Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradıldı


Siyasət 07 Noy 2024 18:11:00 91 0

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmana əsasən, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin qurulması məqsədilə "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxs yaradılır.

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı" təsdiq edilir.

Müəyyən edilir ki:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxs (bundan sonra - Holdinq) idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin (bundan sonra - dövlət müəssisələri) vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

Holdinqin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir;

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmana əsasən idarəetməsinə veriləcək dövlət müəssisələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Holdinq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edir;

Holdinqin Müşahidə Şurası:

idarəetməsinə verilmiş dövlət müəssisələrinin gəlirlər və xərclər smetalarını təsdiq edir;

idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətindən əldə olunmuş vəsait üzərində sərəncam verir;

idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlili əsasında qiymətləndirir, eləcə də gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparır;

idarəetməsinə verilmiş dövlət müəssisələrinin müşahidə şuralarının üzvləri, o cümlədən onların rəhbərləri Holdinqin Müşahidə Şurası tərəfindən (icra orqanının rəhbərini Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi qurumlara münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edilir;

Holdinqin nizamnamə fondu 10 000 000 (on milyon) manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.

Holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdinqə ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada);

qanunla qadağan olunmayan digər mənbələrdən.

Holdinqin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

idarəetmə orqanlarının yaradılması;

Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

icraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Holdinqin ləğvi və yenidən təşkili;

Holdinqə:

bu Fərmanda qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununda publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Holdinqin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

Holdinqin dövlət qeydiyyatına alınması üçün nizamnaməsi təsdiq edildiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etməli;

bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1343 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nın 2-5-ci, 16-cı və 16-1-ci hissələri ləğv edilir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 avqust tarixli 4078 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1237 (Cild I) ilə təsdiq edilmiş "Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı"nın 2-ci və 3-cü hissələri ləğv edilir.

Siyavuş Kərimiyə Prezidentin fərdi təqaüdü veriləcək like
  • 07 Noy 18:10  
Siyasət Siyavuş Kərimiyə Prezidentin fərdi təqaüdü veriləcək

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Siyavu

arrow Ətraflı
Ən təhlükəli elektron siqaretlər hansılardır? like
  • 07 Noy 18:00  
Digərləri Ən təhlükəli elektron siqaretlər hansılardır?

Kanadanın McGill Universitetinin alimləri tədqiqat qrupunun bir hissəsi olar

arrow Ətraflı
II Qareginin Dini Liderlərin Qlobal Sammitində iştirak etməməsinin səbəbi açıqlandı like
  • 07 Noy 17:53  
Digərləri II Qareginin Dini Liderlərin Qlobal Sammitində iştirak etməməsinin səbəbi açıqlandı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Plastik cərrahlara dair yayılan iddialarla bağlı RƏSMİ AÇIQLAMA like
  • 07 Noy 17:46  
Digərləri Plastik cərrahlara dair yayılan iddialarla bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə plastik cərrahiyyə üzrə qeyri-qanuni fəaliyyət göstərən şəx

arrow Ətraflı
Pensiyalar bu ay tez ödənildi like
  • 07 Noy 17:40  
Digərləri Pensiyalar bu ay tez ödənildi

Bakı, Sumqayıt və Abşeron üzrə noyabr ayının pensiyaları ödənilib.

arrow Ətraflı
Vətən Müharibəsi Qəhrəmanı generalmayor oldu like
  • 07 Noy 17:37  
Digərləri Vətən Müharibəsi Qəhrəmanı generalmayor oldu

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Ələkbər Cahangirova genera

arrow Ətraflı
Ceyhun Bayramov İspaniyalı həmkarına COP29a hazırlıq işləri ilə bağlı məlumat verib like
  • 07 Noy 17:30  
Siyasət Ceyhun Bayramov İspaniyalı həmkarına COP29a hazırlıq işləri ilə bağlı məlumat verib

7 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naz

arrow Ətraflı
Hikmət Mirzəyev like
  • 07 Noy 17:22  
Digərləri Hikmət Mirzəyev

General-leytenant Hikmət İzzət oğlu Mirzəyevə general-polkovnik ali hərbi

arrow Ətraflı
Canlı efirdə Dilarənin çətin anları  VİDEO like
  • 07 Noy 17:20  
Şou-biznes Canlı efirdə Dilarənin çətin anları VİDEO

Müğənni Dilarə Kazımovanın efirdə başına iş gəlib.

arrow Ətraflı
Narin cinayəti ilə bağlı  tükürpədən FAKT like
  • 07 Noy 17:14  
Digərləri Narin cinayəti ilə bağlı tükürpədən FAKT

Bu gün Türkiyədə öldürülən 8 yaşlı Narin Güranın məhkəməsi keçi

arrow Ətraflı
İlham Əliyev Azər Məmmədova “generalmayor” ali hərbi rütbəsi verdi  SƏRƏNCAM like
  • 07 Noy 17:13  
Siyasət İlham Əliyev Azər Məmmədova “generalmayor” ali hərbi rütbəsi verdi SƏRƏNCAM

Polkovnik Azər Aydın oğlu Məmmədova "general-mayor" ali hərbi r�

arrow Ətraflı
Bu hərbçilərə yeni rütbələr verildi like
  • 07 Noy 17:11  
Siyasət Bu hərbçilərə yeni rütbələr verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi

arrow Ətraflı
Prezident Fərid Seyidova general rütbəsi verdi like
  • 07 Noy 17:09  
Siyasət Prezident Fərid Seyidova general rütbəsi verdi

Fərid Mirmufid oğlu Seyidova ədliyyə general-mayoru ali hərbi rütbəsi ver

arrow Ətraflı
Bayden getdi, Zelenskinin bütün ümidləri puç oldu?  "Tramp ona bir qəpik də verən deyil" like
  • 07 Noy 17:04  
Digərləri Bayden getdi, Zelenskinin bütün ümidləri puç oldu? "Tramp ona bir qəpik də verən deyil"

"Düşünürəm ki, o, Ukrayna-Rusiya müharibəsində Ukraynaya bir qəpik bel�

arrow Ətraflı
Dünya azərbaycanlıları COP29un Azərbaycanda keçirilməsi ilə əlaqədar BƏYANAT like
  • 07 Noy 16:53  
Digərləri Dünya azərbaycanlıları COP29un Azərbaycanda keçirilməsi ilə əlaqədar BƏYANAT

Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar

arrow Ətraflı