Rusiya onu azad etdi


Digərləri 12 Fev 2025 07:52:00 68 0

Rusiya onu azad etdi

Rusiya ABŞ səfirliyinin üç ildən artıq həbsdə olan keçmiş əməkdaşı Mark Foqeli azad edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The New York Times" ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsa istinadən məlumat yayıb.

ABŞ və Rusiya onun azad edilməsi barədə razılığa gəliblər. Amerika mediasında Foqelin azad oldunduqdan sonra təyyarədən çəkilən fotosu da yayılıb.

Foqelin ailəsi onun azadlığa buraxılmasına görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Yayılan məlumatlara görə, keçmiş diplomatın azadlığa buraxılmasını Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff təmin edib. Belə ki, Tramp bir müddət əvvəl gizli şəkildə Vitkoffa öz vəzifələrini genişləndirməyi, Yaxın Şərqlə yanaşı, Rusiya ilə danışıqlar kanalının açılması üzərində işləməyi tapşırıb. Məlumata görə, Stiv Vitkoff Rusiyaya səfər edib və Foqellə birlikdə Rusiya hava məkanını tərk edib.  Ətraflı

Buna baxmayaraq Vitkoffun hansı səlahiyyətlərə sahib olduğu və onların ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə rəsmi nümayəndəsi Keyt Kelloqun səlahiyyətlərindən nə ilə fərqlənəcəyi bəlli deyil.

ABŞ lideri Tramp isə Foqelin azad edilməsinin ölkələr arasında münasibətlərə və Ukraynadakı münaqişənin həllinə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib. Həmçinin Foqel ABŞ-yə gələn kimi Tramp onu Ağ Evdə qəbul edəcək.

Onu da bildirək ki, Rusiya tərəfi Stiv Vitkoffun səfəri ilə bağlı məlumatı təsdiqləməmişdi.

Xatırladaq ki, ABŞ-nin Moskvadakı səfirliyinin keçmiş əməkdaşı Mark Foqel 2021-ci il avqustun 15-i Moskvanın "Şeremetyevo" hava limanında saxlanılıb. Diplomat Moskvaya Nyu-Yorkdan həyat yoldaşı ilə uçub. Foqelin saxlanılmasına səbəb isə xidməti itlərin diplomatın baqajına verdiyi reaksiya olub. Axtarış zamanı Foqelin baqajından marixuana və həşiş yağı aşkar olunub. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Amerikalı diplomat saxlanıldığı zaman səfirliyin əməkdaşı olmayıb. O, Moskvada müəllim olaraq çalışıb. Son.az

Qədim yəhudi təşkilatı Trampı məhkəməyə verdi like
  • 12 Fev 07:44  
Dünya Qədim yəhudi təşkilatı Trampı məhkəməyə verdi

Yəhudi humanitar təşkilatı HIAS bir neçə qrupla birlikdə Donald Trampın

arrow Ətraflı
“Evimi sataram, o hərəkəti etmərəm” like
  • 12 Fev 07:35  
Şou-biznes “Evimi sataram, o hərəkəti etmərəm”

"Bir milyon versələr ki, filankəsi təriflə. Etmərəm, əgər tərifli

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 12 Fev 07:30  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 64 ünvanında yera

arrow Ətraflı
Ötən il Azərbaycanda tikilən evlərin sayı məlum olub like
  • 12 Fev 07:23  
Digərləri Ötən il Azərbaycanda tikilən evlərin sayı məlum olub

2024-cü ildə Azərbaycanda ümumi sahəsi 2 milyon 361 min 591.9 kvadra

arrow Ətraflı
Avtomobil sənayesində tarixi birləşmə  Sərfəli yeni model istehsal ediləcək like
  • 12 Fev 07:11  
Digərləri Avtomobil sənayesində tarixi birləşmə Sərfəli yeni model istehsal ediləcək

Çin avtomobil sənayesi sürətlə böyüməyə davam edir. Son illərdə qloba

arrow Ətraflı
Polis mayoru vəfat etdi like
  • 12 Fev 06:52  
Digərləri Polis mayoru vəfat etdi

Qazaxda polis zabiti vəfat edib.

arrow Ətraflı
Müəllim 8 yaşlı şagirdini öldürdü like
  • 12 Fev 06:47  
Dünya Müəllim 8 yaşlı şagirdini öldürdü

Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə 40 yaşlı müəlli

arrow Ətraflı
Qrip və korona olanda necə qidalanmaq lazımdır? like
  • 12 Fev 06:33  
Digərləri Qrip və korona olanda necə qidalanmaq lazımdır?

Qrip və ya COVID-19 zamanı düzgün qidalanma bədənin infeksiya ilə mübari

arrow Ətraflı
Ən sadiq 3 bürc like
  • 12 Fev 06:19  
Digərləri Ən sadiq 3 bürc

Bu insanlar etibar, səmimiyyət və sədaqətə əsaslanan güclü bağlar quru

arrow Ətraflı
Yadplanetliləri çaya və yeməyə qonaq edəcək like
  • 12 Fev 06:06  
Digərləri Yadplanetliləri çaya və yeməyə qonaq edəcək

Hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) olan rusiyalı kosmonavt Aleksey Ov

arrow Ətraflı
Eltisi Beren Saatdan danışdı: "Onu görəndə..."  FOTO like
  • 12 Fev 05:05  
Şou-biznes Eltisi Beren Saatdan danışdı: "Onu görəndə..." FOTO

Məşhur aktrisa Beren Saatın eltisi Hera Aslan açıqlamaları ilə diqqət ç

arrow Ətraflı
Paltar yuyarkən bu səhvləri etməyin like
  • 12 Fev 04:04  
Digərləri Paltar yuyarkən bu səhvləri etməyin

Dəsmalları paltarla birgə yumaq mümkündür, amma diqqət yetirməli olduğu

arrow Ətraflı
Neymarın sevgilisi FOTOları ilə gündəm oldu like
  • 12 Fev 03:03  
Digərləri Neymarın sevgilisi FOTOları ilə gündəm oldu

Neymarın sevgilisi Bruna Biankardi alovlu fotosessiyalarını paylaşıb.

arrow Ətraflı
Bu şəhərdə 1 illik ər xidməti var like
  • 12 Fev 02:02  
Digərləri Bu şəhərdə 1 illik ər xidməti var

Rusiyanın Novokuznetsk şəhərinin sakinləri üçün məşhur reklam saytlar�

arrow Ətraflı