Paşinyan "arada qalıb" Qərbin uduzmasına


Siyasət 28 Okt 2024 16:59:00 67 0

Paşinyan "arada qalıb"  Qərbin uduzmasına

Gürcüstandakı seçkilərin nəticələri bir sıra ölkələri narahat edir. "Gürcü arzusu" partiyasının böyük fərqlə qələbə qazanması Qərbin planlarına zərbədir. Belə ki, seçkilərin nəticələri fərqli olsaydı, Gürcüstanda Qərbin dəstəklədiyi rəhbər vəzifəli şəxslər ilə birlikdə regionun parçalanması, yeni cəbhə açılması və bölgənin Qərbin müstəmləkəsi halına gəlməsi riski var idi. "Gürcü arzusu" partiyasının qələbəsi ilə risk azalmış oldu.

Azərbaycandan təbrik

Dost ölkədə  "Gürcü arzusu" partiyasının seçkilərdə qalib olmasına sevinənlərdən biri də Azərbaycan oldu. Çünki, bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. Məlum olduğu kimi, ötən gün Prezident İlham Əliyev "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qələbəsi münasibətilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb. Məktubda ölkə başçımız seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edib. Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyən İlham Əliyev məktubun sonunda Gürcüstanın baş nazir İrakli Kobaxidzeni Azərbaycana rəsmi səfərə dəvət edib.

"Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik"

Seçkidə azərbaycanlıların rolu

Gürcüstanda təxminən 230-300 min arasında azərbaycanlı yaşayır. Bu, ölkə əhalisinin təxminən 6-7%-ni təşkil edir. Azərbaycanlıların çoxu Kvemo Kartli bölgəsində, xüsusən də Marneuli, Bolnisi və Dmanisi rayonlarında məskunlaşıb. Məlum olduğu kimi, Gürcüstanda yaşayan həmyerlilərimiz seçkilərdə fəallıq nümayiş etdirib. Onlar da Gürcüstandakı digər ənənəvi dəyərlərə bağlı vətəndaşlar kimi, Qərbin regionu parçalamaq və münaqişəyə sürükləmək siyasətinə qarşı çıxdılar. Bu da onu göstərir ki, Azərbaycan və Gürcüstan Ermənistanın regionda apardığı siyasətə qarşı ortaq mövqedən çıxış edir. Bugün Gürcüstan və Azərbaycan birliyi, tarixən də olduğu kimi, hər iki dövlətin gücünü artırır, onların maraqlarını müdafiə etməyə və beynəlxalq səviyyədə ortaq mövqedən çıxış etməyə imkan yaradır. Gürcüstan hakimiyyətinin də bunu nəzərə alaraq  azərbaycanlıların problemlərinə daha çox diqqət ayıracağına və onların həlli üçün konkret addımlar atacağına ümid edirik.

Paşinyan sevinə bilmir

Nikol Paşinyanın Gürcüstanda keçirilən seçkilərə münasibəti qərbin mövqeyini əks etdirən baxışlarla uzlaşır və Gürcüstanda qərbyönlü siyasətçilərin mövqelərinin güclənəcəyinə ümid bəslədiyini göstərir. Seçkilərin nəticələri Paşinyanın gözləntilərini doğrultmadığından, Gürcüstan baş naziri İrakli Qaribaşvilini quru və rəsmi bir məktubla təbrik edib. Paşinyanın məktubunda Qaribaşvilini Ermənistana dəvət etməməsi də diqqət çəkir və bu, münasibətlərin yalnız diplomatik məcburiyyət çərçivəsində davam etdiyini göstərir. Ermənistan lideri seçkilərdən fərqli bir nəticə gözləsə də, yaranmış siyasi vəziyyətdə əlacsızlıqla sadə bir təbriklə kifayətlənib. Bu yanaşma Paşinyanın Cənubi Qafqazdakı qərbyönlü siyasətləri dəstəklədiyini göstərir. Gürcüstanın siyasəti Paşinyanın istədiyi tam qərbyönlü mövqedən uzaqdır və bu baş nazirin diplomatik məyusluğunun əsas səbəbi kimi qiymətləndirilə bilər.

İslam Son.az

Rövşanə Əməkdar artistə ƏSƏBİLƏŞDİ: "Ona görə kişilər qolqanad açırlar” like
  • 28 Okt 16:49  
Şou-biznes Rövşanə Əməkdar artistə ƏSƏBİLƏŞDİ: "Ona görə kişilər qolqanad açırlar”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva ilə aparıcı Rövşanə Ağasəfqız

arrow Ətraflı
Kadırov Lavrovun yanında etdiyi hərəkətlə təəccübləndirdi like
  • 28 Okt 16:44  
Dünya Kadırov Lavrovun yanında etdiyi hərəkətlə təəccübləndirdi

Çeçenistan prezidenti Kadırov qatıldığı tədbirdə jim vurub.

arrow Ətraflı
"Dövlət çörək qazanan alətdir" like
  • 28 Okt 16:40  
Dünya "Dövlət çörək qazanan alətdir"

Dövlət ancaq öz vətəndaşlarının ümumi rifahını təmin etmək üçün

arrow Ətraflı
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib  FOTO like
  • 28 Okt 16:39  
Kriminal Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Kirənişindən ev sahibinə ölümcül tələ like
  • 28 Okt 16:31  
Digərləri Kirənişindən ev sahibinə ölümcül tələ

Kirənişin ev sahibinə ölümcül tələ qurub.

arrow Ətraflı
Tuneli tikən şirkətdən açıqlama: "Dramatikləşdirməyə ehtiyac yoxdur" like
  • 28 Okt 16:27  
Digərləri Tuneli tikən şirkətdən açıqlama: "Dramatikləşdirməyə ehtiyac yoxdur"

Bakıya yağan güclü yağışlar səbəbindən 2 nəfərin boğularaq həyatı

arrow Ətraflı
980 min manatı mənimsəməkdə təqsirləndirilirdi like
  • 28 Okt 16:21  
Kriminal 980 min manatı mənimsəməkdə təqsirləndirilirdi

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinə məxsus 980 min manatı

arrow Ətraflı
Aygün Bəylərin bacısı göz yaşı tökdü: "Anamı, atamı, hər kəsi..." like
  • 28 Okt 16:19  
Şou-biznes Aygün Bəylərin bacısı göz yaşı tökdü: "Anamı, atamı, hər kəsi..."

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Aynur Hümbətova göz yaşl

arrow Ətraflı
İki nazirlik bu dövlət qurumunu yüksək məbləğdə like
  • 28 Okt 16:04  
Digərləri İki nazirlik bu dövlət qurumunu yüksək məbləğdə

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ətraf mühitin mühafi

arrow Ətraflı
Türkiyədə gömrükdə əməliyyat: like
  • 28 Okt 16:00  
Digərləri Türkiyədə gömrükdə əməliyyat:

Türkiyədə "Həmzəbəyli" Gömrük Qapısında 103 milyon lirə də

arrow Ətraflı
Tatlıses ailəsi xəstəliyə yoluxdu like
  • 28 Okt 15:49  
Şou-biznes Tatlıses ailəsi xəstəliyə yoluxdu

İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs və arvadı Yasemin Şefkatlı kor

arrow Ətraflı
Xamenei ağır xəstədir  varis olaraq like
  • 28 Okt 15:28  
Digərləri Xamenei ağır xəstədir varis olaraq

İranın ali dini lideri, 85 yaşlı Ayətullah Əli Xameneinin səhhətində ci

arrow Ətraflı
Həmin ailə cinayəti barədə dəhşətli FAKT... like
  • 28 Okt 15:18  
Kriminal Həmin ailə cinayəti barədə dəhşətli FAKT...

Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfində

arrow Ətraflı
Rusiyada general rüşvət almağa görə tutuldu like
  • 28 Okt 14:59  
Digərləri Rusiyada general rüşvət almağa görə tutuldu

Rusiya Silahlı Qüvvələrinin rabitə şöbəsinin keçmiş rəisi Aleksandr O

arrow Ətraflı
"Niyə ondan bu işi yenidən açmağı tələb etmir? Susmağı qəribədir" like
  • 28 Okt 14:24  
Dünya "Niyə ondan bu işi yenidən açmağı tələb etmir? Susmağı qəribədir"

27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində 8 nəfərin ölümü ilə n�

arrow Ətraflı