Şah Təhmasib bir sandıq ləl göndərir, Süleyman ƏSƏBİLƏŞİR…


Digərləri 08 Fev 2025 05:05:00 69 0

Şah Təhmasib bir sandıq ləl göndərir, Süleyman ƏSƏBİLƏŞİR…

1557-ci ildə tikilmiş Süleymaniyyə məscidi Osmanlı memarlığının şah əsərlərindən biri və Sultan Süleymanın hakimiyyətinin əzəmətinin simvoludur. Bu möhtəşəm binanın tikintisi isə Memar Sinanın qızıl barmaqları ilə 7 ilə başa gəlib.

Süleymaniyyə İstanbulun ən yüksək təpəsi üzərində Qanuninin hökmdarlığının gücünü göstərmək üçün inşa edilmişdir.

Məscidin tikintisi ilə bağlı belə bir əfsanə var. Sultan Süleyman məscidin tikintisinə çox ciddi fikir verirdi və xəzinədən Memar Sinan üçün istənilən məbləği ödəməyi tapşırmışdı. Arxitektura sahəsində dünya nəhənglərindən biri sayılan Memar Sinan bütün gücü ilə tikintinin tez bitməsinə çalışırdı. Lakin bir müddət Osmanlı xəzinəsi çətinliklə üzləşir və bu da tikintinin başa çatmasına əngəl yaradır.

Bunu eşidən Səfəvi şahı l Təhmasib Sultana dəstək olmaq niyyəti ilə ona bir sandıq qiymətli daş-qaş göndərir. Sultan hədiyyəni alır və onun içini görəndə Şahın ona kömək etmək istəyini təkəbbüründən başqa cürə anlayır. O elə hesab edir ki, Səfəvi Şahı Sultana hədiyyə - qiymətli daşlarla doldurulmuş sandıq göndərərək, ondan üstünlüyünü nümayiş etdirir və Osmanlının maliyyə problemlərinə eyham vurur.

Hədiyyəni alan Süleyman bunu təhqir kimi qəbul edir. Osmanlı tədqiqatçıları Şah Təhmasibin guya Sultana onu aşağılamaq niyyəti ilə məktub göndərməsini də qeyd edirlər. Həmin məktubun qısa məzmunda "Məscidi bitirin, bu sizə kömək edər" sözlərini "Eşitdim, məscidi bitirmək üçün maliyyə yoxdur, bu sizə kömək olar. Məscidi bitirin" kimi təqdim edirlər.

Sultan Süleyman çıxış yolu tapır: sandığı Memar Sinana göndərir və məscidin tikintisində qiymətli daşlardan istifadə etmək əmri verir.

Qiymətli daşlarla bəzədilmiş minarənin talan obyektinə çevriləcəyini anlayan memar başqa cür hərəkət etmək qərarına gəlir. Bütün qiymətli daşlar toz halına gətirilir, sonra sementlə qarışdırılır və minarəyə çəkilir.

Məhlul bərkidikcə minarə sübh çağı müxtəlif rənglərlə parıldamağa başlayır. Deyirlər ki, onun səthinə düşən günəş şüaları qiymətli daşların parıltısını xatırladan işıq oyunu yaradıb.

Ona görə də bu minarəyə "Günəş minarəsi" adı verilmişdir.

Beləliklə, bu gün Süleymaniyyə məscidi parlayırsa, burada Səfəvi şahı Təhmasibin saf niyyəti və Sultanın təkəbbürü rol oynayıb. /Axar.az

Bakılılar arasında MÜBAHİSƏ: hansı kəndə məxsusdur? – VİDEO like
  • 08 Fev 04:04  
Digərləri Bakılılar arasında MÜBAHİSƏ: hansı kəndə məxsusdur? – VİDEO

Son vaxtlar sosial şəbəkələrdə Bakının ayrı-ayrı kəndlərində küft�

arrow Ətraflı
Elşad Xose xanımı ilə  FOTO like
  • 08 Fev 03:03  
Şou-biznes Elşad Xose xanımı ilə FOTO

Reper Elşad Xose həyat yoldaşı Lətifə ilə fotosunu yayımlayıb. 

arrow Ətraflı
Rusların 3 dəfə öldürməyə cəhd etdiyi, haqqında əfsanələr dolaşan ÇEÇEN LİDERİ like
  • 08 Fev 02:02  
Digərləri Rusların 3 dəfə öldürməyə cəhd etdiyi, haqqında əfsanələr dolaşan ÇEÇEN LİDERİ

Müasir dövrdə dövlət və hökumət başçılarına, dini liderlərə və s.

arrow Ətraflı
Nura 19 yaşında  FOTO like
  • 08 Fev 01:01  
Şou-biznes Nura 19 yaşında FOTO

Müğənni Nura Suri arxiv paylaşımı ilə adından söz etdirib. 

arrow Ətraflı
Məktəblərdə şagirdlərə naməlum yazıları yazdıranlar kimlərdir? like
  • 08 Fev 00:48  
Digərləri Məktəblərdə şagirdlərə naməlum yazıları yazdıranlar kimlərdir?

Məktəbdə şagirdlərə üzərində naməlum yazılar olan kağız və nömrə

arrow Ətraflı
Tolik də Teymur Əmrahı tənqid etdi  10 il əvvəl hədiyyə almısınızsa... like
  • 08 Fev 00:30  
Şou-biznes Tolik də Teymur Əmrahı tənqid etdi 10 il əvvəl hədiyyə almısınızsa...

"Mən Teymur Əmrahı beş yaşımdan tanıyıram. O mənim anamla bir yerd

arrow Ətraflı
“Gələn həftə sünnətim var”  Rıza baba like
  • 08 Fev 00:09  
Şou-biznes “Gələn həftə sünnətim var” Rıza baba

"Arka Sokaklar" serialının 82 yaşlı ulduzu Zafer Ergin gənc qalma

arrow Ətraflı
Günün qoroskopu: like
  • 08 Fev 00:01  
Digərləri Günün qoroskopu:

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Kliçkonun müavini həbs olundu like
  • 07 Fev 23:59  
Dünya Kliçkonun müavini həbs olundu

Kiyev meri Vitali Kliçkonun müavini Petro Oleniç Kiyevdə həbs edilib.

arrow Ətraflı
İsrail sabah183 fələstinli məhbusu azad edəcək like
  • 07 Fev 23:49  
Dünya İsrail sabah183 fələstinli məhbusu azad edəcək

Fevralın 8-də Qəzza zolağında saxlanılan yeni girov qrupunun azadlığa bu

arrow Ətraflı
Şuşa və 391 milyon manat maddi ziyan... like
  • 07 Fev 23:34  
Digərləri Şuşa və 391 milyon manat maddi ziyan...

Şuşa şəhəri, Turşsu qəsəbəsi və 37 kənddən ibarət Şuşa rayonunun

arrow Ətraflı
“Sənət üçün nə edib?!”  Ayandan Aqşinə sərt sözlər like
  • 07 Fev 23:31  
Şou-biznes “Sənət üçün nə edib?!” Ayandan Aqşinə sərt sözlər

Müğənni Ayan Babakişiyeva meyxanaçı Aqşin Fatehlə bağlı qalmaqallı fi

arrow Ətraflı
Bu ailələrə 300 manatdan çox müavinət veriləcək like
  • 07 Fev 23:22  
Digərləri Bu ailələrə 300 manatdan çox müavinət veriləcək

5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək.

arrow Ətraflı
Tramp Zelenski ilə bu tarixdə görüşəcək like
  • 07 Fev 23:21  
Dünya Tramp Zelenski ilə bu tarixdə görüşəcək

ABŞ Prezidenti Donald Tramp gələn həftə, ehtimal ki, Vaşinqtonda Volodimir

arrow Ətraflı
Tanınmış aktrisa hicaba keçib?  FOTOlar like
  • 07 Fev 23:10  
Şou-biznes Tanınmış aktrisa hicaba keçib? FOTOlar

Kanal D-nin yeni serialı tamaşaçılarla görüşə hazırlaşır.

arrow Ətraflı