Günün qoroskopu: Şəxsi münasibətlərdə irəliləyişlər olacaq
Digərləri 06 Noy 2024 00:01:00 78 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Bu xəbəri də oxu: Kriminal seriala baxan ana ağlını itirdi oğlunu öldürmək üçün
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - peşəkar fəaliyyət baxımından çətin gündür. Bütün diqqəti işə yönəldin. Fəaliyyətiniz üçün gərəkli vaxtda başqa işlərlə məşğul olmayın. İstirahət və əyləncə ilə bağlı fikirləri təxirə salın. Astagəl, ləng olmayın. Günün ikinci yarısında həssas, sayıq olun. Əks təqdirdə tərəfdaş və ya dostlarla münasibətlər sərinləşə bilər. Maliyyə fonu pis deyil. Axşam saatlarında sərfəli alış-veriş edə bilərsiniz. Xərclər az, aldığınız əşyalar zəruri olmalıdır. Şəxsi münasibətlərdə problemlərin yaranmaması üçün səbrli davaranın. Sevdiyiniz insanı tələsdirməyin, acılamayın. Qarşılıqlı anlaşmaya nail olmağa can atın. Buğa - peşəkar fəaliyyət müstəvisində durum o qədər də yaxşı deyil. Bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin, sifarişləri unutmayın. Belədə maaşınızın artımına, vəzifənizin artımına təkan verə bilərsiniz. Günün ikinci hissəsində şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Əks cins mənsubları arasında populyarlığınız arta bilər. Sevdiyiniz insanla təmaslarda qayğıkeş və səmimi olun. Başınızı itirməyin, səbrli olun. Ünsiyyətdə harmoniyaya nail olun. Əkizlər - günün ilk yarısı hadisələrlə zəngindir. Situasiya sizin üçün faydalıdır. Zamanınızı dəyərləndirin. Məhsuldar işləyin. Yaranmış problemləri həll etməyə çalışın. Dostlarla ünsiyyət zamanı önəmli məsələləri müzakirə edə bilərsiniz. Günün ikinci yarısında aktiv və enerjili olun. Qarşınızdakı maneələri dəf etmək üçün etibarına şübhələnmədiyiniz insanların yardımlarından bəhrələnə bilərsiniz. Çoxdan bəri həllini tələb edən məsələnin nizamlanmasında diqqətli davranın. Sevdiyiniz insanla münasibətlərdə axşam saatlarında problemlər yarana bilər. Azadlıq və müstəqilliyinizi aqressiv şəkildə qorumayın. Xərçəng - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində perfeksionizmə qapılmayın. Nəticələrin hamısından narazı qalaraq bədbinliyə qapılmayın. Görülən işləri yenidən yerinə yetirmək məntiqi deyil. Yardım təkliflərini qulaqardına vurmayın. Baş verənlərə ayıq nəzər salın. Günün ikinci yarısında yaxınlarınızla münasibətləri kəskinləşdirməyin. Şübhə və ya qısqanclığa yer yoxdur. Tamahkar davranmayın. Bir qədər soyuqqanlı olun, insanların reaksiyalarına fikir verin. Problemləri müzakirə etməyə dəyər. Şir - aktiv, enerjili olun. Peşəkar fəaliyyət sahəsində bilik və bacarıqlarınızı maksimum dərəcədə nümayiş etdirməyə çalışın. Qərarlarınıza düşünüb-daşınandan sonra açıqlayın. Belədə tərəfdaş və şəriklərinizin nəzərində nüfuzunuz artacaq. Yaxın gələcəklə bağlı planları ciddi müzakirə etmək gərəkdir. Günün ikinci yarısında kömək və dəstəyə ehtiyacınız var. Yaxınlarınızla daha çox vaxt keçirin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Qız - fəaliyyət sahəsində özünüzü normal, səbatlı hiss edin. Səlahiyyətlərinizi yaxşı, vaxtında yerinə yetirin. Həmkarlarınızın yardıma ehtiyacı olarsa, onlara yardım edin. Adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Narahat olmayın, əməllərinizin sonucundan razı qalacaqsınız. Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yarana bilər. Münaqişənin təşəbbüskarı olmayın. Tərəfdaş və ya şəriklə ünsiyyətdə həssas olun, onunla laqeyd davranmayın. Yeni tanışlıq ehtimalı azdır. Rəğbət bəslədiyiniz şəxsin ürəyini qırmayın. Tərəzi - peşəkar fəaliyyət sahəsində yeni tərəfdaş və ya şərik tapmaq asan deyil. Kollektivdə çalışmaq ağırlaşır. Yaxın ətrafınızdakı insanlar arasında sizi dəstəkləməyənlərin sayı artacaq. Məsləhətlərinizdə ehtiyatlı olun. Günün ikinci yarısında başqalarının işlərini görməyə çalışmayın. Öz işinizi keyfiyyətlə görün, yetər. Münasibətlərdə harmoniya yarana bilər. Emosiyalara uymayın, hisslərinizi cilovlayın. Yaxınlarınızı dəstəkləyin. Bununla belə, ətrafınızdakı insanlara həddən ziyadə inanmayın. Deyilən hər sözü həqiqət saymayın.Baş nazir milli təhlükəsizliyə diqqət yetirmək və vətəndaşların və
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın "T
Tailanddakı zooparkda karlik begemot Mu-Denq respublikaçı Donald Trampın AB�
Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin
Britaniyada meymunçiçəyi virusunun yeni ştamına yoluxma halları artıb.
Azərbaycanın əməkdar məşqçi, sabiq voleybolçu Yaqub Rəsulov vəfat edib
Siyasi şərhçi kimi tanınan Nəzakət Məmmədova Bakı Ağır Cinayətlər M
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadi
İsrailin baş naziri Binyamin Netanyahu müdafiə naziri Yoav Qalantı istefaya
Rejissor Aqil M.Quliyev "Günə bax" verişində qonaq olub.
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Tə�
Paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb.
ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Don