Bərdəyə hücumlar müharibə


Digərləri 28 Okt 2024 14:15:00 70 0

Bərdəyə hücumlar müharibə

İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan bir çox beynəlxalq cinayətlər - təcavüz, soyqırım, müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər törətmişdir. Bu sırada münaqişə zonasından kənarda yerləşən Bərdəyə düşmən silahlı qüvvələrinin qanlı hücumları xüsusi yeri tutur.

2020-ci il oktyabrın 27-də erməni silahlı birləşmələri Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə raket zərbələri endirmişlər. Hücumlar nəticəsində 30 nəfər qətlə yetirilmiş, 100  nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır, 30-dan artıq mülki obyektə, 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə ağır zərər yetirilmişdir.

Mülki əhaliyə və mülki infrastruktura silahlı hücumlar beynəlxalq hüquqda  müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər kimi tövsif edilir və bununla da Ermənistan 6 iyun 1993-cü ildə ratifikasiya etdiyi 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların 8 iyun 1977-ci il tarixli I saylı Əlavə Protokolonu açıq-aşkar formada pozmuşdur.  

Məlum olduğu kimi, "Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair" I saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini  qadağan edir və bu cür əməllər  müharibə cinayəti kimi qiymətləndirilir.

Digər fundamental müddəa I saylı Əlavə Protokolun 35-ci maddəsində nəzərdə tutulub. Həmin maddəyə əsasən, hər hansı silahlı münaqişədə onun tərəflərinin müharibənin aparılmasının vasitələri və üsullarını seçmək hüququ məhduddur. Lüzumsuz xəsarətlər və ya artıq iztirablara səbəb olan silah, mərmi, maddələrdən və döyüş üsullarından istifadə etmək qadağandır. Həmçinin yeni növ silahlar, vasitələr və ya müharibə üsulları inkişaf etdirilərkən, əldə edilərkən və ya silahlı qüvvələr tərəfindən qəbul edilərkən, onların beynəlxalq humanitar hüquqa və Əlavə Protokolun iştirakçılarına münasibətdə tətbiq edilən digər beynəlxalq müqavilələrə uyğun olması mütləqdir və bu qayda I saylı Əlavə Protokolun 36-cı maddəsində nəzərdə tutulub. 

"İskəndər" tipli raketlərin və ümumiyyətlə klaster, kasset sursatlarının tətbiqi beynəlxalq humanitar hüququn əsas prinsiplərindən olan mütənasibliyi kobud şəkildə pozur. Həmin prinsip I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin "b" bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyan vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasıb olmayan hücumlar qadağandır.    

Məşhur müğənni antibiotiklərə görə kar qalıb  FOTO like
  • 28 Okt 14:13  
Şou-biznes Məşhur müğənni antibiotiklərə görə kar qalıb FOTO

Dünyaşöhrətli müğənni Adel səhhətindəki problemlərlə bağlı açıql

arrow Ətraflı
Güclü maqnit qasırğası başladı like
  • 28 Okt 13:55  
Dünya Güclü maqnit qasırğası başladı

6 bal gücündə güclü maqnit qasırğası Yer kürəsini bürüyüb.

arrow Ətraflı
Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşır  Ekspert like
  • 28 Okt 13:48  
Dünya Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşır Ekspert

Finlandiyanın Laplandiyasındakı Rovajarvi poliqonunda keçiriləcək təliml�

arrow Ətraflı
Qala divarlarının yanına da velosiped zolaqları çəkildi  FOTO like
  • 28 Okt 13:47  
Digərləri Qala divarlarının yanına da velosiped zolaqları çəkildi FOTO

Bakının İçərişəhər ərazisində velosiped zolaqları təşkil edilərək

arrow Ətraflı
Tunellərdəki ən son vəziyyət like
  • 28 Okt 13:29  
Digərləri Tunellərdəki ən son vəziyyət

Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda sub

arrow Ətraflı
"ATVdə hərəmizə 3 min manat maaş verirdilər" like
  • 28 Okt 13:24  
Şou-biznes "ATVdə hərəmizə 3 min manat maaş verirdilər"

"Azərbaycanda reytinqli verilişlər arasında ən az maaş alan aparıcı

arrow Ətraflı
Günün xoşbəxt bürcü hansıdır? like
  • 28 Okt 12:59  
Digərləri Günün xoşbəxt bürcü hansıdır?

Sevgi, karyera və şəxsi inkişaf - hər şey uğurunuza kömək edəcək

arrow Ətraflı
COP29 Azərbaycanda: Mərkəzi Asiya üçün yeni iqlim həlləri like
  • 28 Okt 12:55  
Digərləri COP29 Azərbaycanda: Mərkəzi Asiya üçün yeni iqlim həlləri

Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri

arrow Ətraflı
Vaqondakı yüklərin arasında ölkədən qaçmaq istədilər  FOTO like
  • 28 Okt 12:49  
Digərləri Vaqondakı yüklərin arasında ölkədən qaçmaq istədilər FOTO

Dövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alınıb

arrow Ətraflı
Bakıda pulsuz parklanma yerləri yaradılıb like
  • 28 Okt 12:27  
Digərləri Bakıda pulsuz parklanma yerləri yaradılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərin

arrow Ətraflı
Varlı kişilərə meyili olan qadın bürcləri like
  • 28 Okt 12:24  
Digərləri Varlı kişilərə meyili olan qadın bürcləri

Bu bürclərin qadınları varlı kişilərə üstünlük verir

arrow Ətraflı
Türkiyə ordusu PKKnın 23 üzvünü zərərsizləşdirdi like
  • 28 Okt 12:23  
Digərləri Türkiyə ordusu PKKnın 23 üzvünü zərərsizləşdirdi

İraqın şimalında həyata keçirilən əməliyyatda 23 PKK terrorçusu zərə

arrow Ətraflı
Yağışlardan sonra su anbarlarında vəziyyət necədir?  AÇIQLAMA like
  • 28 Okt 12:23  
Digərləri Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? AÇIQLAMA

Son iki ildir havaların yağmurlu keçməsi ilə əlaqədar su anbarlarında ki

arrow Ətraflı
O tunelə girişçıxış bağlandı like
  • 28 Okt 12:16  
Digərləri O tunelə girişçıxış bağlandı

Bu gün səhər saatlarından başlayaraq yağan yağışdan sonra Sabunçu tun

arrow Ətraflı