İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra sənədlər imzalayacaq
Digərləri 11 Noy 2024 12:53:00 97 0
Noyabrın 13-də İqtisadiyyat Nazirliyi "Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi" mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiya təşkil edəcək.
Bu xəbəri də oxu: 22 yaşlı gənc qəzada öldü
Son.az nazirliyə istinadən xəbər verir ki, tədbir bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq.
Noyabrın 14-də isə İqtisadiyyat Nazirliyi və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) birgə təşkilatçılığı ilə Maliyyə, İnvestisiya və Ticarət Günü (Climate FIT Day) çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) təqdim olunacaq.
Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq, iqlim maliyyəsi və strateji tərəfdaşlıqlar barədə müzakirələr aparılacaq.
COP29 çərçivəsində "Dayanıqlı gələcəyin gücləndirilməsi: maliyyə vasitəsilə yaşıl inkişafa təkan" mövzusunda tədbir keçiriləcək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (İMFF) təqdim olunacaq.
İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına, Türk Dövlətləri Təşkilatının iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üzrə Tərəfdaşlığına, SPECA İqlim və İnnovasiya Dialoquna dair nazirlər görüşləri keçiriləcək.
COP29 çərçivəsində 15 noyabr - Enerji, Sülh, Yardım və Bərpa Günündə İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış "Yaşıl artım" portalının təqdimatı, "Karbon qiymətqoyması: cari çağırışlar və yeni strategiyalar", "Dövlət-özəl tərəfdaşlığı layihələri vasitəsilə davamlı maliyyə və iqlim dayanıqlılığı strategiyalarının inkişaf etdirilməsi və iqlim dəyişikliyinin həllində özəl sektorun rolu" mövzuları üzrə tədbirlər keçiriləcək.
"COP29 iqlim dəyişikliyi reallıqlarına cavab tapmaq baxımından çox v
Noyabrın 13-də COP29 çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inki
Dünya icması iqlim təşəbbüslərinə yetərincə investisiya qoymur.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru
Gənclərin iqlim məsələləri ilə bağlı qərarların qəbulu prosesinə da
Türkiyədə 22 yaşlı tələbənin meyiti qaldığı yataqxananın bağında
30:30:30 pəhriz üsulunun ideyası ilk dəfə Tim Ferriss tərəfindən "T
İqlim dəyişmələrinin qarşısının alınması səylərini sürətləndirm�
"Bakı gecələri" adlı böyük konsert Sizi gözləyir. Xalq artistl
Keniyanın Baş naziri Musalia Mudavadi noyabrın 11-də BMT-nin İqlim Dəyişm
Azərbaycan, doğrudan da, "yaşıl enerji koridorları" mövzusunda �
Bakıda keçirilən COP29 konfransının Yaşıl Zonadakı tədbirlərinə start
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının P
COP29 qlobal Cənub ölkələrinin təcili ehtiyaclarına cavab verməli olan ma
Kuk Adalarının Baş naziri Mark Braun noyabrın 11-də BMT-nin İqlim Dəyişm