İRİA COP29da iştirak edir
Digərləri 11 Noy 2024 16:39:00 93 0
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) iştirak edir.
Bu xəbəri də oxu: 1938ci ildə mobil telefonla danışan bu qadın olubmuş... İDDİA
Bu barədə Son.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, İRİA Yaşıl zonada öz stendi ilə təmsil olunur. Sözügedən tədbirin ilk günündə İRİA-nın stendində "Dayanıqlı dünya üçün "open data"nın gücündən istifadə", "Rəqəmsal Azərbaycanın gücləndirilməsi: İctimai xidmətləri hamı üçün birləşdirən "mygov" platforması", "Azərbaycan İnnovasiya Mərkəzi nədir və texnoparkların innovasiya ekosistemində rolu", "Sənədlərdən rəqəmsal nəzarətə: "mygov"un məlumat paylaşımı və razılığın idarə edilməsinə innovativ yanaşması" barədə təqdimatlar baş tutub.
"BERKM", "Recepta" startapları və texnopark rezidenti "Epoint" İRİA-nın stendində layihələrini iştirakçılara təqdim ediblər.
Qeyd edək ki, COP29-un davam edəcəyi müddətdə innovasiya və rəqəmsallaşma mövzularında bir sıra panel sessiyaları, təqdimatlar və vörkşoplar baş tutacaq, həmçinin İRİA-nın Yaşıl zonada stendi fəaliyyət göstərəcək. Stenddə tədbir qonaqları qurumun rəqəmsallaşma və innovasiya sahəsində gördüyü işlər, təşviq etdiyi layihələr haqqında ətraflı məlumat əldə edə, tərəfdaşlıq və əməkdaşlıq imkanlarını müzakirə edə biləcəklər.
16 noyabr tarixində isə "Rəqəmsal yaşıl üfüqlər: dövlət sektoru və texnologiyanın dayanıqlı gələcək üçün inteqrasiyası" və "İqlim fəaliyyəti üçün innovasiya və rəqəmsallaşma" mövzularında panel müzakirələri və çıxışlar baş tutacaq.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, bir çox alışqanlığ�
Biz iqlim dəyişikliklərinin təsirlərini yüngülləşdirməyə yönəlmiş
Muğam ifaçısı Kamilə Nəbiyeva "Bir gün" verilişinin qonağı o
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovaki
Müğənni İradə İbrahimova tənqid olunan sosial formatda verilişlərin yay
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari BMT-nin İqlim Də
Xuliqanlıqda ittiham olunan milyonçu Oleq Krapivin ("Oleq Bakinski"
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərç
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzr
Serbiya Prezidenti Aleksandar Vuçiç və Amerika Birləşmiş Ştatlarının ye
Son günlər sosial şəbəkələrdə yayılan dəvətnamə görüntüləri ölk
Son.az Trend-ə istinadən bildirir ki, COP29 çərçivəsində "Fəaliyy
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�