Bu gün taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Digərləri 27 Okt 2024 07:56:00 223 0
Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirir.
Bu xəbəri də oxu: ABŞdə dünyanın ən güclü kompüteri işə salındı
DİM-dən Son.az-a bildirilib ki, bu gün, eyni zamanda, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil edilir. İmtahan vermək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov) və Gəncə regional bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə DİM-in elektron imtahanlar korpusunda keçirilir.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. İmtahana gələrkən namizədlər imtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Bir saat davam edəcək imtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsinin azaldığı müşahidə
Dünyanın bir çox yerlərində asanlıqla yetişən iydənin bir çox faydalar
Hollivud ulduzu Al Paçino xatirələrində 1970-ci illərdə bir fanatın onu q
Keçmişdə bu gün adi hesab etdiyimiz bir çox hərəkətlər əslində qanuns
Dünya şöhrətli ulduz futbolçu Devid Bekhamın həyat yoldaşı Viktoriya Be
Xalq içində belə bir inanc var ki, başqasının bəxt üzüyünü taxmaq bə
Türkiyəli aktrisa Gülçin Santırcıoğlu sonuncu müsahibəsi ilə gündəm
Türkiyənin Bitlis vilayətində yerli sakin Musa Çiçekçioğlu öz sahəsind
43 yaşlı məşhur müğənni Beyons yeni obrazı ilə pərəstişkarlarını h
Banqladeşdə uzun illər siyasi məhbusların saxlandığı gizli yeraltı həb
Bağırsaqda poliplər, xoş və bədxassəli şişlər yaranır. Hazırda kolor
Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam 40 il sonra doğulduğu Xank�
İsrailin ötən gecə hava hücumlarından sonra İran hökumətinə bağlı v�
Hər bir insan tərəfdaşının hisslərinin səmimiliyinə inam və uzunmüdd�