Dollarla əmanət saxlamaq sərfəlidirmi?


Digərləri 27 Okt 2024 07:50:00 113 0

Dollarla əmanət saxlamaq sərfəlidirmi?

Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsinin azaldığı müşahidə edilir. Bu kontekstdə bəzi banklar hətta illik 3-4 faiz gəlirlə dollar əmanətləri qəbul etdiklərini reklam edirlər. Halbuki ölkəmizdə yalnız depozit faizi 2,5-ə qədər olan dollarla qoyulmuş əmanətlər sığortalanır. Belə bir vəziyyətdə vətəndaşlar dollarla əmanət qoymağa həvəsli olmalıdırlarmı? Bankların bu addımı necə qarşılanır?

Son.az xəbər verir ki, "Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarıb.

"Bankların gecikdiklərini deyə bilərik"

Maliyyə və bank məsələləri üzrə mütəxəssis Elman Sadıqovun fikrincə, artıq dünyada gedişat dəyişdiyi üçün banklar bu addımı çoxdan atmalı idi: "2020-ci ilə qədər dünyada dolların uçot dərəcəsi 0 faiz ətrafında idi. Həmin müddətdə xarici valyutada depozit faizlərinin 1-2 faiz olması normal idi. Amma 2020-ci ildən etibarən neftin qiymətində stabilləşmə baş verdi, dolların dünyada uçot dərəcəsi artdı, bu, hazırda 5-5,5 faiz ətrafındadır. Əgər dünyada dolların faiz dərəcəsi beşdirsə, bankların bu göstəricini 2-4 faiz ətrafında təyin etməsi normaldır. Hətta gecikdiklərini deyə bilərik. Dünya banklarında depozit faizləri 6-7 idi. Bundan istifadə edərək əhalidən yığdığımız valyutanı daha da artıra bilərdik. Həmin məbləği də dünya bazarlarında dəyərləndirərdik".

Devalvasiya dövrü üçün uyğun idi

Ekspertin sözlərinə görə, devalvasiya zamanı bankların üzləşdiyi çətinliklər depozit faizlərinin azaldılmasına səbəb oldu: "2015-ci ildəki devalvasiyadan sonra vəsait yerləşdirilməsi daha çox manatla baş verirdi. Dollarla istehlak kreditinə müəyyən limitlər tətbiq edildi. Banklar dollarla kredit vermək və vəsaitlərini yerləşdirməkdə çətinlik çəkdikləri üçün dollar depozitlərinin faiz dərəcələrini çox aşağı saldılar. Hətta 1-2 faizə qədər düşdü. Çünki dollarla götürdükləri vəsait onların zərərinə işləyirdi. Əmanətlərin Sığortalanması Fondu da dollarla olan əmanətlərin yalnız depozit faizi 2,5-ə qədər olanlarını sığortalamaq haqqında qərar qəbul etmişdi. Həmin zaman dollar depozitləri 1-2 faiz olduğu üçün, bu qərar o dövrə uyğun idi".

"Hər bir valyuta üzrə limit var"

Müsahibimiz bildirib ki, bankların faiz dərəcəsinin artırılması heç də qoyulan depozitlərin dollarla kredit verilməsinə yönləndirilməsi demək deyil: "Banklar arxayındır ki, kurs sabitdir. Əhalidən dollarla əmanəti cəlb edir, devalvasiya riskini öz üzərinə götürür, vəsaitlərin bir hissəsini manatla yerləşdirir. Amma bu, bir az risklidir. Əgər devalvasiya olarsa, bu zaman banklarda müəyyən itkilər formalaşa bilər. Çünki dollarla aldığınız vəsaiti daha çox manatla verirsinizsə, bu, ziyandır. Ona görə banklarda valyuta mövqeyi adlanan mexanizm, hər bir valyuta üzrə limit var. Valyuta mövqelərini sığortalayırlar, özlərini böyük risklərə salmırlar. Faiz dərəcələrinin artması manata olan inamla, vəsaitdən istifadə etmək imkanlarının artması ilə bağlıdır. Banklar faiz dərəcəsini artırırlarsa, elə başa düşülür ki, onlarda likvidlik problemi var, pula ehtiyac mövcuddur. Amma 3-4 faiz elə də yüksək məbləğ deyil. 7-8 faizlə dollar depoziti cəlb etsəydilər, bu zaman narahatlıq doğurardı. O zaman likvidlik problemi gündəmə gələrdi. Banklar sadəcə vəsaitləri yerləşdirmək imkanlarını artırıblar. Daha çox qazanmaq imkanları var".

Sığortalanan dollar əmanətlərinin faizinə yenidən baxılmalıdır

Müsahibimiz cəlb olunan əmanətlərin iqtisadiyyatımız üçün faydalarından da danışıb: "Əmanətlərin Sığortalanması Fondu dollarla qoyulan əmanətlər üçün sığorta faizini qaldırmalıdır. Sığortalanma həddinin 4-4,5 faiz civarında müəyyənləşdirilməsi məqsədəuyğundur. Bu halda banklar da, əhali də risklərlə üzləşməz. Nəticədə isə daha çox vəsait bank sisteminə daxil olar. Faiz dərəcələrinin artırılması banka dollar cəlbi ilə nəticələnir, bu da iqtisadiyyatımız üçün faydalıdır. İqtisadiyyatdan kənarda qalan vəsaitlərin bank sisteminə daxil olması, iqtisadiyyata qazandırılması, kreditə və ya digər layihələrə yönəldilməsi vacibdir. Nə qədər çox depozit cəlb olunarsa, bank sistemimiz o qədər böyüyər, daha çox diversifikasiya yaranar. Bu zaman bankın üzləşə biləcəyi risklərin dərəcəsi də aşağı olur".

Daşınmaz əmlak almağı üstün tuturlar

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc depozitlərin azalmasını risklərlə əlaqələndirir: "Bankların gəliri depozitlər hesabına formalaşır. Onların dayanıqlı olması üçün depozit portfeli geniş olmalıdır. Bu portfeli geniş tutmaq üçün banklar daha uyğun təkliflərlə çıxış edirlər. Depozit faizlərinin yüksək olması insanlar üçün cəlbedici görünür. Amma vətəndaşlar vəsaitlərini banka yatırmaq əvəzinə daşınmaz əmlak almağı daha üstün tuturlar. Çünki burada risklər azdır. Banklara depozit qoyulması o halda cəlbedici olardı ki, məbləğindən və faizindən asılı olmayaraq sığortalansın. Həmçinin 10 faizlik vergi amili əhalini bu yatırım növündən çəkindirir". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

İydə  min bir dərdin dərmanı like
  • 27 Okt 07:31  
Digərləri İydə min bir dərdin dərmanı

Dünyanın bir çox yerlərində asanlıqla yetişən iydənin bir çox faydalar

arrow Ətraflı
Tanımadığı qız məşhur ulduzu avtomobilinə OTURDUB QAÇIRDI  FOTO like
  • 27 Okt 07:15  
Şou-biznes Tanımadığı qız məşhur ulduzu avtomobilinə OTURDUB QAÇIRDI FOTO

Hollivud ulduzu Al Paçino xatirələrində 1970-ci illərdə bir fanatın onu q

arrow Ətraflı
Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şey like
  • 27 Okt 07:00  
Digərləri Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şey

Keçmişdə bu gün adi hesab etdiyimiz bir çox hərəkətlər əslində qanuns

arrow Ətraflı
Viktoriya Bekham "qaynanalıq edir"  oğlunun müğənni sevgilisindən... like
  • 27 Okt 06:41  
Şou-biznes Viktoriya Bekham "qaynanalıq edir" oğlunun müğənni sevgilisindən...

Dünya şöhrətli ulduz futbolçu Devid Bekhamın həyat yoldaşı Viktoriya Be

arrow Ətraflı
Niyə başqasının nişan üzüyünü taxmaq olmaz? like
  • 27 Okt 06:23  
Digərləri Niyə başqasının nişan üzüyünü taxmaq olmaz?

Xalq içində belə bir inanc var ki, başqasının bəxt üzüyünü taxmaq bə

arrow Ətraflı
Sərxoş halda "Seyran"la bağlı suala verdiyi reaksiya müzakirə yaratdı like
  • 27 Okt 06:15  
Şou-biznes Sərxoş halda "Seyran"la bağlı suala verdiyi reaksiya müzakirə yaratdı

Türkiyəli aktrisa Gülçin Santırcıoğlu sonuncu müsahibəsi ilə gündəm

arrow Ətraflı
Səyahət qocalmağı azaldır like
  • 27 Okt 06:06  
Digərləri Səyahət qocalmağı azaldır

Səyahətlə bağlı təcrübələr qocalma prosesini gecikdirə bilər.

arrow Ətraflı
Bağında alma boyda qoz yetişdirir  FOTO like
  • 27 Okt 05:05  
Digərləri Bağında alma boyda qoz yetişdirir FOTO

Türkiyənin Bitlis vilayətində yerli sakin Musa Çiçekçioğlu öz sahəsind

arrow Ətraflı
Beyonsun bu obrazı çox bəyənildi  FOTOlar like
  • 27 Okt 03:03  
Şou-biznes Beyonsun bu obrazı çox bəyənildi FOTOlar

43 yaşlı məşhur müğənni Beyons yeni obrazı ilə pərəstişkarlarını h

arrow Ətraflı
Banqladeşdə insanların ağıllarını itirdikləri sirli "Güzgülər evi" tapıldı like
  • 27 Okt 02:02  
Digərləri Banqladeşdə insanların ağıllarını itirdikləri sirli "Güzgülər evi" tapıldı

Banqladeşdə uzun illər siyasi məhbusların saxlandığı gizli yeraltı həb

arrow Ətraflı
Hansı bağırsaq şişləri ən təhlükəlidir? like
  • 27 Okt 01:01  
Digərləri Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Bağırsaqda poliplər, xoş və bədxassəli şişlər yaranır. Hazırda kolor

arrow Ətraflı
Anasının çalışdığı məktəbə yollandı like
  • 27 Okt 00:47  
Şou-biznes Anasının çalışdığı məktəbə yollandı

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam 40 il sonra doğulduğu Xank�

arrow Ətraflı
İran yenidən İsrailə hücuma hazırlaşır like
  • 27 Okt 00:40  
Digərləri İran yenidən İsrailə hücuma hazırlaşır

İsrailin ötən gecə hava hücumlarından sonra İran hökumətinə bağlı v�

arrow Ətraflı
Onun sizi həqiqətən sevdiyini göstərən İKİ ƏSAS ƏLAMƏT like
  • 27 Okt 00:31  
Digərləri Onun sizi həqiqətən sevdiyini göstərən İKİ ƏSAS ƏLAMƏT

Hər bir insan tərəfdaşının hisslərinin səmimiliyinə inam və uzunmüdd�

arrow Ətraflı
"Kızılcık şerbeti"nin aktrisası ilk dəfə sevgilisi ilə like
  • 27 Okt 00:15  
Şou-biznes "Kızılcık şerbeti"nin aktrisası ilk dəfə sevgilisi ilə

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Evrim Alasya həmkarı Kerem Alış

arrow Ətraflı