Azərbaycan Prezidenti: Biz onlara heç bir pislik etməmişdik, çörək vermişdik


Siyasət 08 Noy 2024 12:41:04 80 0

Azərbaycan Prezidenti: Biz onlara heç bir pislik etməmişdik, çörək vermişdik

Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. 

Son.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib.

Dövlət başçısı bildirib:

"Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar.

Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir".

Vətən müharibəsinin 43cü günündən real döyüş kadrları like
  • 08 Noy 12:40  
Digərləri Vətən müharibəsinin 43cü günündən real döyüş kadrları

Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibəti ilə 44 Günlük Vət

arrow Ətraflı
Prezident: Ermənistanı yeni müharibəyə təhrik edirlər like
  • 08 Noy 12:34  
Siyasət Prezident: Ermənistanı yeni müharibəyə təhrik edirlər

İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hes

arrow Ətraflı
Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcəyimizə ürəkdən inanıram  Ərdoğan like
  • 08 Noy 12:33  
Siyasət Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcəyimizə ürəkdən inanıram Ərdoğan

Azərbaycanla sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam

arrow Ətraflı
Prezident: Separatçıların izi, tozu da qalmayıb like
  • 08 Noy 12:31  
Siyasət Prezident: Separatçıların izi, tozu da qalmayıb

Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğal

arrow Ətraflı
İlham Əliyev: Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər like
  • 08 Noy 12:27  
Siyasət İlham Əliyev: Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər

İndi bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" dü

arrow Ətraflı
Prezident: Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir like
  • 08 Noy 12:18  
Siyasət Prezident: Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir

Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir.

arrow Ətraflı
Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edildi like
  • 08 Noy 12:12  
Siyasət Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edildi

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mütt�

arrow Ətraflı
Xalq artisti Rusiyada olan əmlaklarını ölkədən çıxarmaq istəyir like
  • 08 Noy 12:09  
Şou-biznes Xalq artisti Rusiyada olan əmlaklarını ölkədən çıxarmaq istəyir

"Bir neçə ildir ki, ailəsi ilə Rusiyanı tərk edən SSRİ Xalq artisti

arrow Ətraflı
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib like
  • 08 Noy 12:08  
Siyasət Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı

arrow Ətraflı
Mehriban Əliyeva Zəfər parkından paylaşım edib  FOTO like
  • 08 Noy 12:07  
Siyasət Mehriban Əliyeva Zəfər parkından paylaşım edib FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Zəfər parkından Prezident �

arrow Ətraflı
Bu Zəfər Azərbaycanla birlikdə bütün Türk Dünyası üçün qürur və ilham mənbəyi olub  Ərdoğan like
  • 08 Noy 12:03  
Siyasət Bu Zəfər Azərbaycanla birlikdə bütün Türk Dünyası üçün qürur və ilham mənbəyi olub Ərdoğan

Bu Zəfər Azərbaycanla birlikdə bütün Türk Dünyası üçün qürur və il

arrow Ətraflı
Prezident bu Qanunda dəyişiklik etdi like
  • 08 Noy 12:00  
Siyasət Prezident bu Qanunda dəyişiklik etdi

Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu h

arrow Ətraflı