Həmin ailə cinayəti barədə dəhşətli FAKT...
Kriminal 28 Okt 2024 15:18:00 191 0
Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfindən qətli gündəmi zəbt etmişdi. Heç bir səbəb və ya bəhanənin əsas vermədiyi faciəni törədən Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edildi. Amma məhkəmənin yalnız hökm hissəsi mediaya açıq keçirildi.
Bu xəbəri də oxu: DİNdən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü
Son.az bildirir ki, "Qafqazinfo" cinayət işinin bəzi detallarını əldə edib. İstintaq materiallarında yazılanlardan məlum olub ki, Fərid arvadını qısqanclıq zəminində qətlə yetirib.
Hadisə günü o, qəddarlıq nümayiş etdirərək körpəsini Leylanın gözləri qarşısında 7 dəfə bıçaqlayıb. Bununla da anaya əzab verib. Daha sonra isə eyni bıçaqla çarpayının üstündə dayanan Leylanın üstünə hücum edib, onun boğazına bıçaqla vuraraq qətlə yetirib. Ən sonda isə intihar niyyəti ilə eyni bıçaqla özünün qarın nahiyəsindan iki zərbə endirib. Leyla hadisə yerində, 9 aylıq Ayla xəstəxanaya aparılarkən vəfat etsə də, Fəridin həyatını xilas etmək mümkün olub.
Onun cinayətini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.
Fərid məhkəmədə yalnız bir dəfə ifadə verib, onun üçün danışmağın çətin olduğunu əsas gətirərək suallara cavab verməkdən imtina edib. Deyib ki, həyat yoldaşı ilə münasibəti onun atası ilə tanışlığından sonra yaranıb. Həmin vaxt Leyla Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin ilk kursunda təhsil alırmış. Dediyinə görə, hələ nişanlı vaxtlarında aralarında problemlər yaşanıb, amma sonradan mehriban olublar. Toydan sonra Leylanın təhsilinə maneə yaratmayıb, hər gün özü universitetə aparıb-gətirib. Hadisədən bir müddət əvvəl onda yenə qısqanclıq hissləri baş qaldırıb. Leylanın instaqram səhifəsi üstündə başlanan dava dəhşətli cinayətə gətirib çıxarıb.
Fərid özünü Leylanın qətlində təqsirli bilib. Amma körpəsini öldürməsini boynuna almayıb. O, israrla iddia edib ki, uşağı müqavimət göstərmək istəyərkən Leyla bıçaqlayıb: "Həmin vaxt Aylanı yatırmışdıq. Mən Leylanın üstünə gedəndə bıçaq əlimdən düşdü. Bu vaxt Leyla bıçağı götürüb məni vurmaq istəyirdi. Həmin vaxt təsadüfən Aylaya bıçaqla xəsarətlər yetirdi. Birtəhər bıçağı əlindən alıb boğazını kəsdim. Öldüyündən əmin olduqdan sonra Aylaya tərəf çönüb onu da qanın içində gördüm. Buna dözə bilməyib iki bıçaq da özümə vurdum. Ayılanda artıq xəstəxananada idim. Dediyim kimi, Aylanı mən yox, ehtiyatsızlıqdan Leyla vurdu".
Leylanın hüquqi varisi qismində tanınmış atası Əlişan İbadov məhkəmədən qızının qatilinin ən ağır formada cəzalanmasını xahiş edib. Atası ifadəsində onu da deyib ki, qızı hamilə olan vaxt Fəridlə arasında münaqişə olub: "Leyla demişdi ki, ata, Fərid bir dəfə məni boğurdu, mənimlə bərk danışır, üstümə qışqırır". Fəridin anası da Leylanı xilas etdiyini demişdi".
Rusiya Silahlı Qüvvələrinin rabitə şöbəsinin keçmiş rəisi Aleksandr O
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində 8 nəfərin ölümü ilə n�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan bir çox beynəlxalq ci
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Dünyaşöhrətli müğənni Adel səhhətindəki problemlərlə bağlı açıql
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Finlandiyanın Laplandiyasındakı Rovajarvi poliqonunda keçiriləcək təliml�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakının İçərişəhər ərazisində velosiped zolaqları təşkil edilərək
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda sub
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
"Azərbaycanda reytinqli verilişlər arasında ən az maaş alan aparıcı
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycanda namus üstündə qətl törədilib.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Sevgi, karyera və şəxsi inkişaf - hər şey uğurunuza kömək edəcək
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Dövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alınıb
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərin
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bu bürclərin qadınları varlı kişilərə üstünlük verir
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)