Aeroporta gedənlərin NƏZƏRİNƏ: Dəyişiklik var
Digərləri 10 Noy 2024 08:02:00 94 0
Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edib.
Bu xəbəri də oxu: Gündə bir ovuc anakardiya yeməyin
Son.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
- 10-14 noyabr tarixlərində yalnız aviabileti olan sərnişinlər Terminal 1 və Terminal 2-yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur.
- Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılıb. Bu səbəbdən 10-14 noyabr tarixlərində hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq.
Avtomobillərini 10 noyabr tarixindən əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək.
- Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi → Yusif Səfərov küçəsi → İzzət Orucova küçəsi → Fəzail Bayramov küçəsi → 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur.
- Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür.
10-22 noyabr H1 avtobusu 10 dəqiqəlik intervalla "28 May" metro stansiyası, H2 isə 15 dəqiqəlik intervalla "Əhmədli" metro stansiyası marşrutları üzrə fasiləsiz xidmət göstərəcək və gediş haqqı ödənişsiz olacaq.
Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Britaniyalı supermodel Corcina Kuper evləndikdən bir neçə ay sonra dünyas�
"İnsanlar onkoloji xəstəliklərin müalicəsində qeyri-ənənəvi təba
Astroloji məlumatları demək olar, hər kəs izləyir. Hətta bu bilgilərə �
Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Əməkdar artist Elnarə Abdullayeva özünə qoyduğu qadağalardan danışıb.
Monqolustanın mərkəzi yerləşən Bayanxonqor aymağında 5 maqnitudalı zəl
Misirin Ras Sidr şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nətic�
Ana olan qadınların hüceyrələrinin ana olmayanlarla müqayisədə 11 il dah
Saçlarınıza müntəzəm olaraq qulluq etmək çox vacibdir.
Türkiyəli müğənni Bülənt Ərsoy sosial media hesabındakı paylaşımı i
Bürclər kiminlə dostluq etməlidir: hər kəs nəyi bilməlidir
Rusiyanın paytaxtı Moskvada iki aylıq körpə süni qida veriləndən 10 dəq
Məşhur müğənninin estetik əməliyyatdan sonrakı dəyişimi izləyiciləri
Keçmiş aparıcı Ceyran Rəhimova sosial media hesabındakı paylaşımı ilə