Prezident bu Qanunda dəyişiklik etdi
Siyasət 08 Noy 2024 12:00:00 86 0
Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Bu xəbəri də oxu: İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşdü
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur.
Həmçinin, iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsini elektron üsulla əldə etmək imkanı təmin olunur.
Bu Qanunun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.
Bu Qanun 2024-cü il noyabrın 1-dən qüvvəyə minir.
Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı fərmanı təsdiqləyib.
2024-cü il oktyabrın 11-də Bakı şəhərində imzalanmış "Azərbaycan
Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus təyyarə texnik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban
21-ci əsrin ilk qəhrəmanlıq salnaməsindən-Şuşa zəfərindən danışaca�
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti uc
"Trampın prezident seçkilərində qalib olmasının dünya bazarlarına
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham
İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr Zəfər Günü ilə bağlı payla
8 noyabr - Zafər günü münasibətilə Şuşa şəhərində yürüşü keçiri
Bakıda keçiriləcək BMT-nin iqlim konfransında Rusiyanı baş nazir Mixail M
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun tarixi qələbəsi ilə işğal
Bu gün 8 Noyabr Zəfər günü ilə bağlı Bakının müxtəlif ərazilərind�
Moskvada üç yük maşınının iştirakı ilə ağır qəza baş verib.
"Apple" bir sıra həyati əlamətləri ölçə bilən ağıllı saat
8 Noyabr - Zəfər Günü münasibətilə Bakının müxtəlif küçə və prosp