Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib
Digərləri 03 Dek 2024 11:35:00 131 0
Öz fəaliyyətində ESG (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərini rəhbər tutan Unibank, ölkəmizin "təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilmək" milli prioritetinin dəstəklənməsi baxımından daha bir addım atıb. Bank tərəfindən Müşfiqabad ərazisində 500 ağac əkilib. Bank əməkdaşları 1 hektara yaxın ərazidə Eldar şamı və Zeytun tinglərinin əkinini həyata keçiriblər. Ağacəkmə aksiyasına "Eco Hub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilati dəstək verilib.
Hər iki ağac növü hava keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitə təsiri baxımından əhəmiyyətli qiymətləndirilir. Belə ki, bir zeytun fidanı ildə təxminən 1-5 kq və bir Eldar şamı fidanı isə 1-4 kq karbon udur.Yetkin mərhələdə bu sayda zeytun və şam ağacları ildə 6-8 ton və daha çox karbon udma potensialına malikdirlər.
Xatırladaq ki, yeni inkişaf strategiyasına uyğun olaraq, Unibank tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində yaşıl layihə maliyyələşdirilmələri aparılır. Bank tərəfindən artıq müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılışı həyata keçirilib. Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və "yaşıl artım"ın təmin edilməsinə töhfə verilməsini hədəfləyir.
"Steam" oktyabr ayının ən çox istifadə edilən əməliyyat sistem
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qr
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq&qu
Dekabrın 1-dən 2-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvəl�
Noyabrın 28-29-da Yer kürəsində iki fərqli maqnit qasırğası qeydə alın
Son.az lent.az-a istinadən "Ömrün bir anı" rubrikasında tanınm
Bloger Nail Kəmərli (Nail Babayev) evindən oğurluq etmək istəyən şəxsin
İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan və BMT-ni
Bakıda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəti
2025-ci il sağlamlıq baxımından fərqli bürclər üçün müxtəlif enerjil
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı tutduğu və
Cəmiyyətdə böyük müzakirəyə səbəb olan, İctimai TV-də yayımlanan &q
"Ukrayna ordusunun bəzi işğal olunmuş əraziləri geri almağa gücü �
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda
"Hər gözümü açanda Rəşadı başımın üstündə görürdüm"