İlham Əliyev Donald Trampı təbrik edib
Siyasət 06 Noy 2024 14:13:00 49 0
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Ursula fon der Lyayen COP29a gəlməyəcək: məsuliyyətdən qaçışın
Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.
Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.
Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublikaçı Donald Trampı prez
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Türkiyəli keçmiş model Dəniz Akkayaya psixiatriya xəstaxanasına yerləşd
Bitkoinin qiyməti 9,34% artaraq 75,118 min dollara yüksəlib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "
Xəbər verdiyimiz kimi, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə
Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Do
Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi və ümumi xərclərin b
Aylar əvvəl səhhətində problemlər yaranan Xalq artisti Ofeliya Sənani üz
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərə
Cənubi Qafqazda 30 il davam edən münaqişədən sonra sülhə gedən yolun qa
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen BMT-nin İqlim Dəyişikliy