Azərbaycanda qəribə dəvətnamə:


Digərləri 11 Noy 2024 15:39:00 100 0

Azərbaycanda qəribə dəvətnamə:

Son günlər sosial şəbəkələrdə yayılan dəvətnamə görüntüləri ölkə gündəmindəki maraqlı mübahisələrdən birinə çevrilib.

Belə ki, yeni nəsil dəvətnamələrdə uşaqların toya gətirilməməsi barədə çağırış edilir.

Çağırışda isə belə yazılır:

"Əziz qonaqlar, bu fani dünyaya nə qədər uşaq gətirirsiniz gətirin, amma toya gələndə gətirməyin".

Maraqlıdır, yeni-yeni yayılmağa başlayan bu çağırışın səbəbləri nədir? Uşaqların toya nə kimi ziyanları var?

Son.az xəbər verir ki, bu barədə bakuplus.az-a mövzunu sosial tərəfdən şərh edən sosioloq Üzeyir Şəfiyev uşaqların toylardan kənarlaşdırılmasını doğru hesab etmir:

"Düşünürəm ki, uşaqların toya gətirilməməsi barədə edilən çağırışlar yaxşı hal deyil. Çünki toy bizim milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, min illik qədim adət-ənənələrimizdən biridir. Bu adətlərdə Azərbaycan xalqının düşüncələri, arxeotipləri öz əksini tapır. Hesab edirəm ki, toylar və digər mərasimlər vasitəsilə insanlar həm də sosiallaşır, həmrəyləşir, insanların xarakteri formalaşır. O cümlədən uşaqların xarakterinin formalaşmasında da toyların rolu var. Bu baxımdan belə mərasimlərdən uşaqların kənarlaşdırılması hesab edirəm ki, düzgün deyil. Uşaqlar həmin mühitdə də şübhəsiz ki, sosiallaşa bilir. Əlbəttə, uşaq psixologiyasını da nəzərə alaraq toyu elə təşkil etmək olar ki, uşaqlar həmin mərasimlərdən özlərinə pay götürsün. Yəni sosiallaşmasında faydalı olsun.

Sözsüz ki, uşağın yaşı da nəzərə alınmalıdır. Ancaq hesab edirəm ki, bütövlükdə uşaqlar toylarda iştirak eləməlidir. Necə ki, qədimdə kənd uşaqlarının toya qatqısı bir başqa olurdu. Toylar da uşaqların gələcək həyatında xoş nostaljlər yaradırdı. Bir daha səsləndirirəm: uşaqların toya gətirilməməsi ilə bağlı çağırışlar doğru deyil".

Bəzi toy sahibləri qeyd edilən çağırışları uşağın psixologiyasına mənfi təsir ilə əlaqələndirirlər. Maraqlıdır, toy uşaq psixologiyasına təsir edirmi?

Bakuoplus.az-ın sualını cavablandıran psixoloq Fidan Nizamova deyib ki, bu çağırışı çox düz ediblər:

"Çünki uşaqların elə böyük bir məclisdə olması, ancaq mane ola bilər. Amma onu da deyim ki, toyun uşaq psixologiyasına nə mənfi, nə müsbət təsiri var. Düzdü, bəzi uşaqlar var ki, səsə həssasdır və ya hiperaktivdir. Belə uşaqları toya, məclisə qəti aparmaq olmaz. Ancaq toya aparılan, cəmiyyət içində çox olan uşaqlar sosiallaşır, özlərini ifadə etməyi, davranış qaydalarını öyrənirlər".

COP for Hope: Qırğızıstan COP29a böyük ümidlər bəsləyir like
  • 11 Noy 15:00  
Digərləri COP for Hope: Qırğızıstan COP29a böyük ümidlər bəsləyir

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�

arrow Ətraflı
"Lada"nın qadın avtomobili olduğu üzə çıxdı like
  • 11 Noy 14:59  
Digərləri "Lada"nın qadın avtomobili olduğu üzə çıxdı

Rusiyanın avtomobil markası "Lada" daha çox qadınlar arasında pop

arrow Ətraflı
”Boşananda qayıt gəl” like
  • 11 Noy 14:57  
Şou-biznes ”Boşananda qayıt gəl”

"ATV-dən gedəndə çox yazıldı, pozuldu. Amma rəhbərliyə dedim ki, d

arrow Ətraflı
Türkəsilli siyasətçinin paylaşımı Almaniyanı silkələdi like
  • 11 Noy 14:55  
Dünya Türkəsilli siyasətçinin paylaşımı Almaniyanı silkələdi

Xristian Demokrat Birliyinin üzvü Bülent Büyükbayram nasist simvolları ola

arrow Ətraflı
2030cu ilə qədər qlobal enerji saxlama gücünü 6 dəfə artırmağa çağırırıq  Muxtar Babayev like
  • 11 Noy 14:30  
Digərləri 2030cu ilə qədər qlobal enerji saxlama gücünü 6 dəfə artırmağa çağırırıq Muxtar Babayev

Bütün tərəfləri 2030-cu ilə qədər qlobal enerji saxlama güclərini 6 d�

arrow Ətraflı
“Sümüklərini vermirəm deyə hürməyə başlayıblar”  FOTO like
  • 11 Noy 14:26  
Şou-biznes “Sümüklərini vermirəm deyə hürməyə başlayıblar” FOTO

İbrahim Tatlısəs sosial şəbəkə hesabında paylaşım edib.

arrow Ətraflı
İSESCOnun baş direktoru COP29da Azərbaycan pavilyonu ilə tanış olub  FOTO like
  • 11 Noy 13:48  
Digərləri İSESCOnun baş direktoru COP29da Azərbaycan pavilyonu ilə tanış olub FOTO

İSESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik COP29 sərgisində A

arrow Ətraflı
Efiopiya Prezidenti iqlim sammitində iştirak üçün Azərbaycana səfər edib like
  • 11 Noy 13:23  
Siyasət Efiopiya Prezidenti iqlim sammitində iştirak üçün Azərbaycana səfər edib

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie n

arrow Ətraflı
BMTnin Baş katibi Azərbaycanda səfərdədir like
  • 11 Noy 13:19  
Siyasət BMTnin Baş katibi Azərbaycanda səfərdədir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BM

arrow Ətraflı