Ərə getmək arzusu baha başa gəldi "WhatsApp"la
Kriminal 23 Noy 2024 17:58:00 98 0
Naftalanda "WhatsApp" vasitəsi ilə fala baxan şəxs qadının 22 min manatını ələ keçirib.
Bu xəbəri də oxu: Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi
Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1997-ci ildə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş X.C. adlı şəxs saxlanılıb.
Naftalan şəhər sakini V.Ə. adlı qadın "WhatsApp" vasitəsi ilə X.C.-ya yazaraq, nə vaxt ailə həyatı quracağı ilə bağlı sual verib. X.C isə özünü Zamiq kimi təqdim edərək, onda qeyri-adi güclərinin olduğunu deyib və onunla evlənəcəyi vədini verib. "Məndə qeyri-adi güclər var, mənimlə evlənəcəksən", deyə falçı qadına bildirib.
V.Ə. bir müddət Zamiqlə yazışaraq, ona inanmağa başlayıb. Təqsirləndirilən şəxs qadının inamından istifadə edərək 2024-cü ilin yanvar ayının istintaqa dəqiq məlum olmayan günündən iyun ayının 14-dək olan müddət ərzində ondan 18.000 manat pul, bir ədəd qızıl boyunbağı (4194 manat dəyərində) və bir ədəd qızıl kulon (247 manat dəyərində) alıb. X.C. ümumilikdə zərərçəkmiş qadının 22442 manat dəyərində əmlakını və pulunu mənimsəyərək, yoxa çıxıb.
Xalq artisti Röya Ayxanın maraqlı görüntüləri yayılıb.
Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə
Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində ida
Koreyanın "Hyundai" şirkəti ABŞ-də 145 min elektromobilini geri �
"Onu Allaha tapşırmışdım, indi televizora evdən baxır"
Bütün banklarda 12%-ə qədər yerləşdirilən əmanətlər qorunur. Hər han
Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Azərbaycan Dövlət Su
Məşhur türkiyəli rok müğənnisi Teomanın verdiyi açıqlama diqqət çə
Noyabrın 16-na keçən gecə Kişinyovda məşhur moldovalı ifaçı İqor Kuç
KXDR hərbçiləri artıq işğal olunmuş Mariupolda və rusların ələ keçir
Tünd şokolad az miqdarda yeyildikdə orqanizm üçün heç də zərərli deyil
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli M�