“İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü” mövzusunda panel müzakirə keçirilib
Digərləri 11 Noy 2024 13:52:00 98 0
Noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT-nin Təlim və Tədqiqat İnstitutunun təşkilatçılığı ilə "İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü" mövzusunda panel müzakirə keçirilib.
Bu xəbəri də oxu: COP29 başladığı gün ilk uğuruna imza atdı
Son.az Trend-ə istinadən xəbər verir ki, paneldə çıxış edən BMT-nin Təlim və Tədqiqat İnstitutunun İnsanlarla iş üzrə şöbəsinin müdir müavini Ebru Canan-Sokullu son illərdə bir çox ali təhsil müəssisələrinin davamlılıq və iqlim dəyişiklikləri ilə əlaqəli təhsil proqramlarını tədris planlarına əlavə etdiklərini söyləyib.
O bildirib ki, universitetlərdə iqlim dəyişiklikləri ilə bağlı elmi araşdırmalar aparılır:
"Burada gənclərin üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki, yeni nəsil iqlim dəyişikliyi məsələlərinin həllində önəmli rol oynayacaq".
Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu hesab edir ki, universitetlər növbəti nəsillərin iqlim məsələləri barəsində maarifləndirilməsinə töhfə verəcək.
O bildirib ki, ali məktəblər bu mövzu ilə bağlı təcrübə və məlumatlarını artırmalıdırlar:
"İqlim dəyişiklikləri ilə bağlı mütəmadi olaraq keçirdiyimiz seminarlara tələbələrlə yanaşı, vətəndaşlar da gələ bilir. Universitetlər tələbələri təşəbbüslərində dəstəkləməlidir. Davamlı ekoloji kampusların qurulması hədəfimiz olmalıdır".
Hindistanın "GEDU Global Education" xidmətinin baş icraçı direktoru Vişvadjit Rana COP29-un enerji keçidi olduğunu vurğulayıb. O bildirib ki, yaşadığı yerdən asılı olmayaraq hər kəs yeni texnologiyalardan istifadə edərək daha dayanıqlı gələcəyə istiqamət götürə bilər.
Sonda universitetlər arası əməkdaşlıq məsələləri müzakirə olunub, suallar cavablandırılıb.
COP29-da canlanmış atmosfer hökm sürür.
İSESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik COP29 sərgisində A
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie n
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BM
Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasının pre
Ermənistanın COP29-da iştirakı ilə bağlı məsələsi Ermənistan və Az�
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının P
İqlim maliyyəsi bu böhrana səbəb olan və onu alovlandırmağa davam edənl
COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq.
Texnologiyanın tətbiqi proqramını həyata keçirmək lazımdır.
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat BMT-nin İqlim Dəyi
Noyabrın 13-də İqtisadiyyat Nazirliyi "Əməkdaşlığın gücü: Xalis
"COP29 iqlim dəyişikliyi reallıqlarına cavab tapmaq baxımından çox v
Noyabrın 13-də COP29 çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inki
Dünya icması iqlim təşəbbüslərinə yetərincə investisiya qoymur.