Qış üçün maşın yağı seçərkən ən önəmli
Digərləri 10 Noy 2024 08:16:00 109 0
Temperatur aşağı düşdükcə yağ daha qatı, yapışqan olur ki, bu da onun sirkulyasiyasını çətinləşdirir və şaxtada mühərrikin uğurlu işə salınması şansını azaldır. Köhnə yağ və ya onun aşağı səviyyəsi mühərriki yeyilmədən qoruya bilmir. Söhbət maşın yağından gedir.
Bu xəbəri də oxu: Eldar Əzizov: Bu yağışla zəif yerlərimizi gördük
Son.az oxu.az-a istinadən xəbər verir ki, avtomobil mütəxəssislərinin sözlərinə görə, soyuqlar düşməzdən əvvəl yağın dəyişdirilməsi maşını işəsalma problemlərinin qarşısını alır və mühərrikin vaxtından əvvəl yeyilməsi riskini azaldır. Köhnə və ya uyğun olmayan yağda isə yanma və yeyilmə məhsulları toplanır, bu da aşağı temperaturlarda yağı qatılaşdırır.
Bu isə güclü şaxtada yağın səmərəli sirkulyasiya etməməsinə və nəticədə mühərrikin zədələnməsinə səbəb ola bilər. Qış mövsümündən əvvəl yağın vaxtında dəyişdirilməsi avtomobilin, xüsusilə də mühərrikin çox yeyilməyə məruz qala bilən köhnə modellər üçün etibarlılığını artırır. Qış mövsümü üçün mütəxəssislər aşağı temperaturlarda öz xüsusiyyətlərini daha yaxşı qoruyan sintetik yağlardan istifadə etməyi tövsiyə edirlər.
Yüksəkyürüşlü və yeyilmə əlamətləri olan mühərrikli avtomobillər üçün kipləşdiriciləri bərpa etməyə və yağ sızmasını minimuma endirməyə kömək edən əlavələri olan yağlar seçmək lazımdır. Bu cür yağlar mühərrikin rezin-texniki hissələrinin elastikliyini dəstəkləyir, bərpa edir.
Əlavə yuyucu xüsusiyyətləri çöküntülərlə mübarizə aparmağa və hətta komponentlərinin müəyyən yeyilməsi zamanı mühərriki işlək vəziyyətdə saxlamağa yardımçı olur.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər
Britaniyalı supermodel Corcina Kuper evləndikdən bir neçə ay sonra dünyas�
"İnsanlar onkoloji xəstəliklərin müalicəsində qeyri-ənənəvi təba
Astroloji məlumatları demək olar, hər kəs izləyir. Hətta bu bilgilərə �
Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Əməkdar artist Elnarə Abdullayeva özünə qoyduğu qadağalardan danışıb.
Monqolustanın mərkəzi yerləşən Bayanxonqor aymağında 5 maqnitudalı zəl
Misirin Ras Sidr şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nətic�
Ana olan qadınların hüceyrələrinin ana olmayanlarla müqayisədə 11 il dah
Saçlarınıza müntəzəm olaraq qulluq etmək çox vacibdir.
Türkiyəli müğənni Bülənt Ərsoy sosial media hesabındakı paylaşımı i
Bürclər kiminlə dostluq etməlidir: hər kəs nəyi bilməlidir
Rusiyanın paytaxtı Moskvada iki aylıq körpə süni qida veriləndən 10 dəq
Məşhur müğənninin estetik əməliyyatdan sonrakı dəyişimi izləyiciləri
Keçmiş aparıcı Ceyran Rəhimova sosial media hesabındakı paylaşımı ilə