Dünya icması iqlim təşəbbüslərinə yetərincə investisiya qoymur Marina Ovsınova
Digərləri 11 Noy 2024 12:46:00 91 0
Dünya icması iqlim təşəbbüslərinə yetərincə investisiya qoymur.
Bu xəbəri də oxu: Beş bürc üçün həyəcan təbili
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin "Əl-Əzhar" Beynəlxalq İctimai Hərəkatının prezidenti Marina Ovsınova jurnalistlərə bildirib.
"Bu gün biz burada, COP29 konfransında Misir Fondu nümayəndə heyətinin tərkibində iştirak edirik və böyük əhəmiyyətə malik olan bu tədbirdə iştirak etməkdən məmnunuq. Ümid edirik ki, bu konfrans dünya ictimaiyyətinin iqlim dəyişikliyi ilə bağlı əsas məsələlərə diqqətini cəlb edəcək", - o qeyd edib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi kritik əhəmiyyətə malik bir problemdir.
"Biz artıq görürük ki, ABŞ-də qasırğalar daha da güclənir və dünyanın hər yerində iqlim fəlakətləri sürətlə artmaqdadır. Aydın olan odur ki, biz iqlim təşəbbüslərinə yetərincə investisiya qoymuruq. Bu yalnız ABŞ-yə deyil, bütün dünya icmasına aiddir. Biz nə qədər vaxtımızın qaldığının fərqinə varmırıq. İnsanlıq bu təhdidin nə qədər böyük olduğunu başa düşəndə, biz daha çox resursları iqlim problemlərinin həllinə yönəltməyə başlayacağıq. Biz bütün elmi potensialı birləşdirməli, ən yaxşı mütəxəssisləri cəlb etməliyik və müxtəlif yanaşmaları nəzərdən keçirməliyik", - o əlavə edib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru
Gənclərin iqlim məsələləri ilə bağlı qərarların qəbulu prosesinə da
Türkiyədə 22 yaşlı tələbənin meyiti qaldığı yataqxananın bağında
30:30:30 pəhriz üsulunun ideyası ilk dəfə Tim Ferriss tərəfindən "T
İqlim dəyişmələrinin qarşısının alınması səylərini sürətləndirm�
"Bakı gecələri" adlı böyük konsert Sizi gözləyir. Xalq artistl
Keniyanın Baş naziri Musalia Mudavadi noyabrın 11-də BMT-nin İqlim Dəyişm
Azərbaycan, doğrudan da, "yaşıl enerji koridorları" mövzusunda �
Bakıda keçirilən COP29 konfransının Yaşıl Zonadakı tədbirlərinə start
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının P
COP29 qlobal Cənub ölkələrinin təcili ehtiyaclarına cavab verməli olan ma
Kuk Adalarının Baş naziri Mark Braun noyabrın 11-də BMT-nin İqlim Dəyişm
Bu gün Bakıda Bakı Olimpiya Stadionunda COP29 Konfransının açılış məra
Bu gün Bakı bulvarında görünən nəhəng varlıq canlı deyilmiş.
ABŞ-nin yeni prezidentlik dövründə Donald Tramp Xəzər regionunda necə bir