Bu tarixədək 300 milyon insan öləcək Alimlər
Dünya 22 Noy 2024 14:11:00 88 0
Yeni araşdırmalar iqlim dəyişikliyinin insan həyatı üçün ciddi təhdid olduğunu bir daha ortaya qoyub. Almaniyanın Maks Plank Kimya İnstitutunun tədqiqatçıları inkişaf etmiş rəqəmsal modellərdən istifadə edərək 2100-cü ilə qədər havanın çirklənməsi və ekstremal temperatur səbəbindən 30 milyon insanın həyatını itirəcəyini proqnozlaşdırıblar.
Bu xəbəri də oxu: Qan vermək üçün sırada gözləyən Aktau sakinləri VİDEO
Araşdırma qrupunun rəhbəri Dr. Andrea Pozzer bildirib ki, 2000-ci ildə həm soyuq, həm də isti havanın təsirindən hər il təxminən 1.6 milyon insan dünyasını dəyişib. Bu rəqəmin əsrin sonunda 10.8 milyona çatacağı ehtimal edilir ki, bu da yeddi dəfə artım deməkdir. Havanın çirklənməsi ilə bağlı isə illik ölüm halları 4.1 milyondan 19.5 milyona yüksələcək.
Maks Plank alimlərinin araşdırması, həmçinin, regional fərqlilikləri də göstərib. Cənubi və Şərqi Asiyada ölüm halları daha yüksək olacaq, çünki yaşlanan əhali ilə birgə havanın çirklənməsi böyük rol oynayacaq. Digər tərəfdən, Qərbi Avropa, Şimali Amerika və Okeaniya kimi yüksək gəlirli bölgələrdə ekstremal temperaturdan ölənlərin sayı havanın çirklənməsi səbəbindən ölənləri ötəcək. Bu tendensiya artıq ABŞ, İngiltərə, Fransa, Yaponiya və Yeni Zelandiyada müşahidə edilir.
Araşdırma, həmçinin, qlobal səviyyədə əhalinin beşdə birinin 2100-cü ilə qədər temperaturla bağlı sağlamlıq risklərindən daha çox təsirlənəcəyini göstərir. Tədqiqatçılar bu nəticələrin iqlim dəyişikliyinin qarşısını almaq üçün təcili tədbirlərin zəruriliyini vurğuladığını bildirirlər.
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kə�
"Babəkər" sərhəd zastavasının sərhədçiləri yaşıl sərhəd
Ənənəvi dada yeni qatqı əlavə etməklə fərqli salat hazırlanıb.
Süni yağış texnologiyası əsasən quraqlıqla mübarizə aparmaq, su ehti
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Ermənistan böyük güc mərkəzlərinin geosiyasi maraqlarının kəsişdiyi b
Şirvan şəhərində ictimai yerdə dava-dalaş salmış qadınlar həbs edilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) s
"Büdcə layihəsində ünvanlı sosial yardım üçün 457,3 milyon manat
Bu ilin sentyabr ayında Azərbaycana Türkiyədən 6 baş ulaq (eşşək) idxal