Dünya ölkələri qış vaxtına keçir: Benjamin Franklin qış və yay vaxtına keçməyi niyə təklif etmişdi?
Digərləri 27 Okt 2024 11:06:00 195 0
Şənbədən bazara keçən gecə dünyanın bir çox ölkəsində saatlar bir saat geri çəkiləcək.
Bu xəbəri də oxu: Bakıda metro stansiyalarına yeni adlar veriləcək
Son.az lent.az-a istinadən xəbər verir ki, beləliklə, yay vaxtına son qoyulacaq və buun sayəsində insanlar əlavə bir saat yata biləcəklər. Saatın bu manipulyasiyasından sonra günəş bir saat əvvəl çıxır, lakin onun qürub vaxtı da eyni saat əvvəl olur.
Ənənəvi olaraq qış vaxtı 2025-ci il martın sonuna qədər davam edəcək.
Mövsümdən asılı olaraq əqrəbləri irəli və ya geri çəkməklə gün işığından istifadənin optimallaşdırıldığına inanılır.
Mövsümi əqrəblərin irəli və geri çəkilməsinin ideoloji ilhamvericisinin 100 dollarda təsvir olunan məşhur Amerika siyasətçisi Benjamin Franklin olduğu bildirilir. O bir vaxtlar günəşin hələ də yüksəkdə olduğunu və insanların daha bir saat işləyə biləcəyini qeyd edib. Bunun üçün isə saatın əqrəbinin irəli və geri çəkilməsinə ehtiyac yaranıb. Və ilk dəfə saatın əqrəbləri Birinci Dünya Müharibəsi zamanı Almaniyada çəkilib.
1916-cı il aprelin 30-da də əqrəblər bir saat irəli, 1916-cı il oktyabrın 1-də isə bir saat geri çəkilib. Tezliklə Böyük Britaniya da eyni şeyi edib və 1918-ci il martın 9-da ABŞ Konqresi elektrik enerjisi istehsal etmək üçün istifadə olunan yanacağa qənaət etmək üçün vaxt zonalarına bölünmə və müharibə zamanı yay vaxtından istifadəni tətbiq edib. Daha bir müddət sonra, 1966-cı ildə Birləşmiş Ştatlar sülh dövründə ilk dəfə yay vaxtına keçid tətbiq edib.
Bir çox ölkə mövsümi vaxt tətbiq edib, lakin indi 60 ölkə bundan artıq imtina edib. Hələ ki Avropa payız və yaz aylarında saatın əqrəblərinin dəyişdirilməsi ənənəsini qoruyur.
Avropada qış və yay vaxtına keçidin ləğvini tələb edirlər
Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qışdan yaya və geriyə vaxt dəyişikliyini ləğv etmək vədini yerinə yetirmək tələbi göndəriblər.
"Araşdırmalar göstərir ki, vaxtın dəyişdirilməsi yuxu rejiminə mənfi təsir göstərir, infarkt və insult riskini artırır və yol qəzalarının sayının artmasına səbəb ola bilər", - Lent.az-ın arici KİV-ə istinadən xəbərinə görə, 60 deputatın məktubunda deyilir.
"Bild" xatırladıb ki, 2018-ci ildə aparılan sorğu Avropa İttifaqı vətəndaşlarının 84 faizinin vaxtı dəyişməkdən yorulduğunu göstərib. Nəticədə Avropa Parlamenti onun ləğvinin lehinə səs verib və Aİ-nin o zamankı rəhbəri Jan-Klod Yunker bu qərarı həyata keçirəcəyinə söz verib. 2019-cu ildə Ursula fon der Lyayen Yunkerin yerinə keçib və bununla da bu vədi miras alıb.
"Pandemiya və milli hökumətlər səviyyəsində bürokratların ləngliyi bizə bunu etməyə mane oldu (vaxt dəyişikliyinin ləğvi). İndi nəqliyyat nazirləri işə başlamalıdırlar", - "Bild" yazır.
Oktyabrın 27-də saat 08 radələrində Qəbələ rayonunun Böyük Əmili k�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Polşada bir radio stansiyası öz efir işçilərini süni intellektlə əvəz
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyədə azadlıqdan məhrum edilən saxta din adamı Adnan Oktarın sərvə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan ordusunun bölmələri tərəfindən istismar müddəti və istifad�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Yaxın günlərdə, bu ayın sonuna qədər dörd bürcün nümayəndələri gö
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Özbəkistanda parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Pal
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
"Qara pantera" ləqəbi ilə məşhurlaşan model Naomi Kempbell "
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Prezident İlham Əliyev "Gürcü Arzusu - Demokratik Gürcüstan" par
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsi bəlli olub.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiya prezidenti Vladimir Putin əcnəbilər yalnız Rusiya vətəndaşı ilə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)