Zakir Həsənov Şamşad Mirzan ilə görüşdü


Digərləri 28 Okt 2024 17:05:00 55 0

Zakir Həsənov Şamşad Mirzan ilə görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Son.az xəbər verir ki, görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələrini ehtiramla anıblar.

Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında hərbi əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb.

General S.Ş.Mirza səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. Qonaq 8 Noyabr - Zəfər Günü münasibətilə müdafiə nazirini təbrik edib.

Tramp Ukrayna müharibəsini belə bitirmək istəyir like
  • 28 Okt 17:00  
Dünya Tramp Ukrayna müharibəsini belə bitirmək istəyir

ABŞ prezidentliyinə namizəd Donald Trampın Ukraynadakı münaqişənin həll

arrow Ətraflı
Paşinyan "arada qalıb"  Qərbin uduzmasına like
  • 28 Okt 16:59  
Siyasət Paşinyan "arada qalıb" Qərbin uduzmasına

Gürcüstandakı seçkilərin nəticələri bir sıra ölkələri narahat edir.

arrow Ətraflı
Rövşanə Əməkdar artistə ƏSƏBİLƏŞDİ: "Ona görə kişilər qolqanad açırlar” like
  • 28 Okt 16:49  
Şou-biznes Rövşanə Əməkdar artistə ƏSƏBİLƏŞDİ: "Ona görə kişilər qolqanad açırlar”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva ilə aparıcı Rövşanə Ağasəfqız

arrow Ətraflı
Kadırov Lavrovun yanında etdiyi hərəkətlə təəccübləndirdi like
  • 28 Okt 16:44  
Dünya Kadırov Lavrovun yanında etdiyi hərəkətlə təəccübləndirdi

Çeçenistan prezidenti Kadırov qatıldığı tədbirdə jim vurub.

arrow Ətraflı
"Dövlət çörək qazanan alətdir" like
  • 28 Okt 16:40  
Dünya "Dövlət çörək qazanan alətdir"

Dövlət ancaq öz vətəndaşlarının ümumi rifahını təmin etmək üçün

arrow Ətraflı
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib  FOTO like
  • 28 Okt 16:39  
Kriminal Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Kirənişindən ev sahibinə ölümcül tələ like
  • 28 Okt 16:31  
Digərləri Kirənişindən ev sahibinə ölümcül tələ

Kirənişin ev sahibinə ölümcül tələ qurub.

arrow Ətraflı
Tuneli tikən şirkətdən açıqlama: "Dramatikləşdirməyə ehtiyac yoxdur" like
  • 28 Okt 16:27  
Digərləri Tuneli tikən şirkətdən açıqlama: "Dramatikləşdirməyə ehtiyac yoxdur"

Bakıya yağan güclü yağışlar səbəbindən 2 nəfərin boğularaq həyatı

arrow Ətraflı
980 min manatı mənimsəməkdə təqsirləndirilirdi like
  • 28 Okt 16:21  
Kriminal 980 min manatı mənimsəməkdə təqsirləndirilirdi

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinə məxsus 980 min manatı

arrow Ətraflı
Aygün Bəylərin bacısı göz yaşı tökdü: "Anamı, atamı, hər kəsi..." like
  • 28 Okt 16:19  
Şou-biznes Aygün Bəylərin bacısı göz yaşı tökdü: "Anamı, atamı, hər kəsi..."

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Aynur Hümbətova göz yaşl

arrow Ətraflı
İki nazirlik bu dövlət qurumunu yüksək məbləğdə like
  • 28 Okt 16:04  
Digərləri İki nazirlik bu dövlət qurumunu yüksək məbləğdə

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ətraf mühitin mühafi

arrow Ətraflı
Türkiyədə gömrükdə əməliyyat: like
  • 28 Okt 16:00  
Digərləri Türkiyədə gömrükdə əməliyyat:

Türkiyədə "Həmzəbəyli" Gömrük Qapısında 103 milyon lirə də

arrow Ətraflı
Tatlıses ailəsi xəstəliyə yoluxdu like
  • 28 Okt 15:49  
Şou-biznes Tatlıses ailəsi xəstəliyə yoluxdu

İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs və arvadı Yasemin Şefkatlı kor

arrow Ətraflı
Xamenei ağır xəstədir  varis olaraq like
  • 28 Okt 15:28  
Digərləri Xamenei ağır xəstədir varis olaraq

İranın ali dini lideri, 85 yaşlı Ayətullah Əli Xameneinin səhhətində ci

arrow Ətraflı
Həmin ailə cinayəti barədə dəhşətli FAKT... like
  • 28 Okt 15:18  
Kriminal Həmin ailə cinayəti barədə dəhşətli FAKT...

Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfində

arrow Ətraflı