Dünya azərbaycanlıları COP29un Azərbaycanda keçirilməsi ilə əlaqədar BƏYANAT
Digərləri 07 Noy 2024 16:53:00 123 0
Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıblar.
Bu xəbəri də oxu: Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb FAKTİKİ HAVA
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə daxil olan bəyanatda deyilir:
"Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən ekoloji siyasəti, qlobal ekoloji böhran şəraitinin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycanın atdığı mühüm addımları və səmərəli fəaliyyətini təqdir edir, 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsini olduqca vacib sayır, bu tədbirin dünyada ətraf mühitin qorunmasına mühüm töhfələr verəcəyinə inanırıq.
Sevindirici haldır ki, bu gün 30 il ərzində Ermənistan tərəfindən ekoloji terrora məruz qalmış Qarabağda, işğaldan azad edilmiş digər ərazilərdə bərpa-quruculuq işləri aparılır, ekoloji təhlükəsiz mühitin təmin olunması üçün zəruri infrastruktur yaradılır. Qarabağ, Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonaları elan edilib. Qarabağda təkcə su elektrik stansiyalarından deyil, habelə külək, günəş elektrik stansiyaları kimi alternativ və bərpaoluna bilən enerji növlərindən də istifadə ediləcək.
Paytaxt Bakıda və digər böyük şəhərlərimizdə avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, bu tip avtomobillərin ƏDV-dən azad edilməsi, parkların, yaşıllıqların salınması, "Yaşıl enerji" zonalarının yaradılması da ölkəmizdə ekologiyanın qorunmasının bariz nümunələridir.
Təqdirəlayiq haldır ki, bu gün ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ixtisaslaşmış ictimai təşkilatlar, o cümlədən IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi də mühüm işlər görür, genişmiqyaslı layihələr həyata keçirir.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun bariz göstəricisi, Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu məqsədlə Sizin Sərəncamınızla 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması bir daha sübut edir ki, qlobal ekoloji böhran şəraiti və onun cəmiyyət üçün yaratdığı problemlər, bu problemlərin həlli yolları günümüzün ən aktual məsələlərindən biridir.
Son zamanlar, xüsusilə də COP 29 ərəfəsində biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizə qarşı bir mərkəzdən idarə olunan və sistemli xarakter daşıyan fəaliyyətin şahidi oluruq. Belə ki, Azərbaycanın öz siyasi, iqtisadi, hərbi gücünə həll etdiyi keçmiş Qarabağ münaqişəsinin yenidən "canlanmasına" cəhdlər göstərilməkdədir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 Noyabr - Zəfər Günü ilə əla
"Happy Smile" Diş Klinikasının rəhbəri Natəvan Qurbanovadan a
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sanduya təbrik m�
AzTV-də yayımlanan "Bir zamanlar" verilişində Sumqayıt şəhərin
Donald Trampın ABŞ-də prezident seçkilərində qələbəsindən sonra dünya
Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol qəzas�
İkinci dəfə ABŞ-nin prezidenti seçilən Donald Trampın maaşı açıqlanı
Heydər Əliyev prospektində baş vermiş zəncirvari qəzanın görüntüləri
Bakıda Xətai Tibb Mərkəzində həkim səhvi nəticəsində tanınmış jurna
8 Noyabr - Zəfər Günü münasibətilə Bakı, Gəncə, Xankəndi, Şuşa və
Ölkəmizdə məişət zorakılığına qarşı ciddi mübarizə aparılır.
2024-cü il müşahidələr tarixində ən isti il olacaq və ilk dəfə olaraq
"Mən tələb edirəm, bundan sonra İlhamə Quliyevanın neqativ söhbətl
Müasir Avropa özünü tanıma və daxili təhlükəsizliyi gücləndirmək mex
Avstraliya hökuməti uşaqların sosial mediadan istifadə etməyə başlaması