"Prezidentin COP29da səsləndirdiyi tezislər xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir"
Siyasət 16 Noy 2024 19:57:00 95 0
Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra qlobal gündəlikdə duran məsələlərin və qlobal problemlərin həllinə öz töhfəsini vermək baxımından daha genişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir. COP29 da bu xüsusda olan tədbirlərdən biridir.
Bu xəbəri də oxu: Azərbaycan XİN Blinkenin bəyanatını rədd etdi
Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası ilk növbədə, inklüziv, ədalətli və tam şəffaf şəkildə nəticəyönümlü danışıqlara və COP-un gündəliyində duran, COP29-un mahiyyətini təşkil edən iqlim maliyyələşməsi ilə əlaqədar mövzulara yaxından töhfə verəcəyini COP-un Sədrliyini üzərinə götürdüyü andan etibarən açıq şəkildə bəyan edib. Prezident İlham Əliyev bu prosesdə Azərbaycanın mövqeyini və bütövlükdə iqlim diplomatiyası ilə əlaqədar ölkəmizin baxışını çıxışında açıq şəkildə ifadə etdi. Dövlətimizin başçısının çıxışı dünya mediası, COP-da iştirak edən çoxsaylı ekspertlər və xarici ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
"Prezident İlham Əliyev tərəfindən digər məsələlərdə olduğu kimi, bu məsələdə də beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirildi ki, biz yaşıl transformasiya haqda yalnız ümumi sözlərlə danışmaqla iqlim problemini qlobal miqyasda həll etmiş olmuruq. Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var. COP-u keçirən ölkələrə münasibətdə aparılan feyk-nyus və propaqanda xarakterli çirkin kampaniyaları, tendensiyaları kənara qoyaraq, əsas çirkləndirici faktorların miqyası və ölkələrin tutduqları rol barədə açıq və səmimi danışmaq lazımdır. Ona görə də Azərbaycan Prezidentinin tezisləri aparılan müzakirələrdə ana xətti müəyyən edən istiqamətlərdən biridir və bu, dünyanın mütləq əksəriyyətinin fikirləri ilə üst-üstə düşməklə yanaşı, xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir. Bir faktı nəzərə almaq lazımdır ki, Prezidentin tezisləri Paris razılaşmalarının mahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur. Paris razılaşmaları əldə edilən zaman ana konsepsiya o qoyulmuşdu ki, burada dövlətlərin ümumi, lakin fərqləndirici məsuliyyətləri var. Bu o deməkdir ki, sənaye inqilabından başlayaraq, dünyada karbon emissiyalarının artmasında məhz inkişaf etmiş ölkələrin xüsusi məsuliyyəti var. Ona görə də dünyanın bugünkü maliyyə hədəflərinin müəyyən edilməsində və onun müqabilində töhfələrin verilməsində inkişaf etmiş ölkələrdən böyük gözləntiləri var", - deyə Prezidentin köməkçisi xüsusi vurğulayıb.
İsveçin bərabərlik və iş həyatı naziri Paulina Brandberq bananafobiyadan
"Azərbaycan Respublikasının COP29-a ev sahibliyi etməsi barədə beynə
Türkiyəli məşhur aktrisa və aparıcı Ceyda Düvencinin qızı Nil Karaibr
Azərbaycanda orta məktəblərdən birinin xanım psixoloqu Küveyt vətəndaş
Qubadlı rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Nar qabığı əsrlər boyu xalq təbabətində müxtəlif xəstəliklərin müa
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin Donald Trampın A
"Xanımlar çox qısqancdır. Onların kişilərə qarşı allergiyası var
Bakıda COP29-da "Whale Wash" sənədli filminin təqdimatı olub.
Fransada restoranda hadisə yaşanıb.
Müğənni Elnarə Xəlilova izləyicilərinə xəbərdarlıq edib.
Meqan Markl və Şahzadə Harrinin ayrılıq xəbərləri gündəmdən düşm�
2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin oktyab
COP29 konfransının gündəliyinə əsasən 17 noyabr istirahət günündə tə
Hindistanın şimalında xəstəxananın yeni doğulmuş reanimasiya şöbəsin