Ermənistan müttəfiq axtarır:


Dünya 05 Noy 2024 20:12:00 55 0

Ermənistan müttəfiq axtarır:

Ermənistan Rusiya kimi əvəzsiz himayədarını dəyişməyə səy göstərir. Bunun üçün o, müttəfiq axtarışındadır. Erməni siyasi elitası, hakimiyyəti və cəmiyyətinin davranışından belə görünür ki, rəsmi İrəvan bu statusda Moskvanı Parislə dəyişdirməyə başlayıb.

Belə düşünənlər elə zənn edirlər ki, ABŞ İsraili müdafiə etdiyi kimi, Fransa da Ermənistanı qoruyacaq. Ancaq Yelisey sarayının belə səmimi və sədaqətli müttəfiq olduğunu tarix təsdiqləməyib.

Fransa bir qayda olaraq müstəmləkəçi olub. Həmin ölkələrin, bölgələrin yerli sakinlərindən qul olaraq istifadə edib. İnsan ticarəti, qul alveri ilə məşğul olub. Bu, elə də uzaq keçmişdə deyil, iki-üç əsr əvvəl baş verib. Yəni tarixin yaşı ilə müqayisədə Fransa həmin cinayətləri yaxın zamanda törədib. Heç indi də onun keçmiş müstəmləkə ərazilərinə baxışı dəyişməyib.

Erməni etnik qrupunun liderləri müttəfiq seçmək üçün daim Rusiya və Fransa arasında vurnuxublar. Çar Rusiyası və keçmiş SSRİ uzun illər onların bu istiqamətdə tərəddüdünü həll etmişdi. Sovetlərin dağılması ərəfəsində erməni liderlər Fransaya yol açmışdılar. O illərdə keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə belə demişdi: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana". O, Qarabağın Ermənistana verilməli olduğu fikrini Fransanın "Humanite" ("L'Humanité") qəzetinə müsahibəsində də dəfələrlə bəyan edib.

Bu kimi faktlar deməyə əsas verir ki, ermənilər başbilənləri ilə birlikdə sovetlərdən sonra Fransanı özləri üçün yeni sponsor, himayədar rolunda görürdülər. Başqa sözlə, yüz ildən sonra erməni cəmiyyətini şimaldan qərbə doğru yönəltməyə çalışırlar.

Rəsmi İrəvanın seçiminə dair məsələ erməni cəmiyyətində müzakirə mövzusudur.

Ermənistanın Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants ötən gün keçirdiyi mətbuat konfransında bu məsələyə də münasibət bildirib.

O, ermənipərəst mövqeyinə baxmayaraq, Fransanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün məqbul vasitəçi saymadığını deyib. Onun fikrincə, Paris "ermənilərin qulağını sığallasa da", konkret fayda vermir, əksinə, Azərbaycanın ona olan inamını sarsıdır.

Partiya sədrinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında mümkün silahlı qarşıdurma zamanı Fransa heç vaxt qarşı tərəfə müdaxiləyə hazır olmaq kimi formal öhdəliklər götürməyəcək. O əlavə edib ki, ölkəsi ilə Fransa arasında məhdud hərbi-texniki əməkdaşlıq mümkündür: "Ancaq bu, əsas problemləri həll etmir. Dostluq münasibətlərinə baxmayaraq, Fransa Ermənistanın təhlükəsizliyini təmin etmək üçün real zəmanəti vermir. Ona görə də ölkəmizin strateji müttəfiqi ola bilməz".

S.Surenyants təəssüflə bildirib ki, Ermənistan hakimiyyəti və cəmiyyəti çox vaxt soyuq başla hesablamadan daha çox, emosiyaların təsiri altında hərəkət edirlər: "Bu, Qərbin gözəl, ancaq boş vədlərinə ümidləri alovlandırır".

Partiya sədri qeyd edib ki, Fransa legionunu Ermənistanda gözləməyə dəyməz.

Suren Surenyantsın çıxışında daha çox Rusiyaya meyil hiss olunur. O, Fransa başda olmaqla Qərbdən imtina edib, Rusiya ilə müttəfiqliyi davam etdirməyin tərəfdarı olaraq çıxış edib.

Onun iddiası da əsassız deyil. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır. Bu ilin ilk doqquz ayında Ermənistanda Rusiyaya ixracat 85 faiz artaraq 2,6 milyard dollara çatıb. Bu isə iki ölkə arasında ümumi ixracatın həcminin 51 faizini, 2023-cü ilin uyğun dövründə isə 1,4 milyard dollar olmaqla ümumi ixracatın 40 faizini təşkil edib.

Ermənistanın Avropa İttifaqına üzv ölkələrlə ticarət əlaqələri siyahısında Fransa beşinci yerdədir. İki ölkə arasında hesabat dövründə ticarət əlaqəsi 117 milyon dollar olub.

Mustafa Ceceli bu azərbaycanlı məşhurla duet oxuyacaq  VİDEO like
  • 05 Noy 20:05  
Şou-biznes Mustafa Ceceli bu azərbaycanlı məşhurla duet oxuyacaq VİDEO

Türkiyənin tanınmış müğənnisi Mustafa Ceceli daha bir azərbaycanlı mü

arrow Ətraflı
Bakıda "Prius" sürücü həbs edildi like
  • 05 Noy 20:00  
Kriminal Bakıda "Prius" sürücü həbs edildi

Paytaxt sakini Murad Kərimov idarə etdiyi "Toyota" markalı avtomobi

arrow Ətraflı
Bu BÜRCLƏR noyabrda like
  • 05 Noy 19:44  
Digərləri Bu BÜRCLƏR noyabrda

Astroloqlar noyabr ayında hansı bürclərin asan keçməyəcəyini açıqlayı

arrow Ətraflı
“Bu yaşıma qapıları döyədöyə, dilənədilənə gəlməmişəm” like
  • 05 Noy 19:36  
Şou-biznes “Bu yaşıma qapıları döyədöyə, dilənədilənə gəlməmişəm”

"Qız övladı ananın tale yolu ilə gedir" fikri ilə razı deyiləm

arrow Ətraflı
Mayk Tayson qadının əlini dişləyən pələngini SATIR like
  • 05 Noy 19:28  
Digərləri Mayk Tayson qadının əlini dişləyən pələngini SATIR

Əfsanəvi boksçu Mayk Tayson 55 min funt sterlinq (122 min manat) dəyərində

arrow Ətraflı
“Komando” olmaq istəyənlər like
  • 05 Noy 19:27  
Digərləri “Komando” olmaq istəyənlər

Azərbaycan Ordusunda "Motoatıcı" və "Komando" (Quru Qoş

arrow Ətraflı
Keçmiş şöbə rəisinə HÖKM OXUNDU like
  • 05 Noy 19:23  
Kriminal Keçmiş şöbə rəisinə HÖKM OXUNDU

Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına icazə sənədlərinin al�

arrow Ətraflı
İlyas Salman həbs oluna bilər like
  • 05 Noy 19:22  
Şou-biznes İlyas Salman həbs oluna bilər

Aktyor İlyas Salmanın həbsi istənilir.

arrow Ətraflı
Kirayə ev axtaranların NƏZƏRİNƏ: like
  • 05 Noy 19:14  
Digərləri Kirayə ev axtaranların NƏZƏRİNƏ:

"Yaxın gələcəkdə daşınmaz əmlak, xüsusilə kirayə mənzil bazarı

arrow Ətraflı
Cavidin qızı ilə görüntüsü maraq yaratdı  VİDEO like
  • 05 Noy 19:06  
Şou-biznes Cavidin qızı ilə görüntüsü maraq yaratdı VİDEO

Aparıcı Cavid Gülün qızı Sofiya ilə maraqlı görüntüsü yayılıb.

arrow Ətraflı
Azərbaycanda da satılan bu içkilərlə bağlı XƏBƏRDARLIQ: like
  • 05 Noy 18:57  
Digərləri Azərbaycanda da satılan bu içkilərlə bağlı XƏBƏRDARLIQ:

Dünyada olduğu kimi ölkəmizdə də gənclər arasında istehlakı günü-gü

arrow Ətraflı
Azərbaycan Ermənistanın təkliflər paketinə like
  • 05 Noy 18:56  
Siyasət Azərbaycan Ermənistanın təkliflər paketinə

Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərin

arrow Ətraflı
"Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmirik" like
  • 05 Noy 18:41  
Digərləri "Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmirik"

Rusiya tərəfi Ermənistan və Azərbaycanı tələsik sülh sazişi imzalamağ

arrow Ətraflı
İkardinin keçmiş arvadından canlı yayımda biabırçı hərəkət  FOTO like
  • 05 Noy 18:30  
Digərləri İkardinin keçmiş arvadından canlı yayımda biabırçı hərəkət FOTO

"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardinin keçmiş ar

arrow Ətraflı
Bu ərazilərimizə like
  • 05 Noy 18:26  
Digərləri Bu ərazilərimizə

Azərbaycanda noyabrın 5-i saat 18:00-a olan hava şəraiti açıqlanıb.

arrow Ətraflı