“Toy günü 2 bəy məndən kostyum istəyib”
Şou-biznes 01 Noy 2024 16:22:00 133 0
Son.az lent.az-a istinadən "Məşhurların stili" adlı yeni rubrikasını təqdim edir.
Bu xəbəri də oxu: "Təyyarədə dostumun oğlu da olub" VİDEO
Bu rubrikada ölkəmizin tanınmış, sevilən insanlarının modaya münasibəti, geyim tərzi, zövqləri barədə danışacağıq. İlk qonağımız televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Hacı Nuran Hüseynovdur.
Dosye: Nuran Nəriman oğlu Hüseynov 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanıb. Daha sonra Odlar Yurdu Universitetinə daxil olub. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" verilişinin aparıcısı olub, hazırda iki xeyriyyə layihəsinə rəhbərlik edir. "Həyat Fondu"nun rəhbəridir.
- Nuran bəy, insanlar arasında belə bir söhbət yaranıb, deyirlər sizin böyük geyim şirkətiniz var.
- Şirkətim yoxdur, Hacı Nuran geyim brendim var. Yalnız özüm üçün geyimlər hazırlayıram. Geyim şirkəti yaratmağa fiziki olaraq vaxtım yoxdur. Bəlkə gələcəkdə oldu.
- Dizaynını özünüz verirsiniz, bəs tikmək işinə kim baxır?
- Özüm tikirəm. Uşaqlıqdan buna həvəsim olub.
- Bu qədər rəngarəng, fərqli geyinmək həvəsi necə və nə vaxt yaranıb?
- Belə fərqli geyinmək əslində seçilmək üçün deyil. Uşaqlıqdan sevirəm bunu. Bir dəfə məktəbə gedəndə tələsib sviterin üstündən köynək geyinmişdim. Baxdım ki, pis görünmür. Sonra davamlı belə geyinməyə başladım. Hamı qışda qalın jaketlərdə, sviterlərdə, mən köynəkdə gəzirdim. Soruşurdular ki, sənə soyuq deyilmi? Gözəl köynəklər geyinib onları nümayiş etdirirdim və üşümürdüm. Belə-belə, bu həvəsim böyüdü. Sonra qeyri-adi qalstuklar, iki yaxalı köynəklər hazırladım. Bunları özüm kəşf eləmişəm. Bunu deyərək Hacı Nuran geyindiyi köynəyin üst-üstə tikilmiş çox xoş görünən yaxalığını və qeyri-adi qalstukunu göstərir. Çiçəkli parçadan hazırlanmış qalstukun içərisində qara rəngli daha bir qalstuk var. O istədiyi anda bu kombini yeniləyə bilir.
- Sizin bu modellərinizi xaricdən almaq istəyən olub?
- Xaricdən istəyən olmayıb. Lakin Bakıda olub. Hətta iki bəy məndən xahiş ediblər ki, toyda sizin geyindiyiniz kostyumu geyinmək istəyirəm. Mən də öz şəxsi paltarımı hədiyyə etmişəm.
Bir neçə dəfə "Planet parni iz Baku", "Bozbash Pictures"in aktyorları kostyumlarımdan istifadə ediblər.
- Arzunuzu reallaşdırıb geyim fabriki açsanız, sizin geyimlər çox bahalı olacaq, yoxsa hamı üçün əlçatan?
- Satışa çıxarmaq üçün gərək bazara işləyəsən. Mənim də ona vaxtım yoxdur. Bahalı olsa, kim onları alacaq? İstəyərəm hər kəsin tələbatını ödəsin, istəyənlər ala bilsinlər. Düzünü deyim, heç qiymət barədə düşünməmişəm. Buna vaxtım var ki?!
- Vaxt demişkən, özünüzə zaman ayıra bilirsiniz?
- Yox, özümə zaman tapa bilmirəm. Çalışırıq, insanlara dəstək olaq. Şəhid ailələrinə görüşürük. Bu ailələr ağır travmalar keçiriblər. Onlara göstərilən diqqət bu ailələr üçün bayramdır. Sağalmalarına yardım etdiyimiz ailələr, köməyimiz çatan hər kəs bizimlə dostluq edir, görüşməyə can atır. Biz də bacardıqca əlaqə saxlayırıq. Çox istərdim heç kim xəstələnməsin, amma xəstələnəndə də əllərindən tutan kimsə olsun.
- Hacı Nuranın bir günü necə keçir?
- Hər gün səhər tezdən üzgüçülüklə məşğul oluram, sonra çəkilişlər tədbirlər, görüşlər, Bax belə bir də görürsən gün bitir.
- Bu gərgin iş rejiminizdə bizə zaman ayırdığınız üçün təşəkkür edirik.
Braziliya sahillərində batan qayıqda iki bloqer ölüb.
Xəzər Tv-də yayımlanan "Təsir dairəsi" verilişində gərgin anl
"Azərbaycanda 7069 nəfər elmi dərəcə alıb. Bunlardan 1343 nəfəri e
Rəqqasə Fatimə Fətəliyevanın başına iş gəlib.
Azərbaycanda göbələk yığma ənənəsi geniş yayılıb. İnsanların zəh�
Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək.
Bəzi bürclərin yaxın zamanlarda maddi baxımdan şanslı olacağı düşün
Rusiyanın Ukraynaya hücumundan öncə Qərb Prezident Vladimir Zelenskidən vi
Teleaparıcı və bloger Səma Abıyeva yaşadığı binanın sakinlərindən ş
Ermənistanın Azərbaycanla sərhəddə üzərində səlibçi xaçının əks o
Xəbər verdiyimiz kimi, bu gündən Bakıda bir sıra küçə və prospektlər
Müğənni Xatirə İslam anadan olduğu Xankəndi şəhərinə gedib.
Diabetə müxtəlif faktorlar səbəb ola bilər.