Toy olmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? – Ali Məhkəmə AÇIQLADI


Digərləri 23 Noy 2024 13:31:00 112 0

Toy olmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? – Ali Məhkəmə AÇIQLADI

Nişan mərasimində nişanlanan qıza hədiyyə verilən qızıl-zinət əşyaları toy baş tutmadığı halda, bağışlama müqaviləsi kimi deyil, əsassız varlanma kimi qiymətləndirilir.

Son.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin konkret iş üzrə qəbul etdiyi qərarında göstərilib. 

İşin hallarından görünür ki, 01.06.2022-ci il tarixdə cavabdeh ilə iddiaçının oğlu arasında nişan mərasimi keçirilib, toy mərasimi və nikahın bağlanması 25 iyun 2022-ci il tarixə planlaşdırılıb. İddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilib, lakin nikah baş tutmayıb, münasibətlər pozulub. Bundan sonra iddiaçı tərəfindən cavabdehə nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının geri tələb edilməsi ilə bağlı məhkəməyə müraciət edib. 

Aşağı instansiya məhkəmələri qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlandığını qətnaməsində qeyd etsə də, toyun baş tutmaması halını nəzərə almayıb. Ona görə qızıl-zinət əşyalarının cavabdehdə qalmasına qərar verilib. 

Lakin iş üzrə yekun məhkəmə instansiyası olaraq Ali Məhkəmə hesab edib ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 673-cü maddəsi təşkil etmir. Belə ki, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Hazırkı iş üzrə iddia tələbi rəsmi nikahın baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının tələbi ilə əlaqədardır.  Ali Məhkəmə qeyd edib ki, iddianın hüquqi əsası kimi qızıl-zinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092- ci maddələri nəzərdən keçirilə bilər. Nəzərə almaq lazımdır ki, bağışlamadan imtina üçün əsasların olmaması bağışlanmış əşya hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi əsası ilə hədiyyənin geri tələb edilməsini istisna etmir. 

Buna görə də məhkəmə iddiaçının şikayətini təmin edib və qızıl-zinət əşyalarının cavabdehdən alınması barədə qərar qəbul olunub.

Rusiyanın raketlə vurduğu yerin son vəziyyəti like
  • 23 Noy 13:28  
Digərləri Rusiyanın raketlə vurduğu yerin son vəziyyəti

Son zamanlarda Rusiyanın Konstantinovka şəhərinə hücumları müharibənin

arrow Ətraflı
Qreta Tunberq: ekofəal, yoxsa idarə olunan like
  • 23 Noy 13:27  
Siyasət Qreta Tunberq: ekofəal, yoxsa idarə olunan

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Məşhur müğənninin "parkovşik"ə verdiyi pul təəccübləndirdi like
  • 23 Noy 13:18  
Şou-biznes Məşhur müğənninin "parkovşik"ə verdiyi pul təəccübləndirdi

Müğənni Bahar Lətifqızı etdiyi jestlə diqqətləri üzərinə çəkib.

arrow Ətraflı
Bakıda jurnalisti maşın vurdu  FOTO like
  • 23 Noy 13:09  
Digərləri Bakıda jurnalisti maşın vurdu FOTO

Tanınmış idman jurnalisti Elçin Cəfərov bədbəxt hadisə ilə üzləşib.

arrow Ətraflı
Bakıda bu yol nişanlarının sökülməsinə başlanıldı like
  • 23 Noy 12:56  
Digərləri Bakıda bu yol nişanlarının sökülməsinə başlanıldı

COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb.

arrow Ətraflı
Bayden nə danışdı, özü də bilmədi like
  • 23 Noy 12:54  
Dünya Bayden nə danışdı, özü də bilmədi

Bayden Ağ Evdə təntənəli şam yeməyi zamanı çıxışında daha bir səhv

arrow Ətraflı
Bu bürclərlə "kilometrlərlə" like
  • 23 Noy 12:44  
Digərləri Bu bürclərlə "kilometrlərlə"

Astrologiyada hər bürcün fərqli xüsusiyyətləri və şəxsiyyətləri təm

arrow Ətraflı
Nikol Paşinyanın Bakıya yeni “təklif”ləri var like
  • 23 Noy 12:43  
Siyasət Nikol Paşinyanın Bakıya yeni “təklif”ləri var

Azərbaycan və Ermənistan arasındakı sərhəd adi bir xəritə xətti deyil.

arrow Ətraflı
Azərbaycanda güclü zəlzələ oldu like
  • 23 Noy 12:36  
Digərləri Azərbaycanda güclü zəlzələ oldu

Noyabrın 23-də Laçın rayonu ərazisində zəlzələ olub.

arrow Ətraflı
İstirahət günü hava like
  • 23 Noy 12:34  
Digərləri İstirahət günü hava

Noyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Əli Əsədov qərar imzaladı like
  • 23 Noy 12:26  
Siyasət Əli Əsədov qərar imzaladı

Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanması Qaydası təsd

arrow Ətraflı
Sahibkarlar bunu 6 il məcburi qaydada tətbiq etməlidirlər  Yeni QAYDA like
  • 23 Noy 12:08  
Digərləri Sahibkarlar bunu 6 il məcburi qaydada tətbiq etməlidirlər Yeni QAYDA

"Qida Təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa

arrow Ətraflı
31 min nəfərə pensiya təyin edilib like
  • 23 Noy 12:07  
Digərləri 31 min nəfərə pensiya təyin edilib

2024-cü ilin yanvar-oktyabr ayları ərzində 31 min nəfərdən çox şəxsə

arrow Ətraflı
Annalena Berbok Bakıda görün nə etdi  AlmaniyaAzərbaycan arasında növbəti gərginlik like
  • 23 Noy 12:02  
Siyasət Annalena Berbok Bakıda görün nə etdi AlmaniyaAzərbaycan arasında növbəti gərginlik

Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə qalmaqallı

arrow Ətraflı