Keçmiş “Sovetski”də salınan parkdan FOTOSESSİYA
Digərləri 07 Noy 2024 18:36:00 72 0
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.
Bu xəbəri də oxu: Şamaxı rayonunda ağacəkmə aksiyası keçirilib VİDEO FOTO
Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb.
Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbüt torpaq tökülüb, müasir suvarma sistemi qurulub.
Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm rol oynayır.
İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu - XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında "Təndir Hamamı" kimi tanınan tarixi memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanma yerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər işlər görülüb.
Prezident İlham Əliyev "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi
"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hü
"Uşaqlarım olandan sonra yaşımla bağlı kompleks yaşayıram".
Azərbaycan Respublikasının Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrd
Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin ya
Bəzi bürclərin nümayəndələri üçün gələn il həyatda köklü dəyişi
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Siyavu
Kanadanın McGill Universitetinin alimləri tədqiqat qrupunun bir hissəsi olar
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa
Ölkədə plastik cərrahiyyə üzrə qeyri-qanuni fəaliyyət göstərən şəx
Bakı, Sumqayıt və Abşeron üzrə noyabr ayının pensiyaları ödənilib.
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Ələkbər Cahangirova genera
7 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naz