Arvadını öldürən “Embawood”un şöbə rəisinin cəzası
Kriminal 22 Noy 2024 15:31:00 102 0
Binəqədi rayonunda arvadını qətlə yetirən Rəşad Quliyev 1 il azadlıqdan məhrum edilib.
Bu xəbəri də oxu: "Vaqa" ilə bağlı qərar verildi
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert rəyləri ilə Rəşadın cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübut edilib.
Təqsirləndirilən şəxsin anket məlumatlarından görünür ki, o, tam ali təhsillidir. Bu hadisəyə kimi "Embawood" şirkətində planlaşdırma şöbəsinin rəisi işləyib. Rəşad 12 il əvvəl Aygül Quliyeva ilə ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı var. Ailənin maddi vəziyyəti yaxşı olub.
Ər-arvad arasındakı mübahisəyə səbəb isə qısqanclıq və bəzi xoşagəlməz hərəkətlər olub. Rəşad ifadəsində deyib ki, Aygül tez-tez onu təhqir edib, sonuncu dəfə hətta onunla yaşamaqdan iyrəndiyini deyib.
Bu narazılıqlarla bağlı sonuncu mübahisədə Rəşad yüksək hiss-həyəcən, stress vəziyyətində arvadını bıçaqla qətlə yetirib. Təqsirləndirilən şəxsə əvvəl 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham sonradan 122.1-ci (qəfil baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
İşi Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayev araşdırıb. Hakim yekun iclasda təqsirləndirilən şəxsə düzgün ittiham verildiyini bəyan edib.
Hökmə əsasən, Rəşada 1 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının əvvəli bu ilin aprelindən hesablandığı üçün 5 ay sonra azadlığa buraxılmalıdır.
Məşhur aktrisa bu ölkənin prezidentinin oğlu ilə eşq yaşayır
"Vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər kəs qanunlarımıza
Enerji qiymətlərinin yüksək olması səbəbindən, qışda mənzili qızdır
Türkiyənin məşhur "Çocuklar Duymasın" serialında "Meltem&q
Rusiya Prezidenti Vladimir Putinin nüvə ilə bağlı sərəncam imzalamasınd
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)
C vitamini immun sistemini gücləndirən, dəri sağlamlığını yaxşılaşd�
Yeni araşdırmalar iqlim dəyişikliyinin insan həyatı üçün ciddi təhdid
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kə�
"Babəkər" sərhəd zastavasının sərhədçiləri yaşıl sərhəd
Ənənəvi dada yeni qatqı əlavə etməklə fərqli salat hazırlanıb.
Süni yağış texnologiyası əsasən quraqlıqla mübarizə aparmaq, su ehti
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.