Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində müzakirə ediləcək mövzuları açıqladı


Digərləri 11 Noy 2024 15:49:00 89 0

Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində müzakirə ediləcək mövzuları açıqladı

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq.

Bu xəbəri də oxu: BMW F36 necə maşındır?

Bu barədə Son.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 18-də COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) tərəfdaşlığı ilə müxtəlif ölkələrin təhsil nazirlərinin iştirakı ilə "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı", "Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi" mövzularında panellər təşkil ediləcək. COP29 çərçivəsində həmçinin BMT-nin 2022-ci ildə başlatdığı və 90-dan çox ölkənin qoşulduğu "Greening Education Partnership" təşəbbüsünün ikinci dəfə illik iclasının keçirilməsi nəzərdə tutulur.

"Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi" mövzusunda keçiriləcək paneldə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) vasitəsilə məktəblilərin iqlim savadlılığının ölçülməsinə dair Elm və Təhsil Nazirliyinin irəli sürdüyü təşəbbüs müzakirə ediləcək. Belə ki, Elm və Təhsil Nazirliyi İƏİT ilə birgə 2029-cu ildə həyata keçiriləcək növbəti PISA üçün iqlim savadlılığına dair səriştəəsaslı ölçmə və qiymətləndirmə çərçivəsinin hazırlanması təşəbbüsünü irəli sürüb.

"Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda keçiriləcək paneldə isə Elm və Təhsil Nazirliyi UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması, hər bir şagirdin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsinə dair müzakirə platforması təşkil edəcək. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının məhz Azərbaycanda keçirilən sessiyasının (COP29) gündəliyində təhsilə xüsusi yer ayrılıb. Belə ki, müzakirə mövzularından biri olan PISA qiymətləndirmələrinə iqlim savadlılığı üzrə göstəricilərin daxil edilməsinə dair Azərbaycanın təşəbbüsü müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına xidmət göstərəcək.

İrakli Kobaxidze Azərbaycana səfərə gəldi like
  • 11 Noy 15:48  
Siyasət İrakli Kobaxidze Azərbaycana səfərə gəldi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzr

arrow Ətraflı
Vuçiç Tramp ilə telefonla danışıb like
  • 11 Noy 15:47  
Dünya Vuçiç Tramp ilə telefonla danışıb

Serbiya Prezidenti Aleksandar Vuçiç və Amerika Birləşmiş Ştatlarının ye

arrow Ətraflı
Azərbaycanda qəribə dəvətnamə: like
  • 11 Noy 15:39  
Digərləri Azərbaycanda qəribə dəvətnamə:

Son günlər sosial şəbəkələrdə yayılan dəvətnamə görüntüləri ölk

arrow Ətraflı
COP for Hope: Qırğızıstan COP29a böyük ümidlər bəsləyir like
  • 11 Noy 15:00  
Digərləri COP for Hope: Qırğızıstan COP29a böyük ümidlər bəsləyir

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�

arrow Ətraflı
"Lada"nın qadın avtomobili olduğu üzə çıxdı like
  • 11 Noy 14:59  
Digərləri "Lada"nın qadın avtomobili olduğu üzə çıxdı

Rusiyanın avtomobil markası "Lada" daha çox qadınlar arasında pop

arrow Ətraflı
”Boşananda qayıt gəl” like
  • 11 Noy 14:57  
Şou-biznes ”Boşananda qayıt gəl”

"ATV-dən gedəndə çox yazıldı, pozuldu. Amma rəhbərliyə dedim ki, d

arrow Ətraflı
Türkəsilli siyasətçinin paylaşımı Almaniyanı silkələdi like
  • 11 Noy 14:55  
Dünya Türkəsilli siyasətçinin paylaşımı Almaniyanı silkələdi

Xristian Demokrat Birliyinin üzvü Bülent Büyükbayram nasist simvolları ola

arrow Ətraflı
2030cu ilə qədər qlobal enerji saxlama gücünü 6 dəfə artırmağa çağırırıq  Muxtar Babayev like
  • 11 Noy 14:30  
Digərləri 2030cu ilə qədər qlobal enerji saxlama gücünü 6 dəfə artırmağa çağırırıq Muxtar Babayev

Bütün tərəfləri 2030-cu ilə qədər qlobal enerji saxlama güclərini 6 d�

arrow Ətraflı
“Sümüklərini vermirəm deyə hürməyə başlayıblar”  FOTO like
  • 11 Noy 14:26  
Şou-biznes “Sümüklərini vermirəm deyə hürməyə başlayıblar” FOTO

İbrahim Tatlısəs sosial şəbəkə hesabında paylaşım edib.

arrow Ətraflı