Bakı Olimpiya Stadionunda ərazi üzrə görülən işlər açıqlanıb
Digərləri 08 Noy 2024 13:22:00 93 0
BMT-nin istifadə edəcəyi ərazi tamamilə hazırdır. Sadəcə ölkə pavilyonlarında materialları özləri gətirdiyi üçün hazırlıq işləri 92 faiz yekunlaşıb.
Bu xəbəri də oxu: Beş bürc üçün həyəcan təbili
Son.az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Məkanların inşası departamentinin direktoru Azər Quliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bütün işlər tədbirə qədər tamamilə bitəcək.
"Məkanların tikintisində istifadə edilən materialların çox hissəsi yenidən istifadəyə veriləcək. Müvəqqəti tikintilərin ərazisi 112 min kvadratmetrdir, ümumi BMT-nin istifadə edəcəyi ərazi isə 150 min kvadratmetrdir", - deyə o əlavə edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözləni
Bir çox insanı maraqlandıran məsələ məhəllə içində kəmər taxmağın
Jurnalist Giya Saralidze yeni sənədli filmində "Komandirovka na minnoe p
Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Az
Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən ə
Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi g
Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibəti ilə 44 Günlük Vət
İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hes
Azərbaycanla sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam
Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğal
İndi bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" dü
Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzif
Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir.
"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mütt�
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti