"Dünyanın Rusiyaya ehtiyacı var"
Digərləri 07 Noy 2024 22:20:00 101 0
Dünyada sadəcə hakimiyyət uğrunda mübarizə yox, ölkələr və xalqlar arasında münasibətlər prinsiplərinin toqquşması gedir.
Bu xəbəri də oxu: 13 yaşında ərə getdi, 15 yaşında 2 uşaq anası oldu VİDEO
Son.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday disskusiya klubunun plenar iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, hazırda kardinal, inqilabi dəyişikliklər dövrüdür.
Rusiya prezidenti qeyd edib ki, növbəti 20 il bundan daha çətin olacaq.
Putin bəşəriyyətin aqressiv anarxiya uçurumuna düşməsi və ənənəvi dəyərlərin itirilməsi təhlükəsini gördüyünü söyləyib.
O deyib ki, Qərbin nüvə dövləti olan Rusiyanı strateji məğlubiyyətə uğratmaq çağırışları ifrat avantürizmi nümayiş etdirir.
"Qərb elitasının öz cəzasızlığına və müstəsnalığına kor-koranə inamı dünya faciəsinə çevrilə bilər. Qərb ölkələrinin özündə xaos və sistemli böhran artır. Rusiya Qərb sivilizasiyasını düşmən kimi qəbul etmir və "biz, yoxsa onlar" sualını vermir", - deyə Rusiya lideri vurğulayıb.
Putin qeyd edib ki, ABŞ və müttəfiqlərinin siyasətində "heç kimə imkan vermə" prinsipi getdikcə daha çox nəzərə çarpır, lakin bu, çox təhlükəli düsturdur: "Yeni dünya düzənində hegemonluqdan söhbət gedə bilməz. "Qərb liberalizmi" istənilən alternativə, istənilən suveren və müstəqil düşüncəyə qarşı ifrat dözümsüzlüyə çevrilib. Qərb Rusiyaya sarsıdıcı zərbə vurmağa, onu dünya siyasətindən və iqtisadiyyatından ayırmağa çalışdı, lakin buna nail olmadı. Vaşinqton və Brüssel rəhbərlərinin istənilən qərarına baxmayaraq, dünyanın Rusiyaya ehtiyacı var".
Rusiya prezidenti bildirib ki, köhnə dünya nizamı gedib və hazırda yeni nizam üçün mübarizə gedir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Xalq artisti Emin Ağalarov ABŞ-da prezident seçkilərində qalib gələn Dona
Müğənni Habil Əhmədov "Günə bax" verlişində başına gələnl
Müğənni Sevda Yahyayeva 28 kiloqram arıqlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Gün�
Xalq artisti Məbud Məhərrəmov APA-ya müsahibə verib.
İsrail "Boeing Co" (BA.N) şirkətindən 25 ədəd yeni nəsil "
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nik
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qarşısında ha
Rusiyanın Kamçatka bölgəsindəki Şiveluç vulkanında 11 km hündürlüyə
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azər
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya gəlib.
"O olmasaydı 20 il əvvəl ürəyim partlayıb, öləcəkdim" .