Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib FOTO
Digərləri 21 Noy 2024 19:09:00 113 0
Noyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin (İB) və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Dəyişən iqlim şəraitində bəbirlərin mühafizəsi" mövzusunda panel müzakirələri təşkil olunub.
Bu xəbəri də oxu: Təyyarənin üç ekipaj üzvü sağ qalıb
Son.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin açılışında çıxış edərək iqlim dəyişmələrinin və qlobal ekoloji sistemdə mənfi tendensiyaların müşahidə edilməsinin Qafqaz bəbirləri də daxil olmaqla, bir çox canlının populyasiyasını təhlükə altına qoyduğunu bildirib. Qeyd edib ki, temperaturun yüksəlməsi və digər çoxsaylı təbii kataklizmlər bəbirlərin təbiətdə sağ qalmasını çətinləşdirir.
IDEA tərəfindən icra olunmuş çoxsaylı fəaliyyətlər, o cümlədən ETSN və WWF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş "Azərbaycanda bəbirlərin populyasiyasının bərpası" layihəsinin bəbirlərin ölkəmizdə sayının artırılmasına verdiyi töhfə barədə layihə iştirakçılarına ətraflı məlumat verilib. Leyla Əliyeva diqqətə çatdırıb ki, 2014-cü ildə keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti Cənubi Qafqaz bölgəsində ekoloji tarazlıq və canlıların mühafizəsi məsələlərinə diqqətin artırılmasını təmin edib. IDEA İB-nin təsisçisi və rəhbəri vurğulayıb ki, atılan addımların sayəsində ötən illər ərzində Azərbaycan ərazisində 23 bəbir fərdinə rast gəlinib.
Çıxışının sonunda Leyla Əliyeva bəbirlərin səmərəli mühafizəsini təmin etmək məqsədilə qlobal səyləri daha da möhkəmləndirməyə çağırıb.
Fransız araşdırma şirkəti "Ipsos" 31 ölkədə eşq həyatı ilə
Bürclərin heç vaxt qorxmadığı şeylər haqqında daha çox məlumat əldə
Məşhur Hollivud aktrisası Cennifer Lopes haqqında yeni şayiə yayılıb.
Ankara Universiteti Baytarlıq fakültəsi dekanı professor Ender Yarsan dünya
Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub
Brüs Linin müəmmalı ölümünün sirri 51 ildən sonra açıqlanıb.
Kəsmik faydalı və zülal, kalsium kimi qidalandırıcı maddələrlə zəngin
Nar (nar meyvəsi) ümumiyyətlə sağlamlıq üçün faydalı olsa da, bəzi ha
İnfluenser Nəzrin Nəcəfova qaynanasını və anasını sosial şəbəkədə
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasında vulkan yenidən akt
Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidmətinin təqdim etdiyi
"Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi
Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarına xidm