Agentlikdən xaricdə təhsil alanlara çağırış
Digərləri 07 Noy 2024 20:20:00 95 0
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Bu xəbəri də oxu: Günün qoroskopu: İşdə rəhbərlik yeni əməkdaş axtarışına başlayacaq
Agentlikdən Son.az-a verilən məlumata görə, sözügedən Qaydalara əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması üçün tanınmanın həyata keçirilməsi zəruridir.
Bildirilib ki, müraciətçinin sənədlərinin ekspertizasının nəticəsi müsbət qərarla yekunlaşdığı təqdirdə, tanınma şəhadətnaməsi müvafiq olaraq elektron şəkildə müraciətçinın şəxsi kabinetinə göndərilir:
"Son zamanlar vətəndaşlar, işəgötürənlər, eləcə də tərəfdaş qurumlar tərəfindən TKTA-ya edilən müraciətlərə əsasən aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi şəhadətnamələr saxtalaşdırılır. Təəssüflə qeyd etmək istərdik ki, saxta şəhadətnamə sahibləri dinlənildikdə, diplom tanınması üçün müəyyən vasitəçilərlə əməkdaşlıq etdikləri məlum olub.
Bir daha diqqətinizə çatdırırıq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Qeyd edirik ki, sözügedən əməl Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və TKTA öz növbəsində aşkarlanmış faktlar üzrə mütəmadi olaraq aidiyyəti qurumları məlumatlandırır.
TKTA bu kimi halların qarşısını almaq məqsədilə müvafiq şəhadətnamələrin üzərində olan ştrix kodu (QR) skan edərək yoxlamaqla yanaşı, sözügedən sənədin əlavə olaraq https://edu.gov.az/az/yoxla keçidi vasitəsilə həqiqiliyinin təsdiqlənməsini tövsiyə edir.
Qeyd edilənlərlə yanaşı, istifadə rahatlığını təmin etmək çərçivəsində TKTA-nın internet səhifəsində Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası (https://apply.enic.edu.az/e-reference/) istifadəyə verilmişdir. Həmin məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri barədə məlumat əldə etmək mümkündür".
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya gəlib.
"O olmasaydı 20 il əvvəl ürəyim partlayıb, öləcəkdim" .
Bir dövrə damğasını vuran "Yabancı Damat" serialının aktyorlar
Ölkə ərazisində bayram günlərində gözlənilən hava şəraiti (8-10 noya
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hər
Soyuq havaların başlaması ilə insanlar tez-tez düzgün quruması üçün ə
Türkiyənin Kırklareli kəndində yaşayan fermer Burak Tunçkol Qarabağ zə
Ermənilərin işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən kils�
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kom
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Prezident İlham Əliyev "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi
"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hü
"Uşaqlarım olandan sonra yaşımla bağlı kompleks yaşayıram".