"Komendant pulu" anlayışı yoxdur, tikinti şirkəti tamamilə çıxmalıdır"
Digərləri 06 Noy 2024 13:20:57 56 0
Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi və ümumi xərclərin bölüşdürülməsi ilə bağlı qanunvericilikdə müəyyən tələblər mövcuddur. Lakin bu sahədə praktikada bir sıra məsələlər və çətinliklər yaranmaqdadır. Xüsusilə komendant pulu anlayışının düzgün tətbiqi və onun hüquqi əsasları hələ də bəzi mülkiyyətçilər və tikinti şirkətləri tərəfindən anlaşılmır.
Bu xəbəri də oxu: Bakı metrosunda iş rejimi dəyişdirilir
Binalardan komendant pulu yığmaq qanunidir?
"Komendant pulu" anlayışı Azərbaycanda yoxdur. Bir çoxmənzilli binalarda təxminən 200-300 mənzil mövcuddur, hər birinin öz mülkiyyətçisi var və eyni zamanda binanın ümumi mülkiyyətində olan sahələr də mövcuddur. Bu ümumi sahələrə yer, bloklar, liftlər, zirzəmi, dam və s. daxildir. Bunlar ümumi mülkiyyət hesab olunur".
Bu sözləri Son.az-a hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, mülkiyyətçilərin hər biri mənzil mülkiyyəti haqqında qanuna əsasən, binanın saxlanılması və təmirinin xərclərini öz sahələrinə uyğun olaraq ödəməlidir. Bu məsələ binanın ümumi yığıncağında müzakirə edilməli və qərarlaşdırılmalıdır. Bizim ölkədə bir çox hallarda binaların idarə edilməsi tikinti şirkətləri tərəfindən həyata keçirilir. Lakin qanuna əsasən, tikinti şirkəti binanı tikib mənzilləri təhvil verdikdən sonra idarəetmədən tamamilə çıxmalıdır. Təəssüf ki, bəzi tikinti şirkətləri idarəetməni davam etdirir, bu isə qanuna ziddir.
Aylar əvvəl səhhətində problemlər yaranan Xalq artisti Ofeliya Sənani üz
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərə
Cənubi Qafqazda 30 il davam edən münaqişədən sonra sülhə gedən yolun qa
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen BMT-nin İqlim Dəyişikliy
Noyabrın 6-sı xəyallarını həyata keçirmək və çoxdan gözlənilən tət
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Robert Kennediyə vəzifə verəcək.
"Ermənistan və Azərbaycan razılığa yaxındır"
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıl
Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı müzakirələr - ekspertlər
Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişi
Ziyarətçilərin dünyaşöhrətli monumental heykəltaraş Lorenso Kuinnin Hey
Paytaxtda yerləşən 3 saylı uşaq evində qoturluq xəstəliyi yayılıb.