Xəstəlik yayılan uşaq evində
Digərləri 05 Noy 2024 21:39:00 72 0
21:39
Bu xəbəri də oxu: Noyabrda sevgidə şanslı olacaq
Paytaxtda fəaliyyət göstərən 3 saylı uşaq evində qotur xəstəliyi yayılıb.
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu müəssisənin adı dəfələrlə qalmaqallarda hallanıb.
Sonuncu dəfə buradan 15 yaşlı qızın qaçması xəbəri yayılıb, daha əvvəl isə bir azyaşlının döyüldüyü iddia olunub.
Bəs kimsəsiz uşaqların fiziki və mənəvi təzyiqlərə məruz qaldıqları, sağlamlıqları təhlükədə olan bu uşaq müəssisəsi ilə bağlı hər hansı tədbir görülübmü?
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin sözçüsü Murad Həşimov bildirib ki, qoturluqla bağlı ilkin şübhə meydana çıxandan aidiyyəti tibb müəssisəsinə müraciət edilib:
"Həmin 5 uşaq stasionar müalicəyə cəlb edilib, müalicə prosesinin ardından onlar laborator testin nəticəsinə əsasən müəssisəyə qaytarılıblar. Hazırda vəziyyətləri yaxşıdır. Qoturluq diaqnozu qoyulan andan etibarən Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən müəssisədə dezinfeksiya tədbirləri həyata keçirilib. Sözügedən yoluxmanın evlərinə göndərilən uşaqlar vasitəsilə müəssisə sakinlərinə kənardan keçdiyini düşünürük".
Qurumdan bildirilib ki, monitorinqlər nəticəsində 2, 3, 4 və 6 saylı Uşaq evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evinin fəaliyyətində nöqsanlar aşkar edilib.
Belə ki, bəzi əməkdaşlar öz fəaliyyətlərində uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarına yol verib, nizam-intizam qaydalarına riayət etməyiblər. Bundan başqa, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməyib, sanitar-gigiyena qaydalarına riayət olunmayıb, sənədləşmə işi düzgün aparılmayıb.
Manaf Ağayev "Həmin Zaur"da etdiyi açıqlama ilə təəccübləndir
Ötən illə müqayisədə cari ilin on ayı ərzində valyuta satışının hə
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Mel
Qatıq süd məhsulları arasında ən faydalılarından biri hesab olunur və s
Rusiyanın Moskva şəhərində ana kriminal seriala baxandan sonra oğlunun öl
Tehranda universitetdə soyunaraq məcburi hicablanmağa etiraz etdikdən sonra
Krımın Simferopol rayonunun Partizanskoye kəndində kişi xəyanət edən arv
"Böyük sinifdə oxuyan şagird ibtidai sinifdə oxuyan oğluma tərbiyəs
8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda təşkil ediləcək konsert
Ermənistan Rusiya kimi əvəzsiz himayədarını dəyişməyə səy göstərir.
Türkiyənin tanınmış müğənnisi Mustafa Ceceli daha bir azərbaycanlı mü
Paytaxt sakini Murad Kərimov idarə etdiyi "Toyota" markalı avtomobi