Əsən külək, dinən külək, coşan külək, “Limanlara” sığmayan bir ömrün nəğməsi Həyat hekayəsi
Şou-biznes 12 Fev 2025 07:01:00 67 0
"Limanlar", "Saçlarına gül düzüm", "Uzaq yaşıl ada", "Kəpənək", "Bir axşam", "Dayan, zaman", "Gəlmədi", "Kimlər gəldi, kimlər getdi", "Pəncərəmə qondu çiçək", "İndi günah nə səndədir, nə məndə", "Qurban olum", "Düşürsən yadıma" - bunlar ifa edib möhür vurduğu mahnılardır. Bu günə qədər də kim ifa edirsə etsin, ilk ifaçısının səsi qulaqlarda səslənir.
Bu xəbəri də oxu: "Sığınacağı olan qadın o yolu SEÇMƏZDİ" VİDEO
Filmoqrafiyasında kino adı istənilən aktyorda olduğundan daha çoxdur, amma təhsilinə görə aktyor deyil, mühəndisdir, rəssamdır, memardır, müğənnidir, hər kimdirsə, axır ki, Xalq artisti Mirzə Babayevin özüdür.
Azərbaycanda estrada janrını yaradanlar sadalananda ilk adlardan biri Mirzə Babayev olur. Cazda da ilk ifaçı olub, amma sinfində oxuduğu Bülbül onu opera ifaçısı kimi yetişdirmək istəyirmiş, Tofiq Quliyev deyib ki, Mirzənin səsi estradaya daha çox yatır.
Memar kimi "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib. O xətlə davam eləsə, orda da tanınmışlardan olardı. İndiki ADNSU-nu bitirib. Yox, belə epizodlarla onun yaradıcılığını, həyatını çatdırmaq olmur, Xalq artisti Mirzə Babayev haqqında gərək ətraflı danışasan.
"İndi günah nə səndədir, nə məndə..."
Əsl adı Mirzəağadır. Müğənni olandan sonra diləyatımlı olması üçün Mirzə adı ilə çıxış etməyə başlayıb.
Mirzə Babayev 1913-cü il iyulun 16-da Maştağada anadan olub. Sonradan ailəsi İçərişəhərə köçüb, "ağşalvarlılardan"dır. Atası Əbdülcabbar neft satışı ilə məşğul olan savadlı insanmış. 8 övladı olub -7 oğlan, bir qız, demək olar ki, hamısının təhsil almasını təmin edib. Moskvada, Sank-Peterburqda təhsil alıblar.
Anası Sona xanım isə musiqi sahəsində çalışıb. Daha doğrusu, çalışmayıb, həvəskarı imiş. Qonaqlıqlarda, ailə məclislərində yaxşı qarmon çalarmış.
Mirzə Babayev özü peşəkar səhnəyə ilk addımlarını təhsil aldığı Neft və Sənaye İnstitutunda (ADNSU) atıb. Bu 1932-ci ilə təsadüf edir. Həmin illər restoranda da çıxış edərmiş, Natəvan meydanındakı "Metropol" restoranında.
İnstitutu bitirəndən sonra Mirzə Babayev Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur. İçindəki rəssamlıq və memarlıq həvəsini bu cür də dilə gətirib. Ciddi musiqiyə başlamazdan əvvəl memar və rəssam kimi çalışıb.
Sonra da müharibə başlayıb. Dövrünün bütün insanları kimi müharibə onun da həyatının tən ortasından keçib. Rostov tərəfdə döyüşüb, oxuya-oxuya, əsgərləri döyüşə ruhlandıraraq, leytenant rütbəsi alıb. Yaxası medallarla qayıdıb.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Xalq artisti Bülbülün sinfinə daxil olub. Mirzə Babayevi həm müğənni, həm də aktyor kimi Tofiq Quliyev kəşf edib.
Mirzə onun Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. Müğənninin ilk estrada ifaçısı kimi tarixə düşməsi də Tofiq Quliyevin adı ilə bağlıdır. Bəstəkar çıxışlarında Mirzə Babayevi ilk caz ifaçısı kimi də təqdim edib. Mirzə Babayevlə Tofiq Quliyev dost olublar. Onun musiqi bəstələdiyi filmlərin əksəriyyətində Mirzə Babayev aktyor kimi çəkilib, amma mahnı da ifa edib. Bu da Tofiq Quliyevin əməyidir. Məsələn, "Dərviş Parisi partladır" filmində Dərvişin ekranda göründüyü ilk kadrda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev, Mirzə Babayevə görə yazıb.
"Gözüm yoldadır, qulağım səsdə..."
Mirzə Babayev 40-dan artıq filmdə çəkilib. Yalnız Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də rol alıb.
Amma arzusunda olduğu bir obrazda nakam qalıb. "O olmasın, bu olsun" da Məşədi İbad roluna çəkilmək istəyib, ona verməyiblər. Yalnız Məşədi İbadın yerinə oxumaqla yanğısını söndürüb. O yanğısını söndürüb, tamaşaçı isə Məşədi İbadı Mirzə Babayevin şirin ifası olmadan sevə bilməzdi.
Ay xanım, gəl yanıma Ay canım, gəl yanıma,
Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə 40 yaşlı müəlli
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Qrip və ya COVID-19 zamanı düzgün qidalanma bədənin infeksiya ilə mübari
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) olan rusiyalı kosmonavt Aleksey Ov
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Məşhur aktrisa Beren Saatın eltisi Hera Aslan açıqlamaları ilə diqqət ç
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Dəsmalları paltarla birgə yumaq mümkündür, amma diqqət yetirməli olduğu
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Neymarın sevgilisi Bruna Biankardi alovlu fotosessiyalarını paylaşıb.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiyanın Novokuznetsk şəhərinin sakinləri üçün məşhur reklam saytlar�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
13 yaşında zorla evləndirilib, 14 yaşında ana olan məşhurlar... Onlar hə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə �
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
ABŞ-nin Kaliforniya ştatının Lourens Livermor adına milli laboratoriyası d
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Həyatın elə yolları var ki, onları yalnız fədakar insanlar qət edə bil�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)