzinə onlara ondan daha sağlam, səmərəli və şüurlu şəkildə istifadə etməyin yolları öyrədilməlidir. Sosial mediadan istifadənin zərərlərindən danışmazdan əvvəl onun səmərəli şəkildə istifadə edildiyi təqdirdə gənclərə verdiyi faydalardan danışsaq görərik ki, tələbələr görüntülü platformalarda dərslərini öyrənə və öz bilik və ideyalarını paylaşa bilər,müəllimləri tərəfindən sosial mediada paylaşılan canlı yayımlara daxil ola bilərlər. Bu yolla gənclər təkcə öz ətraflarından olan insanlarla deyil, həm də dünyanın müxtəlif yerlərindəki insanlarla ünsiyyət yaradırlar. Bu da onlara həm xarici dil öyrənmə baxımından həm də müxtəlif mədəniyyətlərlə tanış olma istiqamətində mühüm imkanlar yaradır. Sosial olmayan və bu səbəbdən ünsiyyət qurmaqda çətinlik çəkən insanlar da bu vasitə ilə sosial və ünsiyyətcil ola bilirlər. Onlar həmçinin öz maraq və ehtiyaclarına uyğun olaraq peşəkarların faydalı videolarını və məzmununu izləyərək faydalı məlumatlar əldə edə bilirlər".
Ekspert sosial medianın həm də bir çox gənc üçün dünya haqqında məlumat mənbəyi olduğunu deyir.
Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin noyabr ayı ərzində dö
"Biz əsarət, müstəmləkəçilik və neokolonializmin əsrlər boyu dər
Bəzi mağaza və internet saytlarında gizli şəkildə satılan bu cihazlara..
Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib.
Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox istehlak edildiyi üçü
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yo
Öz fəaliyyətində ESG (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərini rəhb
"Steam" oktyabr ayının ən çox istifadə edilən əməliyyat sistem
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qr
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq&qu
Dekabrın 1-dən 2-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvəl�
Noyabrın 28-29-da Yer kürəsində iki fərqli maqnit qasırğası qeydə alın
Son.az lent.az-a istinadən "Ömrün bir anı" rubrikasında tanınm
Bloger Nail Kəmərli (Nail Babayev) evindən oğurluq etmək istəyən şəxsin
İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan və BMT-ni