Prezident İlham Əliyev: Hələ ki, gec deyil, mənim sözümə diqqət yetirmək lazımdır
Siyasət 08 Noy 2024 12:45:42 93 0
Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır.
Bu xəbəri də oxu: İlham Əliyev FIFAnın prezidenti ilə görüşüb
Son.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib.
"Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı. İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar", - deyə dövlətimizin başçısı əlavə edib.
Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi g
Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibəti ilə 44 Günlük Vət
İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hes
Azərbaycanla sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam
Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğal
İndi bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" dü
Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzif
Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir.
"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mütt�
"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti
Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanında
"Bir neçə ildir ki, ailəsi ilə Rusiyanı tərk edən SSRİ Xalq artisti
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı
Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Zəfər parkından Prezident �
Bu Zəfər Azərbaycanla birlikdə bütün Türk Dünyası üçün qürur və il