"İkili keçid" mövzuları COP29da fəal şəkildə müzakirə olunacaq
Digərləri 21 Okt 2024 11:50:00 176 0
"İkili keçid" mövzuları COP29-da fəal şəkildə müzakirə olunacaq.
Bu xəbəri də oxu: "Təyyarənin sərnişin salonunda partlayış baş verib, sərnişinlər huşlarını itiriblər"
Son.az Trend xəbər verir ki, bu barədə "Harward Business Review Türkiyə" baş redaktoru Serdar Turan Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda keçirilən seminarda bildirib.
"Rəqəmsallaşma və dayanıqlı inkişafı birləşdirən 'ikili keçid' konsepsiyası COP29 Tərəflər Konfransının əsas mövzularından biri olacaq. Bu istiqamətlər, IT və məlumatların istifadəsi sayəsində qarşılıqlı əlaqədədir və rəqəmsal texnologiyaların dayanıqlı inkişafa töhfə verdiyi bir 'Sweet Spot' yaradır", - Serdar Turan bildirib.
Onun sözlərinə görə, konfrans iştirakçıları rəqəmsallaşmanın karbon emissiyalarının azaldılmasına və ekoloji effektivliyin artırılmasına necə kömək edə biləcəyini müzakirə edəcəklər.
"Müzakirələr zamanı IT və məlumatların ekoloji göstəricilərin yaxşılaşdırılmasında və Paris Sazişinin məqsədlərinə nail olunmasında necə katalizator kimi çıxış edə biləcəyi nəzərdən keçiriləcək", - Serdar Turan vurğulayıb.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Bakı Kristal Zalı"
"Yaşıl enerji" layihələrinin reallaşdırılması üçün Naxçıv
Türkiyəli ssenarist, yazar, aktyor Suphi Tekniker vəfat edib.
ABB kiçik sahibkarlar üçün yaradılmış ABB Biz tətbiqi haqqında video t�
Fit görünməsi üçün dəfələrlə bıçaq altına yatan Xatirə İslam yeni
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
Macarıstanın ilin sonunda AB Şurasının sədri postunu tərk etməsindən v�
"Mercedes Vito" markalı mikroavtobus və qatarın toqquşması nətic
Noyabrın 5-nə qədər Zəngəzur dəhlizi adlanan yolu açmağa çalışacaqla
Hər bir insanda bədənin müxtəlif yerlərində müxtəlif rəngdə və ölç
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu yeni avt
ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp P
"Mən demək olar ki, efirlərimizə baxmıram. Bizim sosial verilişlər u
Azərbaycanda xərçəng xəstələrinin sayı əvvəlki illərlə müqayisədə