Zərbəyə davamlı və zərif HONOR X8c smartfonu artıq satışda


Digərləri 07 Fev 2025 11:30:00 84 0

Zərbəyə davamlı və zərif HONOR X8c smartfonu artıq satışda

7 fevral 2025-ci il tarixindən etibarən suya və zərbəyə qarşı 360° davamlılığa malik olan, həmçinin gecə çəkilişi və selfilər üçün əla imkanlar təqdim edən HONOR X8c smartfonlarının Azərbaycan bazarında satışına başlanıb.

HONOR X8c - zəriflik, etibarlılıq və funksionallığı özündə birləşdirən bir cihazdır. O, Firuzəyi Yaşıl, Ay İşığı Ağ və Gecə Yarısı Qara kimi möhtəşəm rənglərdə təqdim olunur. Smartfon mükəmməl üslub və qabaqcıl texnologiyaları səciyyələndirir. Yeni model, yüksək dayanıqlığı, intellektual funksiyaları, OIS ilə təkmilləşdirilmiş əsas kamerası və əla selfilərin əldə edilməsi üçün nəzərdə tutulan işıqlandırmaya malik ön kamerası ilə seçilir. Smartfonun 6,7" AMOLED ekranı, 120 Hz yenilənmə tezliyini, FullHD+ təsvir dəqiqliyi ilə 16,7 milyon rəng çalarının və DCI-P3 kinopalitrasının 100% ötürülməsini dəstəkləyir. Bu da öz növbəsində, üstün görüntü keyfiyyətini təmin edir. Ekranın rahat istifadəsi istənilən işıqlandırma şəraitində və hətta qaranlıqda belə, bir sıra qabaqcıl göz qoruma texnologiyaları ilə təmin edilir. Bunlardan işıqlandırma intensivliyini mikro səviyyədə tənzimləyən "Dinamik parlaqlıq" texnologiyasını və qaranlıqda rəng tonlarını dəqiqliklə tənzimləyən "Sirkad gecə ekranını" qeyd etmək olar. Həmçinin, 3840 Hz tezlikli, geniş impulslu modulyasiya texnologiyası ekran titrəməsini tamamilə aradan qaldırır.

HONOR X8c son dərəcə yüngül və incədir - çəkisi cəmi 174 qram, qalınlığı isə 7,12 mm təşkil edir. Kompakt və zərif korpus düşmələrə və zərbələrə qarşı üstün dayanıqlıq təqdim edir. Bu, HONOR Anti-drop Protection texnologiyası ilə təmin olunaraq, SGS Premium Performance sertifikatı ilə təsdiq edilib. Əlavə olaraq, smartfon IP64 standartlarına uyğun olaraq, suya və toza qarşı qorunma ilə təmin edilib. Burada həmçinin, ekranın nəmli və ya çirkli (yağlı) barmaqlarla istifadəsini mümkün edən xüsusi texnologiya da mövcuddur.

Smartfon, intensiv istifadə zamanı belə uzun müddətli çalışma qabiliyyətini təmin edən 5000 mAh tutumlu batareya ilə təchiz edilmişdir. Belə ki, hətta batareyanın enerji səviyyəsi 2%-ə düşdükdə belə istifadəçilər 88 dəqiqə danışıq və ya 18 saata qədər gözləmə rejimində işləmə imkanı əldə edirlər. 

HONOR X8c, hətta zəif işıqlandırma şəraitində üstün detallı təsvir əldə etməyə imkan yaradan 108 MP əsas kamera ilə təchiz olunub. Bu kamera həmçinin parlaq və dolğun gecə çəkilişi təmin etməyə qadirdir. Əlavə olaraq, 5 MP təsvir dəqiqliyinə, f/2.2 diafraqmaya və dərinlik sensoruna malik genişbucaqlı kamera daha üstün yaradıcı çəkiliş imkanları təqdim edir.

İndi hətta zəif işıqlandırma şəraitində belə HONOR X8c istifadəçiləri heyrətamiz selfilər çəkə biləcəklər. 50 MP təsvir dəqiqliyinə və f/2.1 diafraqmaya malik ön kamera işıq və kölgə arasında mükəmməl balansı qoruyub saxlayaraq, selfi işıqlandırmasının köməyi ilə qaranlıq sahələri aradan qaldırmağa imkan yaradır. Bundan əlavə, "AI ilə genişbucaqlı selfi" funksiyası standart selfilər üçün nəzərdə tutulmuş 78° baxış bucağı ilə qrup şəkilləri üçün istifadə olunan 90° baxış bucağı arasında avtomatik keçidi təmin edir. Daha mükəmməl kadrlar üçün isə istifadəçilərə tək toxunuşla istəmədiyiniz obyektləri şəkildən asanlıqla silməyə imkan yaradan "AI Pozan " funksiyası da təqdim olunur.

HONOR X8c ən son Android 15 əsasında işləyən MagicOS 9.0 əməliyyat sistemi ilə təchiz edilib. Magic Portal istifadəçinin istəklərini əvvəlcədən müəyyənləşdirərək onu uyğun sistem tətbiqlərinə yönləndirir. Magic Capsule dinamik bildirişləri isə əlavə məlumatlara və idarəetmə alətlərinə ani girişi təmin edir. Həmçinin, burada Magic ekran kilidi fərdiləşdirilmiş məzmun təklif edir, əsas ekran isə genişlənən nişanlar, böyük qovluqlar və hər istifadəçinin istəyinə uyğun mövzu tərtibatları ilə tənzimlənə bilər.

HONOR X8c smartfonunu artıq İrşad, Kontakt Home, Soliton, Elit Optimal, MG Store, Umico, World Telecom, Smart Electronics, Digital Home və Barkod mağaza şəbəkələrindən, həmçinin Azercell, Bakcell və Nar mobil operatorların diller mağazalarından əldə edə bilərsiniz. Belə ki, 6+6 GB RAM və 128 GB yaddaş konfiqurasiyası olan modelin qiyməti 479.99 AZN, 8+8 GB RAM və 128 GB yaddaşlı versiyanın qiyməti 499.99 AZN, 8+8 GB RAM və 256 GB yaddaşlı modelin qiyməti isə 599.99 AZN təşkil edir. Həmçinin, fevralın 7-dən 28-dək HONOR X8c smartfonu alan hər kəsə HONOR CHOICE Earbuds X7 lite qulaqlıqları hədiyyə olunacaq.

USAIDin sonu: yalan və şər maşını çökdü, yoxsa "diriliş"ə hazırlaşır? like
  • 07 Fev 11:29  
Siyasət USAIDin sonu: yalan və şər maşını çökdü, yoxsa "diriliş"ə hazırlaşır?

Amerika öz xarici təsir mexanizmlərini təftiş edir. 60 ildən çox mövcud

arrow Ətraflı
Sumqayıtda vəzifəli şəxs qəza törətdi  ölən var like
  • 07 Fev 11:27  
Digərləri Sumqayıtda vəzifəli şəxs qəza törətdi ölən var

Dünən Sumqayıtda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Novruzda əfv və amnistiya gözlənilir  Novella Cəfəroğlu like
  • 07 Fev 11:24  
Digərləri Novruzda əfv və amnistiya gözlənilir Novella Cəfəroğlu

"Qarşıdan gələn Novruz bayramı münasibəti ilə Əfv Sərancamı imza

arrow Ətraflı
Ağstafada ağır qəza  xəsarət alanlar var like
  • 07 Fev 11:18  
Digərləri Ağstafada ağır qəza xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisə baş verib.

arrow Ətraflı
Qadın professor universitetdə tələbəsi ilə evləndi  VİDEO like
  • 07 Fev 11:15  
Digərləri Qadın professor universitetdə tələbəsi ilə evləndi VİDEO

Hindistanın Qərbi Benqal ştatında baş verən hadisə qalmaqala səbəb olu

arrow Ətraflı
Bu rayonda maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı like
  • 07 Fev 11:13  
Digərləri Bu rayonda maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməs

arrow Ətraflı
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? like
  • 07 Fev 10:59  
Siyasət İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti?

İsrail çoxdan bəri bəyan etdiyi qərarını gerçəkləşdirdi: Təl-Əviv r

arrow Ətraflı
Avropanı idarə edən xanımların korrupsiyaya yol açan əməlləri like
  • 07 Fev 10:56  
Digərləri Avropanı idarə edən xanımların korrupsiyaya yol açan əməlləri

"Aİ və səlahiyyətli şəxsləri İttifaqda baş verən qanunsuzluqlara

arrow Ətraflı
Bu ay sevgidə şanslı olacaq BEŞ BÜRC like
  • 07 Fev 10:50  
Digərləri Bu ay sevgidə şanslı olacaq BEŞ BÜRC

Ulduzların taleyimizə böyük təsiri var və şəxsi həyatımızda baş ver�

arrow Ətraflı
Fransadan Ukraynaya hərbi DƏSTƏK  “Mirage2000” qırıcıları gətirildi like
  • 07 Fev 10:42  
Dünya Fransadan Ukraynaya hərbi DƏSTƏK “Mirage2000” qırıcıları gətirildi

Fransanın ilk "Mirage 2000" qırıcı təyyarələri Ukraynaya gəlib

arrow Ətraflı
Avtobus sürücüsü "ChatGPT" sayəsində cərimə ödəməkdən belə xilas oldu  FOTO like
  • 07 Fev 10:35  
Digərləri Avtobus sürücüsü "ChatGPT" sayəsində cərimə ödəməkdən belə xilas oldu FOTO

Tokatda məktəb avtobusu sürücüsü 2400 lirə cərimələndikdən sonra sün

arrow Ətraflı
100dən artıq şəxsin diplomu tanınmadı  Bu ölkələrdə oxuyublar like
  • 07 Fev 10:29  
Digərləri 100dən artıq şəxsin diplomu tanınmadı Bu ölkələrdə oxuyublar

Yanvar ayı üzrə 402 müraciətçinin 300-ü barədə müsbət qərar verilər

arrow Ətraflı
Mingəçevirdən Şuşaya getmək istəyənlərə sevindirici XƏBƏR like
  • 07 Fev 10:23  
Digərləri Mingəçevirdən Şuşaya getmək istəyənlərə sevindirici XƏBƏR

Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə ver

arrow Ətraflı
Bu ölkədə evdə pişik saxlamaq qadağan olacaq like
  • 07 Fev 10:18  
Dünya Bu ölkədə evdə pişik saxlamaq qadağan olacaq

Şotlandiya ev pişiklərinin saxlanmasını qadağan etməyi düşünür. Bu, y

arrow Ətraflı
Günəşdə güclü partlayış baş verdi  Yerə də təsiri olacaq like
  • 07 Fev 10:11  
Dünya Günəşdə güclü partlayış baş verdi Yerə də təsiri olacaq

Günəşdə ən yüksək X sinfinə yaxın güclü partlayış baş verib.

arrow Ətraflı