Bu əməliyyat da icbari tibbi sığorta ilə edilir
Digərləri 02 Dek 2024 16:20:00 100 0
Çəpgözlük (strabizm) əməliyyatı icbari tibbi sığorta hesabına həyata keçirilir.
Bu xəbəri də oxu: Ekipajın Qroznı dispeçeri ilə danışıqları yayımlandı
Son.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 379 çəpgözlük əməliyyatı icra olunub. Əməliyyatın məqsədi xəstələrin görmə qabiliyyətini bərpa etmək və ya saxlamaqdır.
Uşaqlıq dövründə vaxtında aparılan konservativ müalicə tədbirləri və cərrahi əməliyyat görmə qabiliyyətinin bərpası və sosial həyat keyfiyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Əməliyyatın 3-5 yaşlarda icra edilməsi daha məqsədəuyğundur.
Çəpgözlük əməliyyatı müdaxilə olunan əzələlərin sayına görə dəyişir və 1-2 saat davam edə bilir. Sözügedən əməliyyat pasiyentin ümumi vəziyyətindən və yaşından asılı olaraq lokal və ya ümumi anesteziya altında icra olunur. Əməliyyat zamanı gözü hərəkət etdirən (ekstraokulyar) əzələlər tənzimlənərək gözlərin simmetrik vəziyyətə gətirilməsi təmin edilir. Prosedurdan əvvəl xəstənin vəziyyətinin qiymətləndirməsi üçün oftalmoloji müayinələr, tibbi göstərişə əsasən elektromioqrafiya, elektroensefaloqrafiya, ultrasonoqrafiya və lazımi hallarda MRT və ya KT kimi diaqnostik üsullar tətbiq olunur. Əməliyyatdan sonra tam bərpa orta hesabla 1-2 həftə (bəzən 4 həftəyədək) çəkir.
Əməliyyatdan əvvəl və sonra tələb olunan instrumental və laborator müayinələr, xəstəxanada yatış zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən təmin edilir.
Bir vaxtlar "Möhtəşəm Yüzil" serialında Mihrimah Sultan obrazın
Vergi Məcəlləsinə əsasən müharibə veteranlarının əməkhaqqısına əl
Son illərdə mağazalarda və ya iaşə obyektlərində bayramlarla bağlı end
Həkimlər dişlərinizi fırçalamağı unutmağınız ağız boşluğunda böy
"Ritm" qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun vaxtilə koma
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keşyap Pateli Federal Təhqiqat Bü
Müğənni Aytac Vidadiqızı ayrıldığı həyat yoldaşı ilə bağlı mövzu
Prezident İlham Əliyev Laçın şəhərinin işğaldan azad edilməsi münasib
Son günlər mağazalarda Yeni il üçün hazır hədiyyə qutuları satışa qo
1930-cu illərdə qadınlar daha cazibədar kirpik və qaşlara sahib olmaq üç
Dövlət Gömrük Komitəsinin (DGK) Tibb Xidməti qalmaqallı şirkət kimi tan
"Televiziyalarda Bədii Şura yaradılmalıdır. Hər əlinə mikrofon alan
Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevin işi ilə ba